Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda terror təhlükəsi Ermənistan və Gürcüstanda olduğundan daha böyükdür?


Təhlükəsizlik üzrə ekspertl: “ABŞ departamentinin bu xəbərdarlıq bəyanatında reallıqdan çox siyasi çaların olduğu da hiss olunur”


Azərbaycan  müsəlman ölkəsi olduğundan hesab edilir ki, ABŞ və Qərb ölkələrinin vətəndaşlarının radikal islamçılar tərəfindən şiddətə məruz qala bilər və qonşu İranın bizim ölkənin hüdudlarında onlara qarşı terror aktı həyata keçirə biləcəyi mümkün ola bilər”.

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert  İlham İsmayıl Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanın terror təhlükəsinə görə ikinci katoqoriyada yer alması xəbərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Dövlət Departamenti səyahətə çıxan ABŞ vətəndaşlarının təhlükəsizlikləri ilə bağlı məlumat sistemi hazırlayıb. Dörd katoqoriyaya ayrılan sistemdə Ermənistan və Gürcüstandan təhlükəsiz katoqoriyada yer alıb. Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq ikinci katoqoriyada yer alıb. Bu katoqoriyada ABŞ vətəndaşlarına məsləhət görülür ki, səyahət zamanı yüksək təhlükəsizlik qaydalarına əməl olunmalıdır. 

Dövlət Departamentinin məlumat sisteminə əsasən Azərbaycanda terror riski var. Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanın Rusiya və Türkiyə ilə birlikdə təhlükəli katoqoriyada yer alması siyasi xarakterli ola bilərmi, yoxsa doğurdan da Azərbaycanda terror təhlükəsi Ermənistan və Gürcüstanda olduğundan daha böyükdür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert  İlham İsmayıla  fikirlərini öyrənib.



İlham İsmayıl: “Azərbaycan beynəlxalq təşkilatların hesabatında qeyri -azad ölkə siyahısındadır. Hüquq dövləti olmayan ölkələri, qeyri-azad ölkələri ABŞ hər zaman vətəndaşları üçün təhlükəli hesab edib”.


Tramp hakimiyyətə gəldikdən sonra müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlişinə əngəllərin yaradıldığını vurğulayan təhlükəsizlik məsələləri üzrə ekspert  İlham İsmayıl PİA.AZ-a açıqlamasında əlavə edib ki, həmin ölkələrə getməyin təhlükə dərəcələri gündəmə gətirilib:

ABŞ departamentinin bu xəbərdarlıq bəyanatında reallıqdan çox siyasi çaların olduğu hiss olunur. ƏvvalaTramp hakimiyyətə gəldikdən sonra müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlişinə əngəllər yaradıldı, sonra da həmin ölkələrə getməyin təhlükə dərəcələri gündəmə gətirildi. 

İkincisi, Cənubi Qafqaz respublikalarının üçündə də müharibə vəziyyəti eyni səviyyədədir. Dondurulmuş bir haldır. Amma, Azərbaycan  müsəlman ölkəsi olduğundan hesab edilir ki, ABŞ və Qərb ölkələrinin vətəndaşlarının radikal islamçılar tərəfindən şiddətə məruz qala bilər və qonşu İranın bizim ölkənin hüdudlarında onlara qarşı terror aktı həyata keçirə biləcəyi mümkün ola bilər. Nəzərə alın ki, İranda baş verən son hadisələrdə İran ABŞ-ı təqsirləndirirdi. 

Bundan başqa Azərbaycan beynəlxalq təşkilatların hesabatında qeyri -azad ölkə siyahısındadır. Hüquq dövləti olmayan ölkələri, qeyri-azad ölkələri ABŞ hər zaman vətəndaşları üçün təhlükəli hesab edib. Hər halda respublikamızın təhlükəli  ikinci kateqoriyaya aid olması xoşagələn fakt deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar