Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Azad iqtisadi zonalar üçün vergi tətillərinin tətbiq olunması lazımdır”


“İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri: “Ölkə üzrə vergi dərəcələrinin azaldılmasındansa, azad iqtisadi zonalar üçün vergi tətillərinin tətbiq olunması daha məqsədəuyğundur”


“Vergi dərəcələrinin sürətlə dəyişdiyi ölkədə investisiyanın həmin ölkəyə axını mümkün ola bilməz”.

Bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklifini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergi. Şəffaflıq. İnkişaf" mövzusunda konfrans işinə başlayıb. Konfransda çıxış edən  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb və Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda vergi azadolmaları həddindən artıq çoxdur. “Vergiödəyicilərinin sayını artırmaq lazımdır”, - deyən Z.Səmədzadə kənd təsərrüfatının da vergiyə cəlb olunmasını təklifedib. 

Azərbaycanda vergidən azadolunma hansı kateqoriyada hüquqi və fiziki şəxslərə tətbiq olunur və bu barədə hansı qurum qərar verir? Vergidən azadolunma hazırda kimlərə və hansı şirkətlərə tətbiq olunur? Və bu təkliflər reallaşarsa, iş adamlarının fəaliyyətinə, xüsusən də kənd təsərrüfatının inkişafında stimullaşdırıcı rol  oynayan sahibkarların fəaliyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  “İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Məhəmməd Talıblının fikirlərini öyrənib.














Məhəmməd Talıblı: “Kənd təsərrüfatındakı problemlərlə bağlı düzgün diaqnostikanın qoyulmaması problem yaradır”.


Vergi dərəcələrinin artmasının vergidən yayınma hallarını daha çox artırdığını bildirən iqtisadçı ekspert Məhəmməd Talıblıya görə, vergi dərəcələrinin kənd təsərrüfatının inkişafı üçün ciddi təsiri yoxdur:

“İqtisadi nəzəriyyə sübut edib ki, vergi dərəcələrinin yüksək olması ilə iqtisadi artım arasında tərs mütənasiblik var. Vergi dərəcələri artanda bundan dövlətin fiskal kanalları daha çox qazanmır, əksinə vergidən yayınma halları artır. Optimal vergi dərəcələri isə iqtisadi inkişafı daha çox stimullaşdırır. Biznesin subyektlərinin sayının artması və ya azalması da vergi dərəcələri ilə birbaşa bağlıdır. Ona görə  yüksək vergi dərəcələri olduğu halda vergi yığımları vergi dərəcələri aşağı olan zaman yığımlardan daha az olur. Çünki  belə olduğu halda biznes subyektlərinin sayı da artır və investisiya cəlbediciliyi genişlənir.

Vergi dərəcələrinin kənd təsərrüfatının inkişafına heç bir təsiri yoxdur. Çünki bu sahə torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azaddırlar. Demək ki, kənd təsərrüfatının ləng inkişafının başqa obyektiv səbəbləri  var. Onların təmin olunması üçün sistemli  və real məzmunlu tədbirlər lazımdır. 

Fikrimcə,  kənd təsərrüfatındakı problemlərlə bağlı düzgün diaqnostikanın qoyulmaması problem yaradır. İnvestorların ölkədə biznesin genişlənməsi üçün 4 əsas blokdan biri iqtisadi faktor olmaqla, elə birincisi sabit vergi rejiminin mövcud olmasıdır. Vergi dərəcələrinin sürətlə dəyişdiyi ölkədə investisiyanın həmin ölkəyə axını mümkün ola bilməz. 

Mən təklif edirəm ki, ölkə üzrə vergi dərəcələrinin azaldılmasındansa, azad iqtisadi zonalar  üçün vergi tətillərinin tətbiq olunması daha məqsədəuyğundur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar