Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi öz ordusunu yaradır - NATO-nun taleyi necə olacaq?


Tərlan Eyvazov: “NATO illərin sınağından çıxmış tək hərbi alyans deyil, həmçinin siyasi və humanitar istiqamətli qüdrətli bir qurumdur”


Zaur Məmmədov: “Yaxın gələcək Paris və Berlinin nə dərəcədə öz məqsədlərinə çatmaq üçün iradə nümayiş etdirəcəklərini göstərəcək”.

Avropa Birliyi tarixində ilk dəfə vahid ordu yaratmaq haqqında anlaşma sazişi imzalanıb. Belə ki, ötən həftə Avropa Birliyinə daxil olan 23 ölkənin müdafiə və xarici işlər nazirləri Avropa Şurasına müraciət edərək Avropanın müdafiəsini birlikdə həyata keçirmək üçün razılığa gəldiklərini bəyan ediblər. Anlaşmaya imza atan 23 dövlət 5 milyard avroluq Müdafiə Fondu quracaq. Fond əsasən silah alınmasını, hərbi əməliyyatların keçirilməsini maliyyələşdirəcək. Fonda Avropa Birliyinin büdcəsindən də maliyyə daxil ola biləcək və nəticədə 23 ölkənin ordusu hesabına nəhəng bir Avropa Ordusu qurulacaq. 

Analitiklər hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyi ölkələrini NATO-ya yetərincə maliyyə dəstəyi göstərməməkdə ittiham etməsi Avropa Birliyinə üzv ölkələrin ortaq hərbi əməliyyatlar üçün addım atmasını sürətləndirib. Maraqlıdır ki, Avropanın öz ordusu olarsa, bu zaman NATO-nun taleyi necə olacaq? Həmçinin  Avropa Birliyinin ordusu ABŞ-ın liderliyində olan NATO olmadan Avropanın təhlükəsizliyini təmin edə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekseprt Tərlan Eyvazov və Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədova müraciət edib. 

Image result for tərlan eyvazov

Tərlan Eyvazov: “Bir çox səbəblərdən dolayı Avropanın yaxın zamanlarda NATO-dan imtina edəcəyi real görünmür”.


Yaxın zamanlar üçün NATO-dan imtina ediləcəyinin real olmadığını hesab edən hərbi ekspert Tərlan Eyvazova görə, 23 ölkənin bu addımının səbəbi sırf hərbi birləşmə ola bilər:

“Qısaca desək,  bu,  Avropanın həm ABŞ asılılığından qurtulması, həm də Rusiya təhlükəsinə qarşı özünü müdafiə İnstinktindən irəli gələn bir təşəbbüsdür. Lakin düşünmürəm ki, belə bir layihə tezliklə gerçəkləşsin. Əgər xatırlasaq ki, Avropa Birliyi ABŞ iqtisadi ekspansiyasından qorunmaq üçün vahid pul dövriyyəsi, avronu yaratdı, amma  müəyyən nailiyyətlər olsa da, dollara qarşı avro gözləntiləri özünü tam doğrultmadı. Hətta ötən il qüdrətli anqlosaks dövləti olan Böyük Britaniya Avropa Birliyindən çıxdı. Hərçənd ki, Böyük Britaniya Avropa Birliyində olarkən öz pul vahidi funt sterlindən imtina da etməmişdi. Amma buna baxmayaraq bir çox məsələlərdə Avropa Birliyinin yürütdüyü sosial-iqtisadi siyasət Böyük Britaniyanın milli maraqlarına uyğun olmadı.

NATO illərin sınağından çıxmış tək hərbi deyil, həmçinin siyasi və həm də humanitar istiqamətli qüdrətli bir qurumdur. Bir çox səbəblərdən dolayı  Avropanın yaxın zamanlarda NATO-dan imtina edəcəyi real görünmür. Avropa ölkələrinin ümumi ordu yaratmaqla bağlı məlum istəyi isə sırf hər hansı bir fövqəladə vəziyyətdə təcili reaksiya verə biləcək hərbi birləşmələr ola bilər. Bu isə  yəqin ki, Rusiyadan gələn təhlükədən irəli gəlir”.

photoslide_title

Zaur Məmmədov: “Londonun proseslərə müdaxilə edə bilməməsi, Trampın Avropa ilə bağlı siyasətində qəti planların olmaması Avropada vahid ordunun yaradılmasına gətirib çıxara bilər”. 


Avropa Birliyinin ordusunun yaranmasının yanlız uzun zaman kəsiyində formalaşa biləcəyini qeyd edən politoloq Zaur Məmmədovun fikrincə, bu ordunun formalaşmasında ABŞNATO həlledici rol oynayacaq:

“Noyabrın 13-ü Avropa Parlamentində Avropa Birliyinin vahid ordusunun yaradılması ilə bağlı səsvermədə bir neçə ölkəni çıxmaq şərtiylə ( Danimarka, Malta, Portuqaliya və s.) əksəriyyətinin  səsverməsi ekspertlərin və analitiklərin bu mövzu ətrafında yenidən diskusiya aparmalarına səbəb oldu. Gedişata nəzər saldıqda, “Yeni Avropa ordusunun yaradılmasına səbəb nədir və belə olan təqdirdə NATO buna izin verəcəkmi, sualı daha aktualdır. Həmçinin yeni yaradılacaq Avropa Birliyi ordusu Rusiyaya, yoxsa ABŞ-a qarşı istiqamət alacaq, və s. kimi çoxlu suallar da ortaya çıxır. Onu da qeyd edim ki, bu suallar maraqlı və cavabı əvvəlcədən bəlli olmayan suallardır. 

Avropa Birliyində artıq 30 ildən artıqdır ki, vahid ordunun yaradılmasının zəruriyyəti ilə bağlı çıxışlar edilir. Hər dəfə də bu kimi çıxışlar nəzəriyyədən praktikaya keçmir. Bəs bu dəfə vəziyyət fərqlidir mi? 1990-cı illərdə Almaniyanın ABŞ-ın maraqlarına cavab verməyən hər bir siyasi və hərbi  gedişi az sonra Avropanın bu lider ölkəsinin “ağzının yumulması” ilə başa çatırdı. 1950-ci ildən bu yana Fransa, Almaniya və digər Avropa dövlətlərinin tam olaraq müstəqil şəkildə  öz xarici və daxili siyasətlərini yerinə yetirmək kimi şansları olmayıb. Daha doğrusu, hər dəfə bu kimi şanslar okeanın o tayı tərəfindən bloklaşdırılırdı. Bu dəfə də mövcud sazişlə bağlı öz prinsipial mövqelərini Jan Klod Yunker, Merkel və Makron bildirirlər. 

Zaur Məmmədov: “1950-ci ildən bu yana Fransa, Almaniya və digər Avropa dövlətlərinin tam olaraq müstəqil şəkildə öz xarici və daxili siyasətlərini yerinə yetirmək kimi şansları olmayıb”. 


Ənənəvi olaraq, hər dəfə Avropanın ürəyi sayılan bu ölkələrin hərbi müstəqillik ilə bağlı bəyanatlarına Böyük Britaniya qarşı çıxırdı. İndiki vəziyətdə Londonun proseslərə müdaxilə edə bilməməsi, Trampın Avropa ilə bağlı siyasətində qəti planların olmaması Avropada vahid ordunun yaradılmasına gətirib çıxara bilər. 

Təbii ki, məsələ ilə bağlı NATOABŞ-ın yanaşması da həlledici olacaq. Yeri gəlmişkən, Avropa ölkələri yeni strukturu yaratmaqla nə az, nə çox düz 120 milyard dollar qənaət edəcəklər. Məlumdur ki, Şimali Atlantik blokunda mövcud NATO standartları var. Eyni zamanda NATO daxilində bu ölkələr praktiki olaraq ancaq  bahalı ABŞ silahları ilə  təchiz olunurlar. 

Yeni struktur formalaşarsa, Avropa ölkələri artıq silah dalınca okeanın o tayına və yaxud qitənin başqa ölkələrinə üz tutmayacaq, özlərinin hərbi potensialı üzərində işləyəcəklər. YYaxın gələcək Paris və Berlinin nə dərəcədə öz məqsədlərinə çatmaq üçün iradə nümayiş etdirəcəklərini göstərəcək. Hər halda  belə sazişin reallaşması üçün ən azı 15-20 ilə ehtiyac var”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar