Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sanksiyalardan Azərbaycan ordusu hansısa texniki gərginlik hiss edə bilər” - Hərbi ekspert


Azad İsazadə: “Düşünürəm ki, Rusiyaya tətbiq edilən sanksiyalara görə yaxın bir neçə ayda Azərbaycan ordusu hansısa texniki gərginliyi hiss edə bilər”


Azərbaycan İranla olan hərbi əməkdaşlıqdan Yaxın Şərqdə, yəni Suriyada istifadə etsə, ya da bizim hansısa ordu birləşməmiz Suriyada İran qoşunları ilə birlikdə döyüşsə, bu zaman İsrail sözsüz ki, reaksiya verər”.

Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamenti təsdiq edib ki, Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar verilib. Heç şübhəsiz ki, ABŞ-ın sanksiyalar barədə xəbərdarlığı Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq edən ölkələr və onların şirkətləri üçün ciddi çəkindirici amil olacaq. O cümlədən Rusiyadan milyardlarla dollarlıq yeni silah-texnika alan Azərbaycan üçün. Doğrudur, Azərbaycan 2010-2011-ci illərdə bağlanmış müqavilələr əsasında Rusiyadan böyük həcmdə silahlar və texnika artıq əldə edib. Bu müqavilələr üzrə təchizat davam etməkdədir. Lakin Azərbaycan Rusiya ilə yeni silah müqavilələrinin imzalanmasını da nəzərdən keçirirdi. Bu baxımdan ABŞ-ın xəbərdarlığı Bakını belə niyyətdən çəkindirə bilər.

Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq İrəvana qarşı yönəlib. Çünki son illər Ermənistan güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlamışdı.

ABŞ Dövlət Departamentinin Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə xarici ölkələrdəki diplomatik missiyalara verdiyi tapşırıqları və bunun Azərbaycana edəcək təsirləri, həmçinin İranın Müdafiə naziri Əmir Hatəminin bu gün Bakıya rəsmi səfər etməsi barədə konfliktoloq və hərbi psixoloq Azad İsazadə PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

Картинки по запросу Azad İsazadə

Azad İsazadə: “İstər Ermənistan, istərsə də Azərbaycan bu sanksiyalardan sonra Rusiyadan silah almağı azaldacaq”.


PİA.AZ konfliktoloq və hərbi psixoloq Azad İsazadənin bu mövzu ilə bağlı qısa müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Azad bəy, ABŞ Dövlət Departamenti Rusiyanın hərbi-sənaye kompleksi şirkətləri ilə sövdələşmələrə girməkdən çəkinmək barədə hökumətləri xəbərdar etmək üçün xarici ölkələrdəki diplomatik missiyalara tapşırıqlar veriliyini açıqladı. Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlıqdan çəkinəcəyin gözləyirsinizmi və Azərbaycan Rusiyadan silah almazsa, ölkəmizin müdafiə sistemində problemlər ortaya çıxa bilərmi?   

- Sözsüz ki, Rusiyaya tətbiq edilən bu sanksiya hansısa formada Azərbaycana da təsir edə bilər. Söhbət təzə silahlardan getməsə də, artıq alınmış silah-sursat, ehtiyat hissələri baxımından problem yarana bilər. Amma bu sanksiya təkcə Azərbaycana təsir etməyəcək. Çünki Rusiyaya tətbiq edilən sanksiyalardan Ermənistan da ziyan çəkəcək. Amma bu gün silah bazarı genişdir və Azərbaycan istənilən silahları başqa ölkələrdən də ala bilər. 

Onsuz da Azərbaycan Rusiyadan silahı nəğd pulla alırdı və heç bir endirim də olunmurdu. Silahlar bazar qiyməti ilə Azərbaycana satılırdı. Ermənistan isə bütün silahları Rusiyadan kreditlə götürürdü və Kollektiv Müqaviləyə əsasən endirimli qiymətlə alırdı. 

Rusiyaya sanksiya tətbiq ediləndən sonra Ermənistan ümumi bazara çıxmalıdır və özünə silah axtarmalıdır. Ermənistan çalışacaq ki, ya Belarusdan, ya da Qırğızıstandan Rusiya silahı alsın. Düşünürəm ki, Rusiyaya tətbiq edilən sanksiya daha çox Ermənistana problem yaradacaq. Bu da aydındır ki, istər Ermənistan, istərsə də Azərbaycan bu sanksiyalardan sonra Rusiyadan silah almağı azaldacaq.

Bildiyimiz kimi 10 il əvvəl də Azərbaycan Ukraynadan, Belarusdan silah alırdı, amma Rusiya istehsalı olmuş silahlar alırdı. Son illər isə Azərbaycan silah alışını genişlənirib və Pakistandan, Çindən, İsraildən silah alır. Silah olmasa da başqa avadanlıqları başqa ölkələrdən də alırıq. 

Düşünürəm ki, sanksiyalara görə yaxın bir neçə ayda Azərbaycan ordusu hansısa texniki gərginliyi hiss edə bilər. Amma sonra sözsüz ki, hər bir gərginlik öz yerini tapacaq. 

Azad İsazadə: “Yaxın Şərqdə gedən proseslərdə İrana müttəfiq lazımdır. Belə müttəfiqlərdən biri də Azərbaycan ola bilər”.


- Bildiyimiz kimi İranın müdafiə naziri Əmir Hatəmi Bakıda səfərdədir. Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr ediləcək. Azərbaycanın İranla hərbi əməkdaşlığın perspektivləri barədə nə demək mümkündür və İran Azərbaycan hərbi əməkdaşlığının Qarabağ probleminin həllində pozitiv rolu ola bilərmi?

- Bu bir az mürəkkəb məsələdir. Çünki əvvələr biz görürdük ki, İran Dağlıq Qarabağ problemində ən yaxşı halda neytral, bəzən də neqativ rol da oynayır. Amma son zamanlarda Azərbaycan-İran münasibətləri dəyişib. Yəni İran-Azərbaycan münasibətləri istər siyasi, istərsə də iqtisadi sahədə xeyli genişlənib. Onu da qeyd edim ki, Yaxın Şərqdə gedən proseslərdə İrana müttəfiq lazımdır. Belə müttəfiqlərdən biri də Azərbaycan ola bilər. Həmçinin İranla-Türkiyə arasında olan problemlərdə Azərbaycan barışdırıcı vasitəçi ola bilər. Bütün bunlara görə İran Ermənistana dəstək verməsə, bu Azərbaycana bəsdir. 

Sovet dövründədə  İranla Azərbyacan arasında hərbi əməkdaşlıq var idi. Hətta müharibə gedən dövrlərdə Azərbaycan İrandan silah da alırdı. Yəni İran Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə dəstək veriblər. Məsələn 1994-ğü ildə Zəngilanın erməni işğalçıları tərəfindən işğalı zamanı Araz çayı boyunca öz bayraqlarını sancıb və erməni mühasirəsindən qaçan Azərbaycan əhalisini və hərbiçilərini qəbul edirdi. Bu addımı ilə İran imkan vermədi ki, Ermənilər həmin hərbiçiləri və dinc əhalini güllələsinlər. O zaman Zəngilanda ikinci Xocalı yaşana bilərdi. Bələkə də indi Azərbaycan-İran hərbi əməkdaşlığı daha da genişlənə bilər. Nəzərə alsaq ki, İran bizim ən yaxın qonşumuzdur və orda milyonlarla həmyerlimiz yaşayır, bu zaman bu əməkdaşlığı ancaq alqışlamaq olar. 

Azad İsazadə: “Aydındır ki, Azərbaycan Suriyaya ordu yeridən deyil və Suriyadakı proseslərə də müdaxilə etməz”.


- Məlumdur ki, Azərbaycan uzun zamandır ki, İsraillə çoxsahəli hərbi əməkdaşlıq edir. Hazırkı dşnəmdə İran-İsrail münasibətləri çox pisdir. Bakının Tehranla hərbi əməkdaşlığı İsraillə olan oturuşmuş hərbi əməkdaşlığa necə təsir edə bilər?

- O baxır ki, Azərbaycanla-İran hərbi əməkdaşlı nə üçün, hansı səbəbdən istifadə ediləcək. Bildiyimiz kimi Azərbaycanın real olaraq bir məqsədi var. Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyir. İsrail də Dağlıq Qarabağ problemində Azərbaycanı dəstəkləyir. Azərbaycan İranla olan hərbi əməkdaşlıqdan Yaxın Şərqdə, yəni Suriyada istifadə etsə, ya da bizim hansısa ordu birləşməmiz Suriyada İran qoşunları ilə birlikdə döyüşsə, bu zaman İsrail sözsüz ki, reaksiya verər. Amma aydındır ki, Azərbaycan Suriyaya ordu yeridən deyil və Suriyadakı proseslərə də müdaxilə etməz.  

Onu da qeyd edim ki, son zamanlar İsrailin Türkiyə ilə də münasibətləri çox yaxşı deyil. Buna baxmayaraq Azərbaycan Türkiyə ilə neçə illərdir geniş əməkdaşlıq edir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar