Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?


Politoloq: “Türkiyəyə qarşı qətnamə layihəsi qəbul olunarsa, Rusiya bu qətnamənin boykot edilməsi üçün veto hüququndan istifadə edəcək”


PKK-nın Suriya qolu YPG və PYD Türkiyə ordusu tərəfindən zərərsizləşdirildiyi təqdirdə ABŞ-ın Suriyadakı bütün təsir imkanları tamamilə zəiflədiləcək”.

Bu sözləri politoloq Natiq Miri  BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq Türkiyənin Afrin əməliyyatını şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib. 

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian  məlumat yayıb ki, Fransa Türkiyənin Afrinə hərbi əməliyyatını BMT TŞ-na daşımaq niyyətindədir. O, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də bu mövzuda müzakirə apardığını bildirərək qeyd edib ki, "Fransa Suriyadakı vəziyyətdən və bu vəziyyətin getdikcə pisə doğru gedişindən böyük narahatlıq keçirir. Ölkədəki humanitar vəziyyətin müzakirəsi məqsədilə BMT TŞ-nın təcili toplanmasını istəyirik”. Diplomat qeyd edib ki, Fransa atəşin dayandırılmasını və Suriyaya maneəsiz humanitar yardımın çatdırılmasına şərait yaradılmasını təkid edir.

BMT TŞ-nın  5 daimi üzvündən biri olan Rusiya isə indidən Afrin məsələsində günahı Türkiyədə yox, ABŞ-da gördüyünü açıqlayıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ən son açıqlamasında belə, ABŞ-ın Suriyadakı təktərəfli hərəkətlərinin Türkiyəni hövsələdən çıxartdığını vurğulayıb. Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüləri də Türkiyənin Afrin əməliyyatına başlamasında haqlı səbəblərinin olduğunu bildirib, amma əməliyyatın zaman və əhatə dairəsinin məhdud tutulmasını məsləhət görüblər. 

Qeyd edək ki, iki gün öncə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Bu axşam isə Fransanın təşəbbüsü ilə Türkiyənin Afrinə hərbi əməliyyatı  BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq. 

Mövzu ilə bağlı PİA.AZ politoloq Natiq Miri ilə olan qısa müsahibəni oxucularına təqdim edir:

BMTZbw9ctfmGrXBw6tMj4hfSOGrB7GvGjmtcOhAIXzLhnX9V9A7lYntMDh3cRSDT1Z3foqsiLIG9KQKZKMqknQ4lJCUkBRmKPEVcrXO5NJ9AnSqG2nkUKp/wCJ/wDSVQi5nheOq5nvf+J7nepJUIdolMi6izWhdFLRifZcYU4qtRerKTGiNyYw8FK8Ku4wfgU0DJcyY7VIoIENfVynTVaFKu40j0PwWfVYDHRaeFpN7EyfxcUxxM1lYl7ZNpHzVnauoMnT5KuCwEaarR2li2kNtz0CGP8AZBswSCNb/RQ4cWP8SubNxQkwDwVWm6cx/MUA+gynONlGCnP0A8boIktEwFISohok51khkGJeqc26p1d8lNptkgcFJFbJ8MIN17d7Mqs4Fo/DUqj1dmH9S8Qab/BeoeyrbIBfhHcZqUvEgDM30AI81VkVotxvZ6WCjKYCkSqC0dmSTMySQFALA34xGTBViOLQ3+YgfVbhK5f2iO/2bwTEvpgePen6KqH5Itn0eQ1RF1E/mpgMwynhoq7iWmCuijDILHQeqvU3rNeeIVqi9EloIsslQvCllMcAoosZGzSOISJQNj1RcEyIq7e75qfCA5CIPjZRT3SrWz8YBNuXFMaM0UnSLLUx+HOUd79Qs+tWJPK58VexdqTXh7TmJ7o99sW73VAL2O2ThpeRPAaXUJZlLxyeUNm1jmNzoPmtrdKnQdiXDEDM25AJIBNtUnLirJxhyaS9mECnON9V1G8+7QY41sMJo6loJLqfPW5HyXHuqpRlaDJjeN0y21MxLoCewWVPGVLwpIrb0QTJVoOaxsNueapi9k53JSorJ6PDxK1NgY91LEsqttkqNPlMOHmJ9VmstJ/CI81PgWwJ5kfNQfROPZ9HkoEqKmbDoPknSsppHSkmOcikBSXnXtOx0vp0QbNBe7q6zfgCvQi5eK77Y8vxdbwflHRoAHySwK5WSyypGS4ceKeWhwWfmPNPZVI1W6jHY6rh40QomyJqlRNN0ehey8xycoKblYYok0yF4SaZCc9RUjeOaYEzBY9EcDRgmZFuUfNa+6uzjVrNJHcaQ55Nxa4b1K3PaTiWvNEtaA4ZhbXLGnqoct0aFgbxuf6OMxFJocb8VoYo0uzFwTDeCxa4Mmykce54wFOijW0WcHWY13VS9vFRzm2Njy4BUMNROYJ9dxa49AihqTXR2+720HvtMiO8CNRxHiue3q2KcPUDm/u3klvhxLfit3cnDUyxr3OLTmOUgjmRddZt/YoxdA02uBeO80xEEcwOYkLNGXCR1ckPmxJvs8efiDEafNVXFX9rbOqYd5p1Wlrh6EcweIVDIVrX8OLJNOmBpUjLGUmYdx5eqJpOCZFInYZGXSDJ4qw54AVKlSvdxHkiaXIzznVRasmmfRuArh9Km9pkOY0g+BEhTLzb2TbxuLv2KrJsXYczER71PpxHn4L1LIOQ8y7+yyTjxZpi7RVlJTF7fyev/sgoWSMcuK8n32w2TF1PzQ8eYv8AEL1mrjKf/Ub6tXlvtJxdM4hpY4OIpgOjhc2Rg/IMy+pyj2ReFXqOnRSsxHgUXFp1I+S3IyPfRWDkJup3tZwVdwUkRLDHKzTcqDXqanUUWhxZce2VHhMG+pUaxgkk/onwTqb12e4GA96qRr3QfAQSZ6/JVzlxVmjBj+SaRpUsN+z0ctMCwl5POLmVwGN2o6pUJIkyQOi9G3s2fUNF+Q2ykunUxfKPDVeY4QtzgOMHN5KvCrtmzzJ8VGC6Ia7jN1Zpvd2Z7oiDeBKl2lSY1w4yOfip6b6fZGzgYsI7sXkk8CtBz0tmQys4EQU+7nQTwU2SmSOGk2TzhiarWUwXFxAaAIJJ5IFTOj3ZzGgWQbE3F4v8F2uydq0qdMZn/aHUmwtYD9c1kbDxr8FTdQqUMrg4moQWyc2hEG9ldp7doukOYBPvSIMHwIWKfZ3cK4wSZY2jjsLXaWVWNeI8wfyu1BXmWPwTGVHtaZaHENPEhdJvJhcO2iatFxacze6XEgyeHJct2iuw2YPMlFtKtjBTA0KkDAR4i4UNTmjSq3Vxgse+Igj/AAVWxDIMtN473ip8UbT6qoK97iQjYmzodw8H22LZ3yzK17szYz6ZY/8AJepf6QD71Wq7q4D+kBebey6kTjS4CzaT58yAF62SqMz+xbj6M07FpfnP/cf9HBJaEpKjRZsxH4GmB7g+a8dx8vq1HHi98DkATYL2uof8LxXaM9tV5io/w+8VZ4vsjm6RXa3kI63KkY0GbJjHqWi7VamUIa9sKVlNsSQEwvsfFEusOiCWhrmA8AmGiOicHhPzIsQMPh3Fwa25JgBem7vvbSYG8rH6rit3R9oX8mmOpWscQTOU3/ssueVujp+Hj4x5fs73FBtVkF+UX8eYhczh90sBTJzudUk/eIaB6BZ1DFYh0MAJ8ZFgtJuxr5q9cx+Ftrcif7KuMmumbJRhPbVlLePYGEdT/wBsHCs0iGgl4cJiIM+oWZjNivw9AGrTLQQRJMiTcAkaFdDW2pTod2k0aajvOPVyODxgxIc3EH7LjTFp4+8L8OCsjkZVk8WE9x0zzLs3OccnBbex9j4lgZjWlgDXnLmccxIsbQq289GnRxDm4eckAgElxbOrZ1Kp0NsVWtyTLRoD4rU7a0cuChDJU/R2T9pVaomq1pi3vDP1CycdiKbrdobTrw8AsF21CeCqVMQSqo4XdvRpyebGqWzXxOLb2RbMkm3gFTa+yoh3NWMyujClRhnkc3ZMKiZUtcKJxQbV4FOiuyWpWmJ6KGq2Crez9m1sQ7LSYXczoB1JsF6nurunRw7Guexr60S5x7wafwsBsOqjKaiSjByKvsz2O6jSdWqNh1Utyg2ORosT1JPwXZkpoKBWOcuTsvSpDiUE0lJRGUaq8r312a6lXe+O5UOZp4T94evzXqL3LJ29hG1qTmOFjoeIPAhLFk4SJzjyVHkdIo5rq/tXZFSgZIlvBw08+RWbxXQTUtoxtNOmTkpr6nBB5hBjUUA9sp8oAoVXWS7H0aeyKhAJHn9FdZi78Fz1DGlmnmn/AOoc1XPE27NmLyYxilZ0Yx9TgR5GE6tjar7OdAGvErDZjGkJ/bt5klV/G0aVnT9mzRc3S56fUp7AfxECbhpj1OqyGYlzWlwaY9AnN7Ss2Q4DwEhCxuxvyox/pb2hhqTqhNGdBnmT3tDBK57EUMpueasta5ty63G6rY17S7umbarTFUc3LJSbZWcmlOeOSAUzOIBOzpqEIAdmSCIYU7IgdHcezPE3q0v4Xj+k/Rej4d9l4/uXi+zxbJ0cCw8u9EfED1XreFfwWPP+Rpx/iWpQLk0lIlUkx2ZJRpIEUHlUdom3mrhKztom4VJcZOPbNN/8LvkvNgV6Xivdd/CfkVwuxdlHEOLQ4NDRJPHoFt8V/V2UZ021RRJEyiXrTZRa0wGtMEiXDNxUpoiJyt46AAK9zRVwZkB6ZVdIWx+wNexzoAIbIjQ9R5LElOLT6IyTXYxJPSKmV0AFOzFRqbDslwH60QwRLUxzi0N0iNPBKjiy0G+vkq5CEJUh8mSmsSmApEpoQFj6jhwCjRhAhMTJW3Tg1QsMK0zRRY0BoRqCbjzRQJQMdh6ha4PGrSCOoMj5L2bCVwWteOLQfULxfgvUt1cQX4WkeTcv8pLfos+daRdifZ04PFAlMousnFZy0Dkk0lJAH//Z" alt="Картинки по запросу natiq miri">
Natiq Miri: “Suriyadakı “Hmeymin” aviabazasına olan hücumların arxasında da məhz ABŞ durur və bu hücumlar Türkiyə, Rusiya  və İran arasında bir parçalanmanın baş verməsi üçün həyata keçirilmişdi”.


- BMT TŞ-da Türkiyəyə qarşı qətnamə qəbul edilməsi nə qədər mümkündür və BMT TŞ-nın daimi üzvlərindən hansısa Türkiyənin mövqeyini müdafiə edə bilərmi?

- Öncəliklə qeyd edim ki, Afrin əməliyyatının Fransa tərəfindən BMT TŞ-na daşınması Fransa dövləti adına böyük riyakarlıqdır. Çünki hadisə başlamımşdan öncə bütün təfərrüat Türkiyə dövləti tərəfindən həm də Fransaya bildirilmişdi. Yəni, Fransa bu barədə məlumatlı  idi. Suriyanın şimalında bir terror təşkilatına qarşı keçiriləcək bir əməliyyatı bu səviyyədə operativ şəkildə BMT TŞ-na daşımaq  onu göstərir ki, bu terror təşkilatının zərərsizləşdirilməsi ilə bağlı Qərb dünyasında çox ciddi narahat olan güc mərkəzləri var. Əks təqdirdə, Fransa və  bu yöndə addım atan digər Qərb dövlətlərinin məlum  addımını dəyərləndirmək çox çətindir. 

TŞ-da Türkiyəyə qarşı qətnamənin qəbul olunmasına gəlincə, belə bir qətnamənin  qəbul olunacağını düşünmürəm. Ona görə ki, beş daimi üzv ölkələrdən biri olan Rusiya Suriyada maraqlı olan tərəflərdən biridir və  bu məsələdə Türkiyəni dəstəkləyir. Eyni zamanda Suriya Türkiyənin hərbi əməliyyatlarının əsas səbəbkarı kimi Türkiyəni deyil, əksinə terror təşkilatını silahlandıran və nizami bir ordu şəkilinə salmaq  istəyən ABŞ- ittiham edir. Türkiyəyə qarşı qətnamə layihəsi  qəbul olunarsa, Rusiya bu qətnamənin boykot edilməsi üçün veto hüququndan istifadə edəcək. 

Hesab edirəm ki, bu məsələdə ciddi bir anlaşma olmayacaq.  Sadəcə olaraq, bu məsələnin BMT TŞ-na  daşınması Türkiyəyə təzyiq etmək xarakteri daşıyır və bu addımla Türkiyəni öz iddiasından vaz keçirmək istəyirlər. Fikrimcə, bütün bunlar əbəs addımlardır. Türkiyə onun sərhədlərini təhdid edən bu təhlükəni və terror təşkilatını sərhəddən təmizləmədikcə, hərbi əməliyyatların dayanması mümkün olmayacaq.  Və bu yöndə Türkiyə rəhbərliyinin qətiyyətli iradəsi ortadadır.

Natiq Miri: “Terror  təhlükəsindən Türkiyəni indiyə qədər  qoruya bilməyən NATO –nun bu məsələdə ciddi şəkildə Türkiyəyə qarşı çıxacağını düşünmək doğru deyil”.


- Natiq bəy,  Türkiyə əməliyyatı sona qədər davam etdirərsə, bu, onu  NATO-dan olan müttəfiqləri ilə qarşı-qarşıya gətirə bilərmi?

- Qətiyyən. NATO-nun “Zeytun budağı” əməliyyatı ilə bağlı verdiyi  konkret bir bəyanatda Türkiyəyə müəyyən mənada dəstək ifadə olunur. Baxmayaraq ki, bu gün NATO-Türkiyə münasibətləri o qədər də isti səviyyədə deyil və müəyyən problemlər yaşanır. Həmçinin NATO-Türkiyə münasibətləri çərçivəsi daxil, eyni zamanda ABŞ və Türkiyə arasında çox ciddi gərginliklər müşahidə olunur.  ABŞ   bu məsələdə çox ciddi səbəbkar kimi məhz özünün olduğunu çox gözəl anlayır. Terror  təhlükəsindən Türkiyəni indiyə qədər  qoruya bilməyən NATO-nun bu məsələdə ciddi şəkildə Türkiyəyə qarşı çıxacağını düşünmək doğru deyil. Sadəcə öz sifətini qorumaq üçün bəzi çağırışlar və bəyanatlar səsləndirilə bilər. Bütövlükdə isə NATO ilə Türkiyənin qarşı-qarşıya gələcəyini düşünmürəm.

- Türkiyənin “Zeytun budağı” əməliyyatı Suriyadakı qüvvələr  nisbətinə necə təsir edir? ABŞ-ın əsas müttəfiqi olan kürdlərin mövqelərinin zəifləməsi Suriyada ABŞ-ın hərbi varlığına necə təsir edə bilər və bu halda Suriyada proseslərin inkişafı necə davam edər?

- Əslində bu gün Suriyada  əsas aktorlarlardan olan Rusiyaİran Türkiyə əməliyyatı ilə bağlı öz narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Belə ki, onlar hesab edir ki, Türkiyənin addımları gələcəkdə sülh prosesinə zərər verə bilər. Lakin mən bunun əksini düşünürəm. Çünki bu gün əsas olan Türkiyə, Rusiyaİran arasındakı bu birliyi pozmaq istəyən yeganə ölkə ABŞ-dır. Suriyadakı “Hmeymin” aviabazasına olan hücumların arxasında da məhz ABŞ durur və bu hücumlar Türkiyə, Rusiya  və İran arasında bir parçalanmanın baş verməsi üçün həyata keçirilmişdi. 

Bu gün Suriyanın şimalında və bütövlükdə Suriyada ABŞ-ın əsas vuran gücü terror təşkilatı olan PKK-nın Suriya qolu YPG və PYD kürd gücləridir. Bu güclərin Türkiyə ordusu tərəfindən zərərsizləşdirildiyi təqdirdə ABŞ-ın Suriyadakı bütün təsir imkanları tamamilə zəiflədiləcək. Bu isə Suriyanın daxilindəki prosesi sülhə daşımaq üçün yeni bir imkanlar açacaq, Rusiya, İran və Türkiyənin Suriyadakı mövqelərini daha da gecləndirəcək. 

Bu baxımdan hesab edirəm ki, Türkiyənin başlatdığı “Zeytun budağı” hərbi əməliyyatı prosesin ziyanına deyil, xeyrinə olacaq. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar