Batumidə hoteldə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb
Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.
Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
***
Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə şəhərin təcili tibbi yardım xidmətindən bildirilib.
***
Batumidə “Leogrand” hotelində davam edən yanğın nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.
Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.
***
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda hoteldən insanlar təxliyə olunur.
pia.az