Xəbər xətti

21 MAY

18:55 Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

18:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

18:46 Azərbaycan vətəndaşı İstanbulda intihar edib

18:42 Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər

18:37 Mingəçevirdə sərnişin avtobusu aşdı: 5 yaralı

18:33 Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşdı

18:28 Fələstin ərəb ölkələrinə çağırış etdi

18:25 Anna Netrebko “Dostluq” ordeni ilə təltif edildi

18:22 “Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır”

18:19 ABŞ İrana qarşı “B Planı”nı açıqladı

18:15 “Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq

18:11 Bakcell “Ulduzum”dan xaricə səyahət

18:07 Yusif Eyvazov Xalq artisti oldu

18:04 Ətraf mühiti çirkləndirən şəxs cərimələnib

18:00 İraqda koalisiya hökuməti qurulacaq

17:55 Bakı-Qazax yolunda 39 yaşlı mikroavtobus sürücüsü qəflətən ölüb

17:49 “Anam xəyanətə görə bizi atıb getdi”

17:44 Yüksəksürətli sərnişin qatarı alışıb - Hindistanda

17:38 Aleksandr Vuçiç: “Serbiya Azərbaycan üçün dost ölkədir”

17:33 Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

17:28 Sumqayıtda narkoloji xəstələrin sayı açıqlandı

17:23 “Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”

17:18 “Dərin dövlət” Həsən Ruhanini devirmək istəyir

17:13 Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb

17:08 “Məni aldadıb çiynimə tatu etdilər” - Səidə

17:03 Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

16:58 “Azəriqaz”: Binəqədidə partlayış olan kafedə qaz xətti yoxdur

16:53 Nazir kollecə yeni direktor təyin etdi

16:47 FHN Bakıda baş verən partlayış barədə məlumat yayıb

16:43 Novruz Məmmədov Serbiya prezidenti ilə işçi nahar edib

16:36 Gəncədə seyfi sındırıb 30 minlik qızıl oğurladılar

16:31 Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq

16:25 “Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib” - XİN

16:20 Tağıyevin daha bir evi sökülür

16:15 “Qurd qapısı” qəbiristanlığını talayanlar ələ keçdi - Foto

15:58 Şəhid əsgərin adından nişanlısıyla danışan komandir

15:53 Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

15:46 Cavan Zeynallının ailəsində ağır itki

15:41 Mədəniyyət nazirinə birinci müavin təyin olunub

15:36 Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - Yenilənib

15:31 DÇ-2018: Belçika yığmasına Premyer Liqadan 11 futbolçu çağırılıb

15:25 Rusiya öz smartfonunu satışa çıxarmağa hazırlaşır

15:15 Milli Məclis növbədənkənar toplanacaq

15:10 Azərbaycnda müəllimlər sertifikasiyadan keçəcəklər

15:05 İran XİN rəsmisi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb

15:01 Paraqvay Qüdsdə səfirlik açdı

14:56 Çay idxalının həcmi 4 dəfə azaldılıb

14:50 Homsda terrorçuların silah anbarı tapılıb

14:48 Barmağı əzildi və hər şeyini itirdi...

14:45 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

14:40 Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

14:35 Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:30 31 il əvvəl ölmüş azərbaycanlı aktrisanın sirli Facebook profili

14:25 Ermənistanda insanlar yenidən küçələrə axışdı

14:20 BP neftin ucuzlaşacağı tarixi açıqlayıb

14:20 “Məmur uşaqları xaricdə oxuyur, kasıb balaları səngərdə qırılır”

14:16 Elza Seyidcahan Samir Bağırovu tanımadı

14:11 İnzibati tənbeh zamanı ictimai işlər iş günləri 2 saatdan çox olmayacaq

14:07 Dünən şəhid olan əsgərimiz Ağstafada dəfn edildi

14:03 “Bank of Baku” və Bakcell “Ulduzum”dan xaricə səyahət!

13:58 Manat bahalaşarsa, bu bank sektorunun sağlamlaşması üçün zəmin ola bilər?

13:50 Hesablama Palatası metroda 8 milyonluq maxinasiya ortaya çıxardı

13:25 Şəkidə 23 yaşlı qadın itkin düşüb

13:21 90 günlük müvəqqəti qeydiyyat “ASAN xidmət”də aparılacaq

13:17 Beynəlxalq ekspert: “Dollar çökür...”

13:13 Sabah hava necə olacaq?

13:08 Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib

13:04 Paytaxtı su basdı, Türkmənistanın müdafiə nazirinə şiddətli töhmət verildi

13:00 “Bolşeviklər Cümhuriyyətin işğalından sonra ruhaniləri güllələdilər”

12:56 Azərbaycan qazı Bolqarıstana 2020-ci ildə çatdırılacaq

12:51 Nazir islahatlara başladı: Əlillik yeni üsullarla təyin olunacaq

12:51 Prezidentə yalan danışan sahibkarla bağlı yeni faktlar

12:50 “Oğlum “mən bayrağa bükülüb gələcəyəm” deyirdi”

12:46 Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:37 Ərdoğanın Sarayevo mitinqi fərqli rəylər doğurub

12:33 Hitlerin ölüm səbəbi tapıldı

12:29 İlham Əliyev: “İşsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurlar əldə edilib”

12:25 Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?

12:21 “Qrin-kart” “oynayanlar”-Azərbaycan gəncləri niyə ölkədən getmək arzusundadırlar?

12:17 DİM sonuncu qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaratdı

12:13 Bakıda tələbə oğlan intihar etdi

12:08 Serbiya prezidenti Azərbaycandadır - Foto

12:04 Daha bir zərbə?

11:59 7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb – DİN

11:55 Dünya çempionatının qalibi müəyyənləşdi

11:51 125 il sonra saqqalla ailə quran ilk şahzadə - Foto

11:47 “Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası - İttiham

11:43 Musa Yaqubun oğlu: “Səsi batır, çətinliklə yeriyir...”

11:39 Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək

11:35 Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb

11:31 Türkiyədə erməni əsilli deputat istintaqa çağırıldı

11:27 “Azercell” yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib

11:23 Bayılda çoxmərtəbəli bina çökür

11:18 “Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır”

11:14 Lalə Brillianta barışıq əli uzatması haqda: “Heç vaxt...”

11:10 “Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

11:06 “AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir”

11:02 Almeyda: “Azərbaycanla qarşılaşma çox çətin olacaq”

10:58 Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək

10:54 İranın Suriyadakı hərbi bazasında partlayış olub

10:49 Xaçmazda iki maşın toqquşub

10:45 Nazir: “Son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb”

10:41 Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edildi

10:37 Sərçələrə saqqız atanlar

10:33 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

10:29 “Fədayəni sevgi maraqlandırsaydı, yanımda olardı” - Tacir

10:25 İsmayıllı sakini özünü asıb

10:21 Bob Dilanın gitarası 490 min dollara satıldı

10:17 Maduro yenidən Venesuela prezidenti seçildi

10:13 Türkiyə-İsrail münasibətləri - Bu qarşıdurmanın geosiyasi nəticələri nə ola bilər?

10:09 ABŞ-da təyyarə radarlardan itib

10:05 Mahmud Abbas xəstəxanaya yerləşdirilib

10:02 “Atəşkəsin Naxçıvanda pozulması təsadüfi deyil”

9:57 Ölkədə 74 şübhəli saxlanılıb

9:53 Xəzər dənizində zəlzələ baş verib

9:49 Məşhur rusiyalı milyarderi İngiltərəyə buraxmırlar

9:46 Neft bahalaşdı

9:42 Maduro yenidən prezident seçildi

9:39 Hollivud aktrisası vəfat etdi

9:35 “Whatsapp”dan yenilik



GÜNDƏM

...

Prezident iki naziri niyə dəyişdi - növbədə kimlər var?

Tarix 06.12.17, 20:02

Font ölçüsü : - / +
bitmap-img6


Vergilər naziri Fazil Məmmədov vəzifəsindən çıxarıldı, onu bitirən səbəblər bu yazıda; qovulan nazirin yerinə Mikayıl Cabbarov təyin edildi; 2017-ci ildən start götürən permanent kadr dəyişikliyi davam edəcək


Prezident İlham Əliyev komandasında mühüm dəyişiklik edib. Dekabrın 5-də prezident vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub;  o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.

Qeyd edək ki, son vaxtlar Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən sahibkarlar, iş adamları ciddi narazılıq edirdilər. Sahibkarlar qeyd edirdilər ki, vergi müfəttişləri onlara gözünü açmağa imkan vermir, ən müxtəlif bəhanələrlə “haqq” tələb edir, cərimə yazırdılar. Bu barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişdik. Yazılarda o da qeyd olunurdu ki, Fazil Məmmədovun tutduğu postdan kənarlaşdırılması gözləniləndir. Hətta onun istefaya göndərilməsi üçün müraciət etdiyi, son vaxtlar, ümumiyyətlə işdə görünmədiyinə dair iddialar da vardı. Daha sonra bu iddialar təsdiqləndi və məlum oldu ki, Fazil Məmmədov tutduğu vəzifəni daha icra etmək istəmir, ya da onu icra edəcək vəziyyətdə deyil.

F.Məmmədovun vəzifəsindən azad olunmasının bir səbəbi də MTN işi çərçivəsində istintaqın bir ucunun vergilər naziri və onun müavinlərinə gedib çıxdığı ola bilər. Fazil Məmmədovun sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında müəyyən rolunun olması şübhə doğurur. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi barədə də iddialar var.

Image result for Fazil Məmmədov

F.Məmmədovun vəzifəsini itirməsinin daha bir səbəbi sahibkarların son vaxtlar getdikcə güclənən narazılığı da ola bilər. Xatırladaq ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. Bu zaman yalnız vergi yoxlamalarına icazə verilib. Vergi orqanları isə bu statusdan ifrat səviyyədə istifadə etməkdəydilər.

Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.

Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı. İclasda əsas müzakirə mövzusu vergi orqanlarının dövlət büdcəsi proqnozlarına vaxtında əməl olunması üçün səfərbər edilməsi olub.

Azərbaycanın post-neft dövrü üçün vergi sistemində islahatlar olduqca mühüm məsələdir və son illərdə bu yöndə müəyyən addımlar atılmışdı. Fazil Məmmədovun yerinə etibarlı, potensiallı, Qərb metodlarını mənimsəmiş şəxs kimi, habelə Təhsil Nazirliyində rəhbər olduğu müddətdə şəffaf mühit yaratmağa müvəffəq olmuş Mikayıl Cabbarovun gətirilməsi ondan xəbər verir ki, dövlət rəhbərliyi vergi sistemini maksimum şəffaflaşdırmaq, köklü islahatlar aparmaq qərarında israrlıdır. Ekspertlər hesab edir ki, Mikayıl Cabbarov vergi sistemində çalışmasa da, bir nazir olaraq şəffaflığı təmin etməyə qadir olduğunu təsdiqlədiyi üçün bu posta müvafiq hesab olunub. Lakin o, iqtisadi sferadan kənar şəxs deyil. Mikayıl Cabbarov 2004-2009 -cu illərdə iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub. Daha sonra mürəkkəb təsərrüfat olan “İçərişəhər” Dövlət Qoruğunun rəhbəri vəzifəsini uğurla icra edib. Onun təhsil naziri kimi fəaliyyəti də bu sistemin sağlamlaşdırılması, islahatların aparılması və şəffaflaşdırma istiqamətində olub.

Daha bir maraqlı məqam isə yeni təhsil nazirinin kim olacağı ilə bağlıdır. Qəzet çapa hazırlananda bu barədə rəsmi məlumat yox idi. Lakin nazirlik başsız da qalmayıb -  Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək. Bundan öncə Ceyhun Bayramov Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Image result for Prezident İlham

Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir. Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir. Bir zamanlar “Yeni Müsavat” gözlənilən bu prosesə şərti olaraq, “Ağ inqilab” adı vermişdi və iddia etmişdi ki, prezident ölkənin icra sistemini dəyişəcək, neqativ yüklü və artıq oliqarxlaşmış məmurları vəzifəsindən azad edəcək. Onların yerinə isə Azərbaycana özünün gətirdiyi ASAN sistemini quracaq. Yəni rüşvətsiz, korrupsiyasız, şəffaf bir icra sistemi inşa ediləcək. Hazırda ASAN Xidmət kimi tanınan bu sistem əslində prezidentin pilot layihəsidir; onu təkmilləşdirərərək, özünün gələcək siyasi sistemini bu model əsasında qurmağı planlaşdırır.

Vergilər sistemi ölkə iqtidarının iş sektoru ilə təmas xəttidir. Buranı təmizləmək, insaniləşdirmək və ASAN-laşdırmaq əslində ən mühüm islahatlardan biridir. Bu səbəbdən də sistemin başına elə birisi gətirilməlidir ki, o, rüşvət almasın, oliqarx olmasın, feodal heç olmasın; Mikayıl Cabbarov bu tələblərə cavab verən bir fiqurdur. 

Beləliklə, hökumətdə ciddi, permanent dəyişikliklər davam edir. Bu prosesdə hökumətin başçısının da dəyişəcəyi gözləniləndir. Bu baxımdan, hələ bizi qarşıda çox maraqlı proses gözləyir.

Image result for mikayil cabbarov

Ən sonda: Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-dan isə “İçərişəhər” Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

“Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib” - XİN

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Heydər Əsədovun milyonluq villaları üzə çıxdı - Fotolar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru