Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın sanksiyaları Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığına necə təsir edəcək?


İlqar Vəlizadə: “Azərbaycan Rusiyanın hərbi əməkdaşlığından imtina etsə, bu zaman Azərbaycan siyasi cəhətdən müəyyən itkilər verə bilər”


Ədalət Verdiyev: “ABŞ-ın Rusiyanın Hərbi Sənaye Kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycana ciddi təsir etməyəcək”.

Son günlər ABŞ-ın Rusiyanın hərbi müəssisələrinə qarşı sanksiyalar hazırlaması gündəmdədir. Yeni hazırlanan siyahıya 33 Rusiya şirkətinin və təşkilatının adı düşüb. Bir çox ekspert yeni sanksiyaların ABŞ-a Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaratdığını bildirir. Azərbaycan da Rusiyadan kifayət qədər çox silah alır. Demək olar ki, Azərbaycanın son illərdə silah ticarəti üzrə ən böyük tərəfdaşı Rusiyadır. İndiyə kimi Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və onların 10 faizə qədərinin göndərilməsi hələ başa çatmayıb. Bundan əlavə, Rusiyadan yeni silahların da alınması gündəmdədir.

Məsələ ilə bağlı “Amerikanın səsi” radiosuna açıqlama verən ABŞ Xarici Siyasət Şurasının, (American Foreign Policy Council), analitiki Stiven Blank bildirib ki, yaxşı olardı ki, Rusiya silahının Cənubi Qaqaza girişi dayandırılsın. Bu tərəflərə, (AzərbaycanErmənistan), sülh əldə eləmək üçün kömək edə bilər. 

Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığına görə ABŞ sanksiyaları ilə üz-üzə gəlməsi nə qədər mümkündür və bundan Azərbaycan nə qədər ziyan görə bilər? Həmçinin sanksiyalar Ermənistana hansı səviyyədə təsir göstərə bilər və ümumiyyətlə Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında hərbi balansı necə dəyişdirə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə və ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.


İlqar Vəlizadə: “Əgər belə bir sanksiyalar Azərbaycana qarşı tətbiq olunsa belə, bu minumum səviyyədə ola bilər”.


Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etməsini mümkünsüz hesab edən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan Rusiyadan tamamilə asılıdır və hərbi texnika və silahı Rusiyanın kreditləri də bu ölkədən alır. Amma Azərbaycan Rusiyanın hərbi əməkdaşlığından imtina etsə, bu zaman Azərbaycan siyasi cəhətdən müəyyən itkilər verə bilər:

“Əgər belə bir sanksiyalar Azərbaycana qarşı tətbiq olunsa belə, bu çox minumum səviyyədə ola bilər. Çünki adətən sanksiyalardan əziyyət çəkən o təşkilatlar olur ki, onlar Rusiyanın Hərbi Sənaye Kompleksi ilə sıx əlaqələr qurur və bu quruma texniki dəstək verir. Eyni zamanda da mülki sahələrdə əhəmiyyətli rol oynayırlar. Azərbaycanda elə bir müəssisə yoxdur ki, Rusiyanın Hərbi Sənaye Kompleksi ilə birgə layihələr həyata keçirsin. Həmçinin Azərbaycanda elə bir şirkət də yoxdur ki, ABŞ-ın hansısa iri şirkətləri ilə sıx  tərəfdaşlıq əlaqəsi olsun. Yenə qeyd edim ki, sanksiyalar iri  Rusiyanın Hərbi Sənaye Komplekslərinə aid olacaq. Çünki onlar həm Rusiya silah istehsalçıları ilə sıx münasibətdədirlər, həm də ABŞ şirkətləri ilə də tərəfdaşlıq əlaqələri var.

ABŞ-ın Rusiyanın Hərbi Sənaye Kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi təsir göstərə bilməz. Çünki Ermənistanda elə bir iri müəssisə, təşkilat mövcud deyil ki, ABŞ firmaları ilə geniş biznes əlaqələri olsun. Əgər istehsalçılardan söhbət gedirsə, Rusiyanın Hərbi Sənaye Kompleksi ilə Ermənistanın Hərbi Sənaye Kompleksi arasında bir neçə müəssisələrin əlaqəsi var. Məsələn Ermənistanın dronları Rusiyanın köməkliyi ilə istehsal olunur. O da lokal istehsal gücünə malik olan müəssisədir. Buna görə də Ermənistanın bu müəsisəsini ciddi oyunçu kimi qəbul etmək olmaz.

İlqar Vəlizadə: “Rusiya müəyyən dərəcədə Azərbaycanın nazı ilə oynayır. Çünki Rusiya Azərbaycanı itirməkdən qorxur”.


Ermənistan Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edə bilməz. Çünki Ermənistan Rusiyadan tamamilə asılıdır və hərbi kreditləri də oradan alır. Amma Azərbaycan Rusiyanın hərbi əməkdaşlığından imtina etsə, bu zaman Azərbaycan siyasi cəhətdən müəyyən itkilər verə bilər. Belə ki, artıq Azərbaycan Rusiya üçün maraqlı tərəf olmayacaq. Həmçinin Azərbaycan Rusiya üçün perspektivli alıcı sayılır. Perspektivli alıcı kimi də Rusiya müəyyən dərəcədə Azərbaycanın nazı ilə oynayır. Çünki Rusiya Azərbaycanı itirməkdən qorxur. Bu da bizə imkan yaradır ki, Rusiyadan daha müasir silah-sursat alaq və Ermənistanın Rusiya tərəfindən təchiz olunmuş ordusundan bir qədər üstün olaq. 

Bildiyimiz kimi, hərbi silahların müasir varisantı Azərbaycanda, köhnələri isə Ermənistandadır. Ermənistan da bu hala görə qıcıqlanır. Bir sözlə Azərbaycanın siyasi üstünlüyü odur ki, Rusiya üçün daha maraqlı tərəfdir və hərbi tərəfdən də üstünlüyü odur ki, Rusiyadan daha müasir silah-sursat alır”. 



Ədalət Verdiyev: “ABŞ-ın Rusiyanın Hərbi Sənaye Kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın vəziyyətinə müəyyən situasiyalar yarada bilər”.


Bölgədə Rusiyanın Ermənistanı dəstəkləməsindən əl çəkməsi balansı Azərbaycanın xeyrimizə dəyişəcəyin qeyd edən hərbi ekspert Ədalət Verdiyev PİA.AZ-a açıqlamasında əlavə edib ki, Azərbaycana silah satmaq istəyən ölkələr çox, Ermənistana silah satmaq istəyən ölkə yoxdur:

ABŞ-ın Rusiyanın Hərbi Sənaye Kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycanın silahlarında olan sistemlərin içində NATO, Türkiyə, Çexslavakiya, Çin və Rusiya istehsalı olan silah sistemləri mövcuddur. Həmçinin o da qeyd edilməlidir ki, silahlarımızın çoxu yerli istehsaldır. Əsasən isə Azərbaycanın silahlanmasında, yəni son zamanlar alınan silahlar İsrail, Pakistan və Çexiyaya məxsusdur. AvropaRusiya sanksiyaların altına düşdüyündən biz digər ölkələrə, məsələn İsrailə, Pakistana silah sifarişi verirdik. Yaxud da yerli, yəni öz zavodlarımızda bir çox silahları istehsal etdiyimiz kimi digər istehsal sahələrini də açıb yerli silah-sursatlarımızı istehsal edib istifadə edə bilərik.
 
Qeyd edim ki, Azərbaycan universal silahlara üstünlük verir. Son zamanlar alınan silahları analiz etdikdə görünür ki, biz elə silahlar alırıq ki, həm Rusiya, həm NATO standartları olan sursatlardan istifadə oluna bilinsin. Bu baxımdan da Rusiya olmayacaqsa, NATO, NATO da olmayacaqsa Pakistan, İsrail ola bilər. Yəni iqtisadi imkan olduqdam sonra silah-sursatların alınmasında heç bir zaman problem olmaz. Necə deyərlər, kimin pulu var musiqini də o sifariş edir. Yəni silah alınmasında da əsas rolu iqtisadi imkan oynayır. 

Ədalət Verdiyev: “Ruslar xaric heç bir dövlət Ermənistana kreditə, borca silah-sursat vermək fikrində olmayacaq”.


ABŞ-ın Rusiyanın Hərbi Sənaye Kompleksinə qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın vəziyyətinə müəyyən situasiyalar yarada bilər. Bunun da səbəbləri var. Məsələn Ermənistanın öz silah istehsalı yox səviyyəsindədir. Rusiyadan alınınan silah-sursatlar isə hamısı borc və yaxud da kreditlər hesabına həyata keçirilir. Rusiyadan bahalı sistem almağa Ermənistanın imkanı yoxdur. Ermənistana verilən silah-sursatlar isə daha əvvəlki modellərə, daha əvvəlki istehsal illərinə məxsusdur. 

Digər ölkələrdə də köhnə sistemlərlə demək olar ki, silah istehsal etmirlər. Çünki köhnə model silah-sursatların istehsalı iqtisadi cəhətdən də əhəmiyyətli, sərfəli, səmərəli deyil və satış bazarları məhduddur. Buna görə də Ermənistanın bu mövzuda daha çox narahat olacağını düşünürəm. Ruslar xaric heç bir dövlət Ermənistana kreditə, borca silah-sursat vermək fikrində olmayacaq. Çünki Ermənistanın həmin vəsaiti ödəyə bilmə imkanları çox aşağıdır. 

İstənilən halda bölgədə Rusiyanın Ermənistanı dəstəkləməsindən əl çəkməsi balansı bizim xeyrimizə dəyişəcək. Sadəcə Rusiyanın Ermənistanın üstündən əlini götürməsinə ehtiyac var. Amma sanksiyaların tətbiq olunması bəlkə də, ümumi vəziyyətin xeyrinə olacaq. Çünki Azərbaycana silah satmaq istəyən ölkələr çoxdur, yəni silah bazarımız, istehsalımız nisbətən yolundadır. Amma Ermənistana silah satmaq istəyən ölkə yoxdur. Buna görə düşünürəm ki, ümumi balansın Azərbaycanın xeyrinə dəyişəcəyi gözləniləndir. Yetər ki, Rusiya Ermənistana verdiyi dəstəkdən əl çəksin. Azərbaycanın qarşısında da bir problem var, ikinci problem yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar