Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqnerin ordusu”nun itkilərİ - Hibrid savaşın qurbanları


Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksins fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində Amerika aviasiyasının endirdiyi zərbələr nəticəsində 334 rusiyalı muzdlunun həlak olduğunu bildirib


Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksins fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində Amerika aviasiyasının endirdiyi zərbələr nəticəsində 334 rusiyalı muzdlunun həlak olduğunu açıqlayıb.

Dövlət Dumasının keçmiş deputatı “Dojd” telekanalının efirində bildirib ki, həmin rəqəm Suriyada döyüşənlərin ailələrindən alınan məlumatlara və son hadisələrin iştirakçıları ilə söhbətlərə əsaslanır.

Alksinis deyib ki, həlak olanlardan 217-i beşinci hücum dəstəsinə, 10-u ikinci hücum dəstəsinə, 94-ü “Vesna” hücum dəstəsinə və qalan 13-ü artilleriya diviziyonunun tərkibinə daxil olub. Keçmiş deputatın sözlərinə görə, bu rəqəm hələ yekun deyil və arta bilər.

Alksinis deyib ki, fevralın 7-də Deyr əz-Zorda neft-qaz emalı zavoduna hücumda “Vaqnerin ordusu”nun muzdluları ilə yanaşı Müdafiə Nazirliyinin xüsusi əməliyyatlar Qüvvələrinin hərbçiləri də iştirak ediblər. Lakin xüsusi təyinatlıların arasında itkilər və yaralananlar haqda informasiya yoxdur.

Bu arada internet mənbələrində axtarışlar aparan beynəlxalq kəşfiyyat şəbəkəsi “İnformNapalm” Deyr əz-Zor vilayətinin Hişam rayonunda neft-qaz emalı zavoduna Rusiya muzdlularının darmadağın edilməsi ilə nəticələnən hücumu kimin təşkil etdiyini üzə çıxarıb. Qrup bildirir ki, bu hücumu hazırlayan və ona cavabdeh olan birinci şəxs 1978-ci il iyuln 23-də anadan olmuş Rusiya vətəndaşı, Sankt-Peterburqda qeydiyyatda olan Sergey Borisoviç Kimdir. Kim “Vaqner” özəl hərbi şirkətində qərargah rəisinin müavini-operativ şöbənin rəisidir.

Qrupda təmsil olunan jurnalistlər müəyyən ediblər ki, məhz Sergey Kim əməliyyatı planlaşdırıb və Suriyadakı Rusiya hərbi kontingentinin rəhbərliyi ilə koordinasiya edib, habelə amerikalıların xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan əvvəl Sergey Kim Donbassda “Vaqnerin ordusu”nun Ukrayna ordusuna qarşı hücumlarına rəhbərlik edib. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar