Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sabah” qəzetinin yazarı “Qarabağ”ı təhqir etdi

Türkiyənin “Sabah” qəzetinin yazarı Mevlüt Tezel Azərbaycanın “Qarabağ” futbol komandasının İspaniyanın “Atletiko” klubu ilə Bakıda keçirdiyi oyunla bağlı Azərbaycan komandasını aşağılayan köşə yazısı yazıb


Virtualaz.org xəbər verir ki, “Qarabağ” komandası həmin oyunda 0-0 hesabı ilə heç-heçə edərək ilk dəfə qatıldığı Çempionlar Liqasında ilk xalını qazanaraq Avropa futbol ictimaiyyətini növbəti dəfə təəcübləndirdiyi halda bu, türkiyəli yazarın xoşuna gəlməyib.

Müəllif “Qarabağ” azarkeşlərinin stadionda komandanı dəstəkləmək üçün adi A4 kağızlarına komandanın adının baş hərflərini yazaraq şəffaf lövhə üzərinə yapışdırmasını və “koregrafiya” etmələrini bəyənməyib. “Bu, fotbol tarixinin ən miskin, ən əzik, ən komik koreograsiyası oldu. Eybi yox, olsun, onlar da yavaş-yavaş futbol mədəniyyətini öyərənəcəklər”-deyə Tezel ironiya ilə yazıb.

O, məqaləsində “Qarabağ” klubunun ünvanına başqa aşağılayıcı ifadələr də işlədib. Türkiyənin goalbien.com saytı yazır ki, Mevlüt Tezelin bu yazısına sosial şəbəkə istifadəçiləri hiddətli reaksiya veriblər, onun ünvanına çoxsaylı təhqiramiz ifadələr yağdırılıb. Virtualaz.org qeyd edir ki, hazırda Tezelin həmin yazısı “Sabah” qəzetinin saytından çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar