Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülən təşkilatının mərkəzi strukturunda inqilabi addım: Fəthullahsızlıq dövrünə start verildi

ABŞ-da Fəthullah Gülən təşkilatının bəzi rəhbər şəxsləri gizli toplantı keçirib

 
Fəthullah Gülənin iştirak etmədiyi toplantıda təşkilatın  bəzi strukturlarının idarəçiləri müəyyənləşdirilib.

Ovqat.com xəbər verir ki, iddianı Türkiyənin məşhur media qurumlarından olan “Habertürk” qəzeti irəli sürüb.

Qəzetin yazdığına görə, toplantıda Fəthullah Gülənin iştirak etməməsinin səbəbi səhhətiylə bağlı imiş. Əslində toplantının keçirilmə zərurəti də elə onun səhhətinin pisləşməsindən qaynaqlanırmış. Təşkilatın öndə gələnləri pos-Fəthullah dönəmində öz yeni bayraqdarlarını  müəyyənləşdirməyə çalışıblar.

Bildirilir ki, toplantıda Fəthullah Gülənin varisini müəyyənləşdirmək mümkün olmasa da, qurumun bir çox ölkələrdəki liderlərini seçilib. ABŞ gülənçilərın bayraqdarlığı Fateh universitetinin keçmiş rektoru Əli Tekalına, Türkiyə imamlığı isə Mustafa Özkana həvalə edilib.

Məlumata görə, Fəthullah Gülənin varisliyinə də bu iki şəxs iddia edir. Onların hər ikisi ciddi maddi imkanlara sahibdir. Təşkilatın dəmir “yumruğu” kimi tanınan Mustafa Özkanın xarici banklardakı şəxsi hesabında 600 milyon evro pulunun olduğu bildirilir. Əli Tekalının sərvəti barədə isə heç bir məlumat verilmir.

Kəşfiyyat məlumatlarına istinad etdiyini bildirən qəzet yazır ki, Gülənçi liderlərin gizli toplantı keçirməsi və öz aralarında vəzifə bölgüsü aparması təşkilatın parçalanmasına səbəb ola bilər.

İddiaya görə, gizli toplantıda müzakirə edilən məsələlərdən biri də təşkilatın maliyyə problemləri olub. Bildirilir ki, artıq Gülənçi məktəblərdən başqa heç bir gəlir mənbəyi qalmayan təşkilatın hazırda bu imkanları da əlindən çıxır. Türkiyədəki Gülən məktəbləri Türkiyə Maarif Vəqfinə birləşdirilib və dünyanın bir çox ölkələrindəki təsisatlar da ona tabe etdirilir.

Toplantının gündəliyindəkı digər məsələnin isə təşkilat üzərində getdikcə yaranan terrorçu imicinin təmizlənməsi olduğu bildirilir. Təşkilat liderlərinin bu istiqamətdə hansı addımları atacaqları barədə isə heç bir məlumat verilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar