Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Helsinki Komissiyasında keçirilən dinləməni obyektiv hesab etmək olar?


Nəsimi Məmmədli: “Helsinki Komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələr problemin həllinə yönəlik cəhddən çox, bütün maraqlı tərəflərə verilən üstüörtülü mesajlarla diqqət çəkir”.


“Təəssüf ki, Azərbaycan diplomatiyası hələ də yanlış olaraq münaqişənin ədalətli həllini beynəlxalq qurumlardan ummaqda davam edir”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞATƏT-in rolu mövzusundakı dinləmələri PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Dünən Helsinki Komissiyasında Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞATƏT-in rolu mövzusunda dinləmələr keçirilib. ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı komissiyanın sədri, konqresmen Kristofer Smit olub. Konqressmen Kristofer Smit həmçinin ermənipərəst siyasətçi kimi də tanınır. Daha əvvələr də Smit işğalçı erməni siyasətçilərin mövqeyindən çıxış edən nüanslarla bağlı yadda qalıb. Belə ki, K.Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olaraq hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlanan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan “Azadlığı müdafiə aktı”na antidemokratik 907-ci düzəlişin qəbulunda böyük rol oynamışdı.

Helsinki Komissiyasında keçirilən dinləmələrdə 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası təqdim olunub və iddia edilib ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edib.

Mövzu ilə bağlı politoloq Nəsimi Məmmədlinin PİA.AZ-a qısa müsahibəsin təqdim edirik:



Nəsimi Məmmədli: “Azərbaycanın rəsmi qurumları bu dinləmələrin qapalı mesajlarını dəqiq oxumalı və yubanmadan müvafiq addımlar atmalıdır”.


- Nəsimi bəy, dünən Helsinki Komissiyasında keçirilən dinləməni necə dəyərləndirirsiz? Sizcə dinləmələr gözlənildiyi kimi Azərbaycanın əleyhinə keçirildi, yoxsa dinləmələri obyektiv hesab etmək olar?

- Helsinki Komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələr problemin həllinə yönəlik cəhddən çox, bütün maraqlı tərəflərə verilən üstüörtülü mesajlarla diqqət çəkir. Xeyli müddətdir ki, münaqişə tərəflərinin hökumətlərinin bu problemi öz siyasətlərinin alətinə çevirmək istəyi qabarıq görünür. Təsadüfi deyil ki, seçkilər öncəsi və sosial problemlərin yaratdığı gərginliklərin artdığı vaxtlar müharibə riski süni şəkildə daha çox gündəmi zəbt edir. Atəşkəsin pozulması və lokal hərbi əməliyyatlar hər iki ölkənin sadə vətəndaşlarını və beynəlxalq ictimaiyyəti monipulyasiya etmək imkanı yaradır. 

Artıq maraqlı tərəflərin hər birinə aydındır ki Dağlıq Qarabağla bağlı beynəlxalq sülhyaratma missiyasının mandatına sahib olan ATƏT-in hansısa müstəqil qərarlar qəbul edərək problemi həll etməsi real deyil. ATƏT-in həmsədr dövlətlərindən ABŞRusiyanın münaqişənin həllinə baxışında nəzərəçarpacaq fərqlər var və bu hal problemin həllinə də öz təsirini göstərir. Helsinki Komissiyasında keçirilən dinləmələri də münaqişənin nizamlanması ilə bağlı Rusiyanın artmaqda olan təşəbbüslərinin nəticəsi saymaq olar.

- Keçmiş amerikalı həmsədr Ceyms Uorlikin verdiyi açıqlamadan belə görünür ki, dinləmlərdə Rusiyanın mövqeryi diqqət mərkəzində olub. Bu dinləmələri Konqressin yeni anti-Rusiya kampaniyası kimi dəyərləndirmək olarmı və bu və ya digər şəkildə ABŞ Qarabağ məsələsində Rusiyaya təzyiq etmə ehtimalı görünürmü?

- Rusiyanın rəsmi mənbələrindən sızdırılan bilgilər göstərir ki, onlar ümumiyyətlə bu münaqişənin həlli prosesində kənar təsirləri tamamilə azaltmağa və problemi öz nüfuz dairəsinə almağa çalışırlar. Hətta AzərbaycanErmənistan hökumətlərinin rəsmi siyasəti də nizamlama prosesində Rusiyanın təşəbbüslərindən qəti şəkildə imtinaya maraq göstərmir.  Əgər diqqət etsək görərik ki, Rusiyadan gələn ən arzuolunmaz təkliflərə belə münaqişə tərəfləri sakit və təmkinlə yanaşır. 

Rusiya ilə Ermənistanın bir çox maraqları üst-üstə düşdüyündən onları anlamaq mümkündür, ancaq Azərbaycan tərəfinin bu məsələdə yanaşması anlaşılmazdır. Rusiyanın əli siyasi baxımdan daha da gücləndikcə ölkəmizin təhlükəsizliyinə və suverenliyinə təhdidlər də artacaq.

Rusiya işğal edilmiş 5 rayonun qaytarılması müqabilində sülh sazişini gündəmə gətirirsə, ABŞ 7 rayonun azad edilməsi ilə bu prosesin paralel aparılmasını dəstəkləyir. ABŞ-ın mövqeyi ölkəmizin maraqlarına uyğun gəlsə də, təəssüf ki rəsmi Bakı bu istiqamətdə diplomatik fəallıq göstərmir və ya da göstərə bilmir. Rəsmi ABŞ-ın təkliflərində sülh üçün siyasi iradə, Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik və özünüidarəçilik çərçivəsi, işğal edilmiş Azərbaycan rayonlarının hamısının geri qaytarılması, Ermənistanla Dağlıq Qarabağ arasında bütövlükdə Laçın rayonu olmadan hansısa dəhlizin mövcudluğu, qaçqınların evlərinə dönməsi və beynəlxalq sülhməramlı qüvvələrin mümkün iştirakı ilə təhlükəsizlik qarantiyaları yer alır. Buna görə də mən hesab edirəm ki, Azərbaycan münqişənin ədalətli həlli üçün Rusiyaya deyil, ABŞ- üz tutmalı və Vaşinqtonda aktivliyi artırmalıdır.

Nəsimi Məmmədli: “Azərbaycan münqişənin ədalətli həlli üçün Rusiyaya deyil, ABŞ- üz tutmalı və Vaşinqtonda aktivliyi artırmalıdır”.


- Tam olaraq Helsinki Komissiyasında vaxtaşırı keçirilən bu dinləmələri münaqişənin həllinə yararlı hesab etmək olar?   

- ABŞ-ın indiyədək sərgilədiyi rəsmi mövqe Azərbaycanın maraqlarına uyğun olsa da, bu yanaşmanın getdikcə dəyişəcəyi istisna deyil. Çünki Azərbaycan tərəfindən ABŞ-ın təkliflərinə ən yüksək səviyyədə açıq dəstək ifadə olunmadığından tədricən onların öz yanaşmalarında israrlı olmayacaqları mesajları da sızmaqdadır. Problemin həlli ilə bağlı yaxından məşğul olan bəzi ABŞ diplomatları açıq şəkildə hesab edir ki, münaqişə baş verərkən AzərbaycanErmənistan yenicə müstəqil dövlət olduqları halda, indi o vaxtdan xeyli müddət keçib və bu müddət ərzində həmin dövlətlərin siyasi-iqtisadi formasında əhəmiyyətli dəyişikliklər baş verib. Münaqişənin həllində bu dəyişikliklər mütləq nəzərə alınmalıdır. 

Diqqət etsək görərik ki, Azərbaycanın rəsmi siyasəti demokratik dünyanı özündən uzaqlaşdırmağa xidmət edir. Faktiki olaraq Ermənistan bir çox siyasi-demokratik parametrlər üzrə Azərbaycanı üstələməkdədir. Bu şəraitdə Ermənistanın öz hərbi qələbəsini diplomatik yolla uğurla tamamlaması üçün yaxın gələcəkdə əlverişli imkan yarana bilər.

Təəssüf ki, Azərbaycan diplomatiyası hələ də yanlış olaraq münaqişənin ədalətli həllini beynəlxalq qurumlardan ummaqda davam edir. Özü isə bu istiqamətdə ən sərfəli variantları belə dəstəkləməyə çəkinir. Unutmaq olmaz ki, qlobal və regional beynəlxalq oyunçuların konkret maraqları var və onun təminatı üçün istənilən sülh variantı onlar üçün məqbul ola bilər. Azərbaycanın rəsmi qurumları bu dinləmələrin qapalı mesajlarını dəqiq oxumalı və yubanmadan müvafiq addımlar atmalıdır”.













Seymur Süleymanov: “Azərbaycana qarşı qərəzli yanaşmalardan biri də dünən ABŞ-ın  Helsinki komissiyasındakeçirilən dinləmələrdən açıq-aydın hiss olundu”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan “Çağdaş” Strateji Araşdırma Mərkəzi rəhbəri Seymur Süleymanov bildirib ki, Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı daha bir təhrif olunmuş məlumat yayıb. Belə ki, dinləmələrdə Dağlıq Qarabağdan Azərbaycan ərazisi kimi yox, Cənubi Qafqazın regionu bəhs edilib. “Çağdaş” Strateji Araşdırma Mərkəzi rəhbəri əmindir ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bu redəktə heç şübhəsiz Helsinki Komissiyasının həmsədri Kris Smitin başının altından çıxıb:

“Qərbin qeyri obyektiv yanaşmlarını və eləcə də Qarabağ münaqişəsi həllində sərgilədiyi qeyri-konstruktiv yanaşması üzündən Azərbaycan Qərbdən uzaqlaşır. Bu fonda, Azərbaycana qarşı  qərəzli yanaşmalardan biri də dünən ABŞ-ın  Helsinki komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞATƏT-in rolu mövzusunda baş tutan dinləmələrdən açıq-aydın hiss olundu. Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı daha bir təhrif olunmuş məlumat yaydı. Məlumatda Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi yox, Cənubi Qafqazın regionu kimi təqdim edilib. Bu heç şübhəsiz Helsinki Komissiyasının həmsədri Kris Smitin başının altından çıxıb. O şəxs ki, erməni lobbisinin tapşırıqlarını yerinə yetirərək zaman-zaman Azərbaycana qarşı sanksiyaların tətbiqi və bir neçə bu tipli layihələrin aktiv iştrakçısıdır. Bu fonda, ermənipərəst birinin Qarabağa qarşı bu cür ədalətsiz və qəbuledilməz fikirlər səsləndirməsi məncə normaldır. Ancaq digər faktor odur ki, Smitin erməni sevgisi  üzündən Amerika və Azərbaycan münasibətləri xələl görə bilər”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar