Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimovun nazirliyində korrupsiya faktları - Hesablama Palatası açıqladı


Hesablama Palatası Gənclər və İdman nazirliyində audit keçirib. Audit prosesində ciddi qanun pozuntuları aşkar edilibdir


Yoxlamanın qısa məzmunu ilə tanış ola bilərsiniz:

“Audit tədbiri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37 milton 203 min 5000 manat məbləğində vəsaiti əhatə etmişdir. Müəyyən edilmişdir ki, təqdim olunan büdcə proqnoz layihələrində Nazirliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmiş, müvafiq hesablamalar aparılmamış, bəzi xərclər üzrə hesabat dövrünün icra rəqəmləri nəzərə alınmamış, “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın, “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın tələbləri gözlənilməyərək müxtəlif təyinatlar üzrə “Normalar”dan artıq, eləcə də “Normalar”da nəzərdə tutulmayan istiqamətlər üzrə vəsait proqnozlaşdırılmış və icra olunmuş, həmçinin keçiriləcək ölkə miqyaslı və beynəlxalq tədbirlərin sayı düzgün proqnozlaşdırılmamışdır.

Əmək Məcəlləsinin tələbləri gözlənilməyərək artıq məzuniyyət və müavinət haqqı ödənilmiş, staj dövründə olan işçiyə mükafat ödənilmiş, Nazirliyin tabeliyində olan təsərrüfat hesablı olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədilə ayrılmış maliyyə yardımının istifadəsi barədə müvafiq hesabatlar ətraflı şəkildə təqdim edilməmişdir.

İdmançılara göstərilməli olan müvafiq tibbi xidmətlər, eləcə də həmin tibbi müayinələrin dövriliyi ilə bağlı müvafiq normativ sənəd hazırlanmamış, həmçinin Nazirliyin tabeleyində olan büdcədən maliyyələşdirilən təşkilat tərəfindən aparılması mümkün olan müayinələr müəyyən edilməmiş, əhalinin sağlam həyat tərzinə cəlb olunmasının və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsinin norma və qaydaları Nazirlik tərəfindən hazırlanmamış, bəzi hallarda isə müqavilələrin icra müddətinin bitməsinə baxmayaraq müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin edilməmişdir.

Maliyyə hesabatları “Büdcə təşkilatları üçün Milli Mühasibat Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməmiş, “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalar”ının, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydaları”n tələbləri nəzərə alınmamış, auditlə əhatə olunan illərdə Nazirliyin debitor borclarının vaxtında bağlanmaması hallarına rast gəlinmişdir.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul etmiş, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə Kollegiya Qərarının surətinin göndərilməsi qərara alınmışdır. Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilmişdir”.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar