Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu bütün dünyanın iqtisadi mənzərəsinə təsir edən qərar olacaq” – Natiq Cəfərli


İqtisadçı ekspert: “ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsin artırmaqla iqtisadi qaydalarla, iqtisadi normalarla iqtisadiyyatın tənzimlənməsi prosesinə geri dönür”


“Çox güman ki, bu axşam Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini yüksəldəcək. Faiz artımın olması da, dünyada dollar indeksinin artmasına səbəb olacaq ki, bu da gələcəkdə dolların dünya bazarlarında digər valyutalara nisbətən dəyərinin artmasına xidmət edəcək”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin bu axşam dolların faiz dərəcəsini yüksəldəcəyi ehtimalını PİA.AZ-a şərh edərkən qeyd edib. 

Bu axşam ABŞ Federal Ehtiyat Sisteminin (FED) toplantısı olacaq. Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsinin 0,2 % qaldırılmasına dair qərar qəbul edəcəyi gözlənilir. Qərar Amerika iqtisadiyyatının böhrandan sonra artıq bərpa olunduğunu təsdiqləyərək, sahibkarlara sərmayələri inkişafda olan bazarlara daha fəal yatırmağa çağıracaq. Benefisiar qismində həmçinin Rusiya çıxış edəcək. Rusiya Mərkəzi Bankı dərəcəni azaldaraq bu prosesə əlavə təkan verəcək. FED-in dekabr iclasının yekunları bu gün yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da).

Digər valyutalara nisbətən yüksək indeks səviyyəsinə malik olan və neftin də qiymətinin yüksəldiyi hazırkı şəraitdə məhz ilin sonunda dolların faiz uçotunun qaldırılması ABŞ iqtisadiyyatı üçün hansı məqsədə xidmət edir və dolların faiz dərəcəsinin artırılması dünya iqtisadiyyatına təsiri hansı səviyyədə ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.



Natiq Cəfərli: “ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini yüksəltməsi qərarının manata həmən təsir etməsi mümkün deyil”.


ABŞ Federal Ehtiyat Sisteminin bu günkü toplantısında əsas məsələ faiz artımı olmadığını, əsas məsələ gələn il üçün hansı yol xəritəsinin qəbul olunacağını qeyd edən iqtisadçı ekspert Natiq Cəfərli PİA.AZ-a açıqlamasında bildirib ki, çox böyük ehtimalla FED gələn il üçün 3 faiz artımın olacağı ilə bağlı rəsmi açıqlama verəcək. Natiq Cəfərli onu da əlavə edib ki, gələn il üçün 3 faiz artımın olması o deməkdir ki, dollar inteksinin dünyada bahalaşması, artması və dolların möhkəmlənməsi davam edəcək. Təbii ki, bu da bütün ölkələrə, o cümlədən başqa valyutalara, yəni avroya, funt sterlinqə və dünyada top beşliyə daxil olan valyutalara nisbətən dolların bahalaşmasına səbəb olacaq:

“Artıq dünya birjaları və maliyyə bazarları Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini yüksəldəcəyini həzm edib. Yəni artıq indiki qiymətlərin və indiki gözləntilərin içində bazar faiz artımının sanki baş verdiyi kimi davranır. Çünki çox az adam düşünür ki, faiz artımı olmaya bilər. Çox güman ki, bu axşam Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini yüksəldəcək. Faiz artımın olması da, dünyada dollar indeksinin artmasına səbəb olacaq ki, bu da gələcəkdə dolların dünya bazarlarında digər valyutalara nisbətən dəyərinin artmasına xidmət edəcək. 

Amma onu da qeyd edim ki, ABŞ Federal Ehtiyat Sisteminin bu günkü toplantısında əsas məsələ faiz artımı deyil, əsas məsələ gələn il üçün hansı yol xəritəsinin qəbul olunmasıdır. Çox böyük ehtimal, bu gün gələn il üçün 3 faiz artımın olacağı ilə bağlı rəsmi açıqlama olacaq. Gələn il üçün 3 faiz artımın olması o deməkdir ki, dollar inteksinin dünyada bahalaşması, artması və dolların möhkəmlənməsi davam edəcək. Təbii ki, bu da bütün ölkələrə, o cümlədən başqa valyutalara, yəni avroya, funt sterlinqə və dünyada top beşliyə daxil olan valyutalara nisbətən dolların bahalaşmasına səbəb olacaq. 

Natiq Cəfərli: “ABŞ iqtisadiyyatının sağaldığını, sağlamlaşdığını və daha çox iqtisadi amillərə görə inkişaf edəcəyinin mesajini verir. Çox böyük ehtimal bu bütün dünyanın iqtisadi mənzərəsinə təsir edən qərar olacaq”.


ABŞ-ın iqtisadiyyatında baş verən təlatumlar başa çatdığına görə ABŞ bu addımı atır. ABŞ Federal Ehtiyat Sistemi də faiz dərəcəsin artırmaqla iqtisadi qaydalarla, iqtisadi normalarla iqtisadiyyatın tənzimlənməsi prosesinə geri dönür. Əslində 2008-ci ildə böhran başlayarkən ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsin 0.25 dərəcəyə saldı və bazara küllü miqdarda dollar ötürməyə başladı. Yeri gəlmişkən 2008-2017-ci illərdə təqribən 4 trilyon dollarlıq ABŞ Federal Ehtiyat Sisteminin bazarlara verdiyi vəsait var. İndi bu vəsaitin də geri yığılması prosesi başlanacaq və bu proses faizlərin artırılması ilə paralel gedəcək. Yəni ABŞ iqtisadiyyatının sağaldığını, sağlamlaşdığını və daha çox iqtisadi amillərə görə inkişaf edəcəyinin mesajini verir. Çox böyük ehtimal bu bütün dünyanın iqtisadi mənzərəsinə təsir edən qərar olacaq”.

Neftin yüksək qiymətinə baxmayaraq dolların faiz dərəcəsinin artırılması ilin son iki həftəsində Azərbaycan manatının dəyər itirməsinə səbəb ola bilərmi və 2018-ci ildə manatla bağlı hansı proqnozları vermək olar, sualını cavablandıran iqtisadçı ekspert bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini yüksəltməsi qərarının manata həmən təsir etməsi mümkün deyil. Amma buna baxmayaraq Mərkəzi Bank da yumşaq addımlarla manatın məzənnəsini aşağı salmağa məcbur olacaq:

“Əslində Azərbaycan manatı tamam fərqli bir mövzudur. Çünki Mərkəzi Bank nə qədər etiraf etməsə də, bizdə məzənnə sırf inzibati qaydada tənzimlənir. ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini yüksəltməsi qərarının manata həmən təsir etməsi mümkün deyil. Çünki Azərbaycanda iqtisadi institutlar, qiymətli kağızlar bazarı, valyuta birjası yoxdur ki, onlayn qaydada məzənnəni müəyyən edə. Məsələn Rusiyada biz bunu görürük ki, hər saniyə məzənnənin dəyişməsi onlayn şəkildə baş verir. Amma Azərbaycanda belə bir institutlar yoxdur. Buna görə də düşünmürəm ki, faiz dərəcəsinin artırılması manata həmən təsir edəcək. 

Natiq Cəfərli: “Azərbaycan manatına təsir edən əsas amil, dünya bazarlarında gedən proseslərdən fərqli olaraq Azərbaycan hökümətinin atacağı addım olacaq”.


Ümumiyyətlə Azərbaycan manatına təsir edən əsas amil, dünya bazarlarında gedən proseslərdən fərqli olaraq Azərbaycan hökümətinin atacağı addım olacaq. Neftin qiymətinin yüksək olması Azərbaycan hökümətinin əlini xeyli dərəcədə rahatladıb. İlin əvvəlindən 30 faizdən çox neftin qiyməti qalxıb və bu da Azərbaycana çox pozitiv təsir göstərib və əlavə valyuta gəlməsinə səbəb olub. Buna görə də dolların faiz dərəcəsinin artmasının manata həmən təsir edəcəyini düşünmürəm. Amma gələn il doğrudan da dolların faiz dərəcəsi 3 dəfə artsa, qonşu ölkələrdə, yəni Türkiyədə, Gürcüstanda, Rusiyada gedən proseslər nəticəsində də onların öz milli valyutalarının ucuzlaşması surətlənsə və bu hadisələr istər istəməz bir müddət sonra Azərbaycana da təsir etməyə başlayacaq. 

Azərbaycan höküməti də, Mərkəzi Bank da yumşaq addımlarla manatın məzənnəsini aşağı salmağa məcbur olacaqlar. Çünki qonşu ölkədə bu proseslər baş verəndə, onların milli valyutaları zəifləsə, bizim milli valyuta güclü qalsa, bu bizim xarici ticarətimizə mənfi təsir göstərəcək. Buna görə də düşünürəm ki, gələn ildə manatın məzənnəsinin aşağı düşməsinin müəyyən ehtimalları var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar