Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Pensiya dəyişiklikləri özündə nəyi ehtiva edir? - Ekspert rəyi


İqtisadçı-ekspert Rəşad Həsənov: “Artıq əmək pensiyaları sığorta və yığım hissələrindən ibarətdir”


“Rəsmi statistika real inflyasiya səviyyəsini nisbətən daha yumşaq əks etdirir. Əslində monitorinqlər göstərir ki, ötən il ərzində inflyasiya daha yüksək olub”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov prezident İlham Əliyevin əmək pensiyaları ilə bağlı imzaladığı sərəncamı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının ləğv edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda nəzərdə tutulan dəyişiklərlə BURADAN tanış ola bilərsiniz.

Maraqlıdır ki, dəyişikliklər əsasən özündə nəyi ehtiva edir?  Eyni zamanda bəzi iqtisadçı ekspertlər iddia edirlər ki, ötən il inflyasiyanın faizi rəsmi statistikadan yüksək olub və pensiyalara tətbiq olunan artım heç də inflyasiya ilə mütənasib deyil. İddialar sırasında olan məsələlərdən biri də budur ki, cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarətdir və inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% təşkil edəcəyi proqnozlaşdırılıb. Bu proqnozun reallaşacağı təqdirdə isə  orta aylıq nominal əməkhaqqı göstəricisinin artım tempi  inflyasiyanı üstələyəcək. Görəsən iqtisadçı ekspertlərin irəli sürdüyü ötən il inflyasiyanın faizinin pensiyalara tətbiq olunan artımla bağlı əks mütənasibliyi iddiası nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Image result for rəşad həsənov

Rəşad Həsənov: “Rəsmi statistika real inflyasiya səviyyəsini nisbətən daha yumşaq əks etdirir”.


Ölkə başçısının yeni sərəncamının indeksləşmə qaydalarında əhəmiyyətli dəyişikliklərə səbəbolacağını vurğulayan iqtisadçı ekspert Rəşad Həsənova görə, indiki vəziyyətdə əmək pensiyalarının indeksləşdirilməsi mexanizmi real bazar qiymətlərində artımların kompensasiya olunmasına kifayət etmir:

“Bildiyiniz kimi, 2017-ci ilin iyul ayından etibarən əmək pensiyaları haqqında yeni qanunvericilik qüvvəyə minib və qanunvericilikdə yeni pensiya mexanizmləri formalaşdırılıb. Bu mexanizmlərdə əmək pensiyasının baza anlayışı hissəsi ləğv edilib. Artıq əmək pensiyaları sığorta  və yığım hissələrindən  ibarətdir. Əvvəlki dövrlərdə mövcud qanunvericilikdə  əmək pensiyasının baza hissəsinin artırılması istiqamətində dəyişikliklərlə bağlı ölkə başçısının müxtəlif sərəncamları olub və yeni qanunvericiliyin tətbiq edilməsi bu sərəncamların hüquqi qüvvəsinin tamamlanmasına zəmin yaradıb. Yəni, prosesin rəsmi şəkildə həll edilməsi məqsədiylə  artıq yeni imzalanmış sərəncam mövcuddur. Beləliklə, ölkə başçısı tərəfindən illər üzrə imzalanmış əmək pensiyasının baza hissəsinin və eyni zamanda yaşa görə əmək pensiyasının artırılması haqqında qanunların qüvvədən düşməsi elan olunub. 

İnflyasiyaya gəlincə, əvvəlki mexanizmlərə görə əmək pensiyalarının sığorta hissəsi inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilirdi. Lakin 2017-ci ilin iyun ayının 1-dən etibarən yeni qanunvericilik əmək pensiyalarının orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsi tələbini ortaya qoyub. Artıq indeksləşmə qaydalarında əhəmiyyətli dəyişiklik edilib.  

Rəşad Həsənov: “Pensiyaçılar ölkədə əsasən ərzaq məhsullarının istehlakçıları hesab olunur”.


Söhbət sırf pensiyaçılardan gedirsə, pensiyaçılar ölkədə əsasən ərzaq məhsullarının istehlakçıları hesab olunur. Çünki onların aldığı pensiyalar digər kateqoriyalı istehlak növlərindən istifadəyə şərait yaratmır. Bu vəsaitlər daha çox ərzaq tələbatının ödənilməsinə yönəldilir və rəsmi statistikaya görə, 2017-ci ildə ərzaq məhsulları  təxminən 17% bahalaşıb. O da məlumdur ki, rəsmi statistika real inflyasiya səviyyəsini nisbətən daha yumşaq əks etdirir. 

Əslində monitorinqlər göstərir ki, ötən il ərzində inflyasiya daha yüksək olub. İstənilən halda bu gün əmək pensiyalarının indeksləşdirilməsi mexanizmi real bazar qiymətlərində artımların kompensasiya olunmasına kifayət etmir.Hətta iddialar var idi ki, 2017-ci il ərzində əmək  pensiyalarının  artım tempi 6%-dən çox olacaq. Çünki orta aylıq əmək haqqının artım tempi ilə bağlı göstəricilər ilin üçüncü rübünün sonuna qədərəhəmiyyətli səviyyədə yüksək göstərilirdi. Ancaq noyabr ayında orta aylıq əmək haqqında  6.2%-lik artım olmasına baxmayaraq, dekabr ayında müvafiq gösərici 4.7%-ə qədər azaldı. 1 ay ərzində baş verən bu hadisə maraqlı məqamlarından biridir. 

Bu onu deməyə əsas verir ki, 2017-ci ilin dekabr ayında ölkənin əmək bazarında çox ciddi repressiya baş verib və ya göstərici bilərəkdən indeksasiyaya uyğunlaşdırılıb. Nəticədə pensiyaların 5.7% səviyyəsində indeksləşdirilməsi qərarı qəbul olunub”.

Gülşən ŞƏRİF
pia.az
Etiket:
loading...