Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YAP-ın yaranması böyük tarixi hadisə idi” - İlham Əliyev


“25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib”


APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində söyləyib.
  
Dövlət başçısı deyib ki, ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirilib: “Bu, böyük tarixi hadisə idi. O vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməyib. Müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak edib. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”.
  
Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqı qarşısında xidmətlərini vurğulayan prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf edib: “1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olanlar xalqın inamını itirmişdi, ölkə demək olar ki, idarə olunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya hökm sürürdü, rüşvətxorluq ölkəni bürümüşdü. Torpaqlarımız işğal altında düşmüşdü, iqtisadi və sənaye böhranı yaşanırdı. Bütün bunlar Azərbaycan üçün böyük təhlükə yaradırdı. Xalq etimad göstərdiyi Heydər Əliyevə müraciət etdi və Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrildi. Partiyanın yaradılması Azərbaycanın müstəqilliyə gedən yolunu açdı. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar