Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdüstanın müstəqilliyi gündəmdən çıxır?

Kərkükün azad olunmasından sonra isə belə görünür ki, İraq, Türkiyə və İranın ortaq qətiyyəti Kürdüstan layihəsini yarı yolda qoyur. Hər halda Bərzani səssizcə Kərkükü təhvil verdikdən sonra müharibəyə səbəb olacaq başqa addımlar atacağı az inandırıcı görünür.


Fərhad Mehdiyev: “Bərzaninin referendumu ləğv etməsi üçün Kürdüstandakı iqtisadi vəziyyət olduqca pisləşməlidir”.

Bildiyimiz kimi Kürdüstan müstəqillik referendumu keçirilməsi Yaxın Şərqdə yeni gərginlik mərkəzinə çevrilib. Kürdüstanın müstəqil olması üçün Bərzani yönətiminin qarşısında bir neçə çətin məsələ var. Bu çətinliklərdən birincisi və ən əsası müstəqil Kürdüstan dövlətinin xarici aləmlə necə iqtisadi əlaqələır qurmasıdır. Çünki Bərzaninin qurmaq istədiyi sözdə Kürdüstan dövlətinin sərhədləri İraq, Türkiyə və İranla əhatələnib ki, bu dövlətlərin üçü də Şimali İraqda müstəqil kürd dölətinin yaranmasına qarşı çıxır və Bərzanini iqtisadi blokada ilə hədələyirlər. Nəzərə alsaq ki, Türkiyə, İranSuriya hazırda kürd separatizmindən ciddi şəkildə əziyyət çəkirlər, o zaman Bərzaninin “müstəqil Kürdüstan”ının iqtisadi blokadada boğulacağı da şübhə doğurmur.

 Qeyd edək ki, hazırda Şimali İraq Kürd Muxtariyyatının əsas iqtisadi əlaqələri Türkiyə vasitəsi ilə həyata keçirilir. Şimali İraq Kürd Muxtariyyatının bütün ticarətinin 90%-i Türkiyə üzərindən reallaşır. İstər Şimali İraq neftinin dünya bazarına çıxarılması, istərsə də ərzaqla təminatı tamailə Türkiyədən asılıdır. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan referendumnla əlaqədar Şimali İraqa yük daşımalarına blok qoyacağı və neft idxalını dayandıracağı ilə hədələmiş. Bu hədələrin reallaşması fonunda isə Şimali İraqda humanitar fəlakət yaranacağı da heş kimdə şübhə doğurmur. 

Digər tərəfdən Şimali İraq Kürd Muxtariyyatıı hazırda öz büdcəsinin 13-17 faizini Bağdaddan alır. Bu büdcə daim mübahisələr doğursa da, hazırda Şimali İraq Kürd Muxtariyyatı hökümətinin və onun İŞİD-ə qarşı vuruşmasını ayaqda saxlaması üçün həyati əhəmiyyət daşıyır. Və yəqin ki, elə bu reallıqları nəzərə alan Bərzani və ona bağlı olan peşmərgə qüvvələri Kərkükü və ərazidəki zəngin neft yataqlarını bir güllə belə atmadan tərk elədi. Çünki Türkiyə və İranın dəstək verdiyi mərkəzi hökümətlə müharibənin başlaması şəraitində “müstəqil Kürdüstan”ının yaşamaq imkanları demək olar ki, mümkün görünmür. İqtisadi blokada tətbiq edildiyi şəraitdə qısa müddət ərzində müstəqilliyə can atan Şimali İraq kürdlərini diz üstündə çökəcəyi də əvvəlcədən bəllidir. Bu durumda “müstəqil Kürdüstan”nın əsas müttəfiqi olan İsrailin də Bərzaninin köməyinə gələ bilməyəcəyi aydındır. Geniş miqyaslı müharibənin başlayacağı halda isə bölgədə humanitar fəlakətin və soyqırım hallarının yaşanması qaçınılmaz olacaq.

Hazırda Kərkükün azad olunmasından sonra isə belə görünür ki, İraq, Türkiyə və İranın ortaq qətiyyəti Kürdüstan layihəsini yarı yolda qoyur. Bərzaninin zamanla müstəqillik ideyasından geri çəkilməsi də artıq mümkün görünür. Hər halda Bərzani səssizcə Kərkükü təhvil verdikdən sonra müharibəyə səbəb olacaq başqa addımlar atacağı az inandırıcı görünür. 

Bərzaninin keçirdiyi müstəqillik referendumunun əsas müsbət cəhətlərindən biri isə şübhəsiz ki, gərgin münasibətləri olan İraqla Türkiyə arasında normal əməkdaşlıq münasibətlərinin formalaşması oldu. Artıq tərəflərə, o cümlədən, Suriya, İraq, İran və Türkiyə yönəticilərinə aydındır ki, bölgədəki müharibəni və xaosu kənar qüvvələrin əli ilə deyil, ancaq birgə əməkdaşlıq səyləri ilə durdurmaq mümkündür. Kənar qüvvələr isə, İstər ABŞAvropa ölkləri olsun, istər Rusiya olsun, istərsə də Səudiyyə Ərəistanı və İsrail olsun, regiona ancaq müharibə və xaos gətirirlər. Bu xaosun qarşısının alınması üçünsə yeganə yol təbii olaraq Türkiyə, İraq, İranSuriyanın birbaşa sıx əməkdaşlıq etmələrindən keçir. Bu dörd dövlətin bölgədə öz strateji maraqlarını birləşdirmələri əslində Orta Şərqin gələcəyi, həm də müharibəsiz, xaossuz, inkişaf edən gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Türkiyə, İraq, İranSuriyanın Orta Şərqdə vahid dominat iradə nümayiş etdirmələri əslində Orta Şərqə sülhün birdəəfəlik gəlməsi anlamına gəlir.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Fərhad Mehdiyevin fikirlərini öyrənib. 

Image result for Fərhad Mehdiyev

Fərhad Mehdiyev: “Emborqalar nəticəsində ən qısa zaman ərzində Ərbildə anlayacaqlar ki, müstəqillik onların inkişafına və ticarətinə qarşıdır”.


Bərzaninin “müstəqil Kürdüstan” ideyasından geri addım atması üçün bir sıra embarqoların tətbiq edilməsini vurğulayan politoloq Fərhad Mehdiyev əməkdaşımıza bildirib ki, Kürdüstanın müstəqilliyinin qarşısının alınması üçün iqtisadi sanksiyalar tətbiq olunmalıdr. Bu olmadıqca, yəni Şimali İraqda istər qida məhsullarının, istərsə də digər gündəlik təlabat mallarının qıtlığı yaranmadan və böyük qiymət artımı baş vermədikcə, Bərzani öz müstəqillik “havalarının çalmaqda” davam edəcək. Şimali İraqda qıtlıq yaranmalıdır ki, ictimaiyyət Bərzaninin müstəqillikdən geri addımını normal qəbul eləsin və buna hazır olsun:

“Onu da qeyd edim ki, yaxın müddətdə Bərzani referendumdan geri addım atmayacaq və ata da bilməyəcək. Çünki Bərzaniyə qarşı öz xalqı içindən böyük təzyiqlər var. Bərzaninin referendumun nəticələrini ləğv etməsi üçün Kürdüstandakı iqtisadi vəziyyət olduqca pisləşməlidir. Yəni Türkiyə, İraq, İran başda olmaqla, başqa ölkələr də Kürdüstana iqtisadi təzyiqlər göstərməlidir. Əslində Türkiyənin tətbiq edəcəyi embarqolar belə yetərlidir ki, Şimali İraqın kürd xalqı müstəqilliyin onlara yaxşı heç bir şey vəd etmədiyini anlasın. Yəni həm Türkiyə və İraq, həm də həm İran tərəfindən Şimali İraq Kürd Muxtariyyatına qarşı bir sıra ortaq iqtisadi qadağalar tətbiq edilməlidirlər. Bu emborqalar nəticəsində ən qısa zaman ərzində Ərbildə anlayacaqlar ki, müstəqillik onların inkişafına və ticarətinə qarşıdır. Əslində Ərbil yönətimi Kərkükdən geri çəkilirkən bunu anladığını nümayiş etdirdi. Lakin indi bunu sadə kürd xalqının da anlaması lazımdır. Bunun üçünsə Şimali İraqda istər qida məhsullarının, istərsə də digər gündəlik təlabat mallarının qıtlığı yaranmalıdır və böyük qiymət artımı baş verməlidir. Bu  vermədikcə, Bərzani öz müstəqillik “havalarının çalmaqda” davam edəcək. Şimali İraqda qıtlıq yaranmalıdır ki, ictimaiyyət Bərzaninin müstəqillikdən geri addımını normal qəbul eləsin və buna hazır olsun.

Həmçinin onu da vurğulayım ki, Kürdüstanın müstəqilliyi beynəlxalq arenada da tanınmayacaq. Kürdüstan dövləti ancaq bu müstəqillik aktını özü-özlüyündə elan etmiş olaraq qalacaq. İndiki durumda əsas məsələ də odur ki, Bərzani yönətimi vəziyyəti normal şəkildə dəyərləndirərək, əlavə gərginlik yaratmadan müstəqillik referendumundan geri addım atacaq, yoxsa atmayacaq. Bir daha qeyd edim ki, Bərzaninin geri addım atması üçün “ona yardım olunmalıdır”. Yəni Şimali İraqda iqtisadi vəziyyət kifayət qədər pisləşməlidir ki, ölkə daxilində hər kəs başa düşsün ki, onlar bu müstəqillikdən arzularından vaz keçməsələr vəziyyətləri düzəlməyəcək. O vaxta kimi də gözləməyə ehtiyac var. Ancaq əli qoynunda bir kənarda durub gözləməkdən söhbət getmir, Türkiyə, İraqİranın əl birliyi içində çalışmalarından gedir.

Onsuzda İraqla Türkiyə arasında gərginlik var idi. Amma bu məsələyə diqqət etsək görərik ki, İraqla Türkiyə hal-hazırda ittifaq halındadırlar. Həm də hər iki ölkə başa düşüb ki, Kürdüstan məsələsinə görə indi ixtilafları yaddan çıxardıb, bu nöqtədə birləşməlidirlər. Təbii ki, zamanla bu birlik daha böyüməli və bölgənin bütün aparıcı aktyorları bu birliyin içində yer almalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar