Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blokçeyn texnologiyası: Kriptovalyutaların dəyər vahidi necə ölçülür?


Ekspert: “Azərbaycanda insanlar bitcoinə dollardan daha çox etimad göstərirlər”


“Blokçeyn texnologiyası bank olmadan insanların bir-birinə rahatlıqla pul köçürülməsini təmin edir. Bu elə bir texnologiyadır ki, insanlar köçürdükləri pulları şəffaf şəkildə izləyə bilirlər. Buna görə də ona hər hansı maneə, əngəlləmə qəti şəkildə mümkün deyil”.

Bu sözləri blokçeyn texnologiyası üzrə ekspert Qurbanəli Ömər son zamanlar dünyanın əsas  iqtisadi hadisəsi hesab olunan kriptovalyatalar haqqında PİA.AZ-a açıqlama verərkən qeyd edib.

Artıq dünya iqtisadiyyatı və dünya bazarları bir tək dollardan asılı olmaq istəmirlər. Şaxələnmiş və heç bir dövlətin iqtisadiyyatından asılı olmayan sırf mübadilə üçün dövlətlər arası istifadə edilə biləcək kriptovalyuta zamanı yaxınlaşmaqdadır. Kriptovalyutaların ən məşhur növlərindən biri olab bitcoin artıq bir çox ödəmə terminalları və chek out sistemləri tərəfindən tam dəstəklənməkdədir. Dünyanın nəhəng şoping saytları və şirkətləri BTC-ni artıq pul kimi qəbul edir. Heç bir kəsə bağlı olmadan sadəcə internet vasitəsilə istədiyiniz yerə pul göndərib və qəbul etməyiniz bu sistemi daha da cəzb edici edir.

Son zamanlar isə kriptovalyatalar dünyanın əsas  iqtisadi hadisəsi hesab olunur. Bu virtual valyutalar necə istehsal olunur və kriptovalyutaların arxasında dəyər vahidi olaraq nə durur? Kriptovalyutalardan istifadə vergidən yayınmaq və terrorrizmin maliyyələşməsi üçün ən asan yol olduğu bildirilir. Bu valyutaya nəzarət necə hayata keçirilir? Həmçinin Azərbaycanda bitkoin və digər kriptovalyutaların bir zaman dollar qədər məşhurlaşacağını ehtimal etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı blokçeyn texnologiyası üzrə ekspert Qurbanəli Ömərə müraciət edib.


Qurbanəli Ömər: “Kriptovalyutaların 80 faizi iri brokerlərin əlində olduğuna görə qiymət bir gündə 20-25 faiz qalxıb, düşür. Belə olanda da peşəkarlar yaxşı pullar qazanırlar, təcrübəsiz insanlar isə bu sahədə itirirlər”.


Əvvələr Qərb ölkələrində kriptovalyutalara maneə yaratmağa çalışsalar da, hal hazırda kriptovalyutalardan çox maneəsiz şəkildə ödəmə vasitəsi olaraq istifadə edildiyin qeyd edən ekspert  Qurbanəli Ömər əlavə edib ki, kriptovalyutalar rəsmi şəkildə qəbul edilməsə də, dövlətlər kriptovalyutalara öz dəstəklərini əsirgəmirlər:

“Əvvəla onu qeyd edim ki, 2008-ci il dünya iqtisadi böhranından sonra kriptovalyataların yaranma zərurəti ortaya çıxdı. Çünki dünyanın əsas supergücləri, yəni Qərb, Rusiya və Çin arasında siyasi münasibətlərin gərginləşməsi iqtisadi münasibətlərə də təsir etdi. Belə olan halda da, bu ölkələrdə yaşayan iş adamları daha rahat yollarla bir-birlərinə pul köçürməyi düşünürdülər və onlar belə bir qərara gəldilər ki, elə bir pul köçürmə yolundan istifadə etsinlər ki, bu həm daha ucuz, daha maneəsiz başa gəlsin. Təsəvvür edin, ABŞ-a pul köçürülməsi zamanı terrorla bağlı şübhələrə, Çində vergidən yayınmaya, Rusiyada da siyasi məqsədlərə görə maneələr yaradılırdı. 

Amma artıq iş adamları düşündülər ki, bunların bizə heç bir aidiyyatı yoxdur. Həm də iş adamlarını belə düşünməyə bankların süründürməçilik etməsi və daha çox kommersiya tutması səbəb oldu. Üstəgəl də iş adamlarının vaxtı çox alınırdı. Məhz bu səbəblərə görə də blokçeyn texnologiyası yarandı. Blokçeyn texnologiyası bank olmadan insanların bir-birinə rahatlıqla pul köçürülməsini təmin edir. Bu elə bir texnologiyadır ki, insanlar köçürdükləri pulları şəffaf şəkildə izləyə bilirlər. Buna görə də ona hər hansı maneə, əngəlləmə qəti şəkildə mümkün deyil. Çünki məlumatlar parçalanmış halda qorunub saxlanılır və kopyalanmır. Yəni birinci növbədə kriptovalyutaların arxasında, xüsusilə də bitcoindin arxasında blokçeyn texnologiyası durur. 

Qurbanəli Ömər: “Qərb və Uzaq Şərq ölkələri artıq blokçeyn texnologiyasını qəbul ediblər”.


Əsas olaraq məlumat verim ki, bitcoin populyarlıq qazandıqca dəyər qazanmağa başlayır. Bitcoinin sayı çox məhdudur. İlkin olaraq təxmini 5 milyon ədəd bitcoin itirilib. Yəni insanlar onun dəyərsiz olduğu zamanlarda o haqda heç nə düşünməyiblər və internetdən uzaq qurğularda onlar itib. İndi isə dünyada təxmini 10 milyon üzərində bitcoin mövcuddur. Artıq dünyanın bir çox nüfuzlu şirkətləri bitcoindən ödəmə vasitəsi kimi istifadə edirlər. Həmçinin Qərb və Uzaq Şərq ölkələri artıq blokçeyn texnologiyasını qəbul ediblər. Onu da qeyd edim ki, dünyada ilk bitcoin bankomatı Kanadada açılıb. Avstraliya da bitcoini ikinci valyutası kimi qəbul edir. Bitcoindən sonra isə ikinci olaraq litecoin yarandı. Daha sonra da digər kriptovalyutalar yaranmağa başladı. Onlardan da ən məşhuru ethereumdur, hansıkı onun özünün xüsusi alt yazısı mövcuddur. 

Hal hazırda bu sektora 400 milyard dollardan artıq  yatırım edilib. Bu da kifayət qədər böyük rəqəmdir. Bunun da təxmini 60 faizdən daha artığı məhz bitcoinin payına düşür. Əvvələr Qərb ölkələrində kriptovalyutalara maneyə yaratmağa çalışsalar da, hal hazırda çox maneyəsiz şəkildə ödəmə vasitəsi olaraq istifadə edilir. Yəni kriptovalyutalar rəsmi şəkildə qəbul edilməsə də, dövlətlər kriptovalyutalara öz dəstəklərini əsirgəmirlər. 

Qeyd edim ki, Kriptovalyutaların dəyər vahidi tələb və təklifdir. Yəni hansı kriptovalyutanın arxasında sağlam texnologiya varsa, ödəmə üsulu olaraq daha çox istifadə edilirsə, sayı nisbətən daha məhduddursa, o, zaman içərisində daha çox populyarlıq qazanır. 

Kriptovalyutalardan vergidən yayınma məsələsinə gəlincə isə deyə bilərəm ki, bunu da tənzimləmək mümkündür. Məsələn Türkiyədə artıq yerli birjalar mövcuddur ki, insanlar qanunu şəkildə kriptovalyuta alırlar və öz vergilərini də ödəyirlər. Dünyanın bir neçə kriptovalyutaları heç də düşünüldüyü kimi məxfi deyil. Yəni bu kriptovalyutalardan terror və başqa məqsədlər üçün istifadə edilə bilməz. Çünki onların blokçeyni müəyyən insanların nəzarətindədir. Amma onu da qeyd edim ki, başqa kriptovalyutalar da var ki, onlardan müəyyən məqsədlər üçün istifadə etmək olar. 

Qurbanəli Ömər: “Hər kriptovalyutaya yatırım etmək olmaz. Çünki bəzən bir kriptovalyuta bir ay içində 5-10 min dəfə dəyər qazanır və anında da sıfırlanır, batır, birjadan çıxır”.


Kriptovalyutalar dəyər qazanırsa, dünyanın hər yerində məşhurlaşır. Yəni yanvar ayında 3 milyon aktiv blokçeyn istifadəçisi vardısa, aprel ayında ümumi kapitalzasiya 40 milyard idisə, hazırda 400 milyard dolların üzərindədir. Bu da 10 qat artım deməkdir və bu populyarlıqla bağlıdır. Məsələn Azərbaycanda da deyək ki, keçən il bu sektorla 5 min insan maraqlanırdısa, bu gün 50 min insan maraqlanır. Hal hazırda Azərbaycanda bitcoin almaq mümkündür. Artıq Azərbaycanda insanlar bitcoinə dollardan daha çox etimad göstərirlər. Bu da təbiidir, çünki daha çox yatırım üsulu kimi düşünürlər. Bu da həm ölkə iqtisadiyyatına, həm əhalinin maddi rifahının düzəlməsinə görə yaxşıdır. Təbii ki, bu sahədə də risklər var. Yəni bu gün digər kriptovalyutaların qiyməti suni şəkildə enib, qalxa bilir. Çünki kriptovalyutaların 80 faizi iri brokerlərin əlində olduğuna görə qiymət bir gündə 20-25 faiz qalxıb, düşür. Belə olanda da peşəkarlar yaxşı pullar qazanırlar, təcrübəsiz insanlar isə bu sahədə itirirlər. 

Təbii ki, hər kriptovalyutaya yatırım etmək olmaz. Çünki bəzən bir kriptovalyuta bir ay içində 5-10 min dəfə dəyər qazanır və anında da sıfırlanır, batır, birjadan çıxır. Olduqca diqqətli olmaq lazımdır və alış zamanı da diqqətli olmaq lazımdır. Həmçinin qeydiyyatdan keçəndə də öz elektron cüzdanlarını etibarlı şəraitdə qoruyub saxlamalıdırlar ki, hakkerlər onların pulların oğurlamasınlar. Bu elə bir sahədir ki, insanlar o sahədən istifadə etmək istəyirlər. Xüsusilə də iqtisadçılar gəlirlərini artıqmağa çalışırlar, texniklər bu sahənin istehsal tərəfi ilə maraqlanırlar və o tərəfdən qazanırlar, marketinq sahəsində çalışan insanlar isə marketinq, reklam, tanıtımından faydalanıb gəlir əldə etməyə çalışırlar”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar