Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana qarşı Səudiyyə-İsrail ittifaqı Yaxın Şərqə nə vəd edir?


Yaxın Şərqdə yaranan geosiyasi mənzərə artıq ABŞ-Ia birtərəfli addımlar atmağa zorlayır və belə birtərəfli addımlardan biri də dünən Tramp tərəfindən Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmasıdır


Politoloq: “İsrailin hərbi gücü ona müqavimət göstərmə iqtidarı ərəb ölkələrinin hamısının birlikdə götürülmüş hərbi gücündən güclü olsa da, İranla müqayisədə bu fikirləri əminliklə demək olmaz”.

İran Orta Şərqdə çox güclü bir oyunçudur. Onun kimin tərəfində olması balansı həmin koalisiyanın xeyrinə dəyişə bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Səudiyyə Ərəbistanı-İsrail ittifaqının regiona təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən axşam saatlarında Birləşmiş Ştatların prezidenti Donald Tramp Qüds (Yerusəlim) ölkəsinin İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. Bununla bağlı çıxışında D.Tramp həmçinin əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək. Qeyd edək ki, bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

Öz növbəsində Trampın qərarından sonra Fələstin Azadlıq Təşkilatının sədri və Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbas bütün fələstinliləri İsrailə qarşı birgə mübarizəyə səsləyib. Mahmud Abbas ABŞ prezidentinin bu qərarını  İsraili mükafatlandırmaq və həm ərəb, həm də yəhudi tərəfindəki ekstrimist qüvvələrə dəstək vermək kimi dəyərləndirib: “Çünki onlar dini müharibə etmək üçün bəhanə axtarırlar. Bu, beynəlxalq səviyyədə heç vaxt bitməyən müharibələrə gətirib çıxaracaq”, deyə Fələstin lideri bildirib.

Məsələ ilə bağlı bir sıra Avropa dövlətləri də Trampın mövqeyini sərt tənqid ediblər. Trampın verdiyi bu qərara qarşı ən sərt təpkini isə Türkiyə prezidenti göstərib. Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında çıxışı zamanı Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: “Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür”. Həmçinin Türkiyə lideri İsraillə diplomatik əlaqələri kəsə biləcəklərini də istisna etməyib.
 
Məsələ ilə bağlı ən maraq doğuran məsələlərdən biri isə sünni ərəb ölkələrinin lideri olaraq bilinən Səudiyyə Ərəbistanının mövqeyidir. Qeyd edək ki, daha əvvəl mətbuatda Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı gizli anlaşmanın olması haqda məlumatlar diqqəti cəlb etmişdi. Güman olunur ki, gizli anlaşma ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni, yəhudi əsilli Cared Kuşnerin təqribən bir həftə əvvəl Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfəri zamanı əldə olunub. Səudiyyə Ərəbistanın Qüdsün (Yerusəlim) İsrailin paytaxtı olaraq tanınmasına razılıq verməsi isə təbii olaraq Ər-Riyadın İrana qarşı mübarizəsində İsraili və ABŞ-ı əsas müttəfiqi olaraq görməsidir. Daha əvvəl İranla əlaqələrinə görə Qətərə qarşı blokada tətbiq edən Səudiyyə Ərəbistanın İrana görə Türkiyə ilə də münasibətləri kifayət qədər sərinləmiş görünür. 

Məsələ ondadır ki, uzun illər boyu Yaxın Şərqdə İranla nüfuz savaşı aparan Səudiyyə Ərəbistanı son illər İrana qarşı özünün təbii müttəfiqi olaraq məhz İsraili görür və bu üzdən də Yaxın Şərqin geosiyasi və geoiqtisadi durumu dəyişmək üzrədir. Hazırda Suriyada da baş verənlər  Yaxın Şərqin iki düşərgəyə bölündüyünü göstərir. Bu düşərgənin bir tərəfində İrana dəstək verənlər durursa, digər tərəfində isə İrana qarşı olanlar durur və Səudiyyə Ərəbistanı başda olmaqla, İrana qarşı olan ölkələr artıq İsraillə müttəfiq olmaqdan çəkinmirlər və bundan utanmırlar. Halbuki 20-30 il əvvəl ərəb dövlətlərinin İsraillə əməkdaşlığı böyük utanc hesab olunurdu və həmin ölkə təklənirdi. İndi isə yaranmış vəziyyətdə artıq İsraillə İrana qarşı ittifaq sünni ərəb dövlətləri üçün daha sərfəli görünür. Çünki son illər Yaxın Şərqdə kifayət qədər güclənən, həmçinin geosiyasi maraqlar naminə Rusiya və Türkiyə də daxil olmaqla, güclü müttəfiqlər qazanan İranı durdurmaq üçün yeganə yol İsraillə ittifaqdan keçir və bu halda artıq Səudiyyə Ərəbistanı İsraili Yaxın Şərqdə özünün əsas müttəfiqi olaraq görməkdən çəkinmir və bu ittifaq artıq hərbi sahəyə də sirayət etməkdədir.

Səudiyyə Ərəbistanında İran və Livana qarşı səsləndirilən sərt bəyanatlar və Səudiyyənin vətəndaşlarını Livanı tərk etməyə çağırması Yaxın Şərqdə yeni bir münqişə ocağının yaranmasının xəbərçisi ola bilər. İsrail mətbuatının yazdığına görə isə Səudiyyə ilə mümkün hərbi ittifaqda Təl-Əvivin payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah” təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər. Bununla yanaşı analitiklər qeyd edirlər ki, Səudiyyə Ərəbistanı-İsrail ittifaqı Yaxın Şərqdə bütün tarazlıqları dəyişdirə bilər. Həmçinin Fələstin məsləsində artıq İsrailin əlinin daha güclü olacağı da şübhə doğurmur. Elə bu üzdən də ABŞ prezidenti dünən etdiyi çıxışında məhz indi Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb. 

Qeyd edək ki, ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi qərarını 1995-ci ildə vermişdi, ancaq heç bir prezidentin bu qərarı icra etməyə cəsarəti çatmamışdı. Məlum olduğu kimi, Tramp seçki marafonu ərəfəsində səfirliyin Qüdsə köçürülməsi ilə bağlı vəd vermişdi. Məsələ ondadır ki, Tramp hakimiyyətə gəldiyi dövrdən funksiyasızlığı ilə tənqid olunur, buna görə də 22 illik bir qərarı həyata keçirtməklə tarixə düşmək istəyir. Lakin əsas məsələ ondadır ki, Yaxın Şərqdə yaranan geosiyasi mənzərə artıq ABŞ-I bir tərəfli addımlar atmağa zorlayır və belə birtərəfli addımlardan biri də dünən Tramp tərəfindən Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmasıdır.

Yaxın Şərqdə İrana qarşı Səudiyyə-İsrail ittifaqının yaradılması region üçün nələr vəd edə bilər? Bu ittifaqın həmçinin Fələstin probleminə hansı təsirləri var və  Fələstində sülhün əldə olunması üçün Səudiyyə-İsrail ittifaqı hansı rolu oynayır? Eyni zamanda Tramp adminstrasiyasının Fələstin siyasəti  Fələstin Muxtariyyatının təklənməsinə yönəlməyib ki?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

MDBgT0Gy65E2iIjoiIgIiICIiAiIgIiICIiAiIg8kMtGktY0l1QuDZkMpAkxEu1PiTlC+sY0MqF4JIORke5mk5jm2cQBoNjKsHEGC0msL2NcapIcS8nvNA1gHmdNo23Vcp1S5raT3RTL573utJ0Luux2HRUmTFjjWl8v1MASRplAgCQNB/VTlfG31KPYUnkudlbLu68bS0Pkh0+BB8JlQvda54fmeQCG5HANJ2BJgy2BsF2YNYvqkPFLMxr2tfOjdevhEweRAXMrCOGLlstyveXAZXh7S0tIkEan5Qo8ERJ/fkrTiOCOZVzdpmY6SCdSRG07E7Ks1G5SfA8gsytafKRAIJGYcx1GxWRc2zmOIAcADLTDg6AQQZIGo01HRY7ndF2Ne45QXOj7OpIHLQE+mi5RuL2ecWG7pmnXeDcUxrydVYI+sjmQTDvjzVxcAQvPte3fbOZVpVMtRpkR3XsdyIB3BE6+YO62pwTxi28YGVSxlwNCwGBUA+3TBOvOQNo6KeU+xbC/Knby0lR1G0yvBU7UcsdzQvNmvGDi9KYIUjhz+4Fj3GrYXRQrQpa3Gk6CtV+1pv19uerXNP8wWxBdLWPtXr5qtBo0hrz6F39AqcMvklyelJuKeR7mgyA4jTbw1XGm7WFxqbzH5L5trvqPT9F7nlZVGsWPa5vLr+9Vsr2TcRvo3QoVSBRuiXAuMAVRIbk5S4w2OcDotX1RpPRZ2GYg5jmOa4hzHNe0xLmuBkQDynlzTRXrJFGcM4n9KtKFwcs1KbHOy7BxHeA1MQ6RE6QpNHRERAREQEREBERAREQEREBERB5PuK4pXLalSo2uQ4ZiO8DG4IcI05bjZYVagx1Usa8ObnytfMd0nRzhy0IJ9URUYZbG0aTnUyx1ZrXwarSWFsGPqhq0tJEjNupTHb5lRstrDtQ12WozMztGEjNTqtGjXbeGi+op2NoGrc1CA5z3OJEZpIOnXyPnKxaLuR3/FESBVpxv5rKwOoe1ZlIBnUHYjchES+hK1Q+q97XtbTfGneOYtkxPJ48TCwK9hVpPzUyc7AKhLDGQT3SXT3ToiKeN701fTYfCvtAp1QKd44U6xdAdlLab+knUMMxM6SdIV0JRFPlxntXjytYtd6wnVNURQirg+5Gx1HMHZaw4jcDdlkuLG5WiSXZZl2USfdk+koitxTtLl9MH6GCxzwQHDXJziYnyWPRIyVAQe8APIzI0RFeIV0B5Ajw3/AAX2hU6/26Ii243V7DsZ/jWVRxkfWUmmYAkiqB07xaY6uJW2URcIIiI6IiICIiAiIgIiICIiAiIg/9k=" alt="Image result for NƏZAKƏT məmmədova politoloq">

Nəzakət Məmmədova: “Səudiyyə Ərəbistanı ərəb ölkələrindən daha çox, İsraillə münasibətlərinin pozulmamasına diqqət göstərir”.


İranın Orta Şərqdə böyük gücə malik olduğunu vurğulayan politoloq Nəzakət Məmmədova görə, məlum ittifaqa qarşı İran Yaxın Şərqdə ciddi mübarizə aparır:

“Səudiyyə-İsrail ittifaqı artıq çoxdan Yaxın Şərqdə öz yerini tutan bir müttəfiqlik münasibətidir. Əslində hər iki ölkə də gənc dövlətlərdir və  Osmanlı İmperiyasının dağılmasından sonra XX əsrdə yaradılıblar. Səudiyyə 1924-cu ildə, İsrail 1948-ci ildə yaradılıb. Onlar arasında ümumi cəhətlər çoxdur. Hər ikisi də Osmanlı torpaqlarında, türklərin Yaxın Şərqdən getməsi üçün əllərindən gələni ediblər. Onların yaradılmasında ən böyük rol oynayan ölkə elə İngiltərə olub. Səudiyyə ingilislərin köməyilə vəhabilik cərəyanı yaratmaqla Osmanlıya qarşı üsyanlara qalxdı, yəhudilər isə İkinci Dünya müharibəsində soyqırıma məruz qalmalarını əsas gətirib dövlət yaratmağa nail oldular. 

Səudiyyə Ərəbistanı ərəb ölkələrindən daha çox, İsraillə münasibətlərinin pozulmamasına diqqət göstərir. Ancaq bu iki ölkənin ən ortaq düşməni sözsüz ki, İrandır. İran nə Səudiyyəni, nə də  İsraili qəbul etmir və Orta Şərqin lider dövləti kimi özünü görür. Fələstinin hüquqları və s. məsələlər burada əlbəttə ki, bəhanədir. Ən əsas toqquşan maraqlar Səudiyyə, İran və İsrail arasında geosiyasi, ideoloji, siyasi və enerji maraqlarıdır.

Bununla belə, İran da özünə müttəfiq ölkələr tapıb. Bunlardan ən əsası Suriyadır. Vətəndaş müharibəsindən əvvəl İran Suriya vasitəsilə Livana da nəzarət etməyə çalışırdı. Eyni zamanda, Hizbullaha ötürülən yardımlar da Suriya vasitəsilə həyata keçirilirdi. Lakin İrana ən böyük dəstəyi verən bir sıra Yaxın Şərq ölkələrindəki, o cümlədən Səudiyyənin şərqindəki şiə icmasıdır. İraq, Suriya, Livan, Yəməndəki şiə icması da İranın Səudiyyə və İsrailə qarşı mübarizəsində fəal şəkildə Tehrana dəstək verir. Fələstin  və Livanda Hizbullah, Həmas, İraqda Həşbi Şabi, Yəməndə husilər İranın nəzarətində olan silahlı dəstələrdir. Bu silahlı qüvvələr Səudiyyə, İsrail və ABŞ tərəfindən terrorçu kimi tanınırlar. 

Etiraf etməliyik ki, Səudiyyə-İsrail ittifaqına qarşı İran bu gün Yaxın Şərqdə kifayət qədər səmərəli mübarizə aparır. İran bununla həm öz şiə ideologiyasını yaymağa çalışır, eyni zamanda “Şiə hilalı” deyilən ərazilərdə - ərəb ölkələrinin şimalındakı geosiyasi və ideoloji üstünlüyünü qoruyub saxlamağa çalışır. Bu məsələ xüsusilə 1979-cu il İslam inqilabından sonra aktuallaşıb. Ona qədər isə İran İsrailin və ABŞ-ın ən yaxın müttəfiqi idi. Bu gün isə məhz ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı ən fəal balans yaradan ölkə İrandır. 

Nəzakət Məmmədova: “İsraillə müttəfiqlik və ABŞ-ın dəstəyi də nəzərə alındıqda, bu üçlük qarşısında İran xeyli zəif görünə bilər”.


İsrailin hərbi doktrinası da belə deyilir: “İsrailin hərbi gücü ən yaxşı halda ərəb ölkələrinin birlikdə götürülmüş gücündən üstün, ən pis halda ona bərabər olmalıdır”. Lakin görünür, burada İran amili nəzərə alınmayıb. Bu günkü reallığı nəzərə alaraq deyə bilərik ki, İsrailin hərbi gücü ona müqavimət göstərmə  iqtidarı  və iradəsində olan ərəb ölkələrinin hamısının birlikdə götürülmüş hərbi gücündən güclü olsa da, İranla müqayisədə bu fikirləri əminliklə demək olmaz. İran və İsrail hər ikisi dünya ictimaiyyəti, hətta BMT tərəfindən nüvə silahına malik olmaqda şübhəli bilinsə də, lakin adi silahların həcmi, imkanları, əhali sayı və  ərazisinə görə İran İsraildən bir çox xüsusiyyətlərinə görə üstündür. Eləcə də Səudiyyə İranla enerji resursları, ərazi, əhali, maliyyə qüdrətinə görə rəqabət apara bilər. Təbii ki, İsraillə müttəfiqlik və ABŞ-ın dəstəyi də nəzərə alındıqda,  bu üçlük qarşısında İran xeyli zəif görünə bilər. Lakin Suriyadakı son hadisələr  də sübut etdi ki, İran Orta Şərqdə çox güclü bir oyunçudur. Onun kimin tərəfində olması balansı həmin koalisiyanın xeyrinə dəyişə bilər. Bu koalisiya isə Rusiya və Türkiyə ittifaqı oldu”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar