Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq Cenevrə görüşü barədə: “Proses müharibəyə doğru gedə bilər”


İlqar Vəlizadə: “Əslində prezidentlərin görüşü o deməkdir ki, mürəkkəb vəziyyətə baxmayaraq sülh ssenarisi də unudulmayıb və hələ də aktuallığını itirməyib”


“Cenevrə görüşündə çox güman ki, torpaqlarımızın boşaldılması məsələsi qaldırılıb. Sadəcə olaraq Ermənistan tərəfi bu məsələdə maraqlı deyil”.

Bu sözləri politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənsitan prezidentlərinin Cenevrə görüşünün nəticəsin PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Cenevrədə AzərbaycanErmənistan prezidentlərinin təkbətək görüşü keçirilib. Görüşdə AzərbaycanErmənistanın xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Tərəflər danışqların yekununa dair hələlik yekun bəyanat verməyib. Amma Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb. Ermənistan prezidenti deyib ki: “Problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq”. Ermənistan prezidenti sözünü davam etdirərək bildirib ki,  o, Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsvvür eləmir və heç bir Ermənistan rəhbəri Dağlıq Qarabağın Azırbaycan ərazisi olaraq qalmasına razılıq verə  bilməz.

AzərbaycanErmənistan prezidentlərinin Cenevrə görüşü ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.


İlqar Vəlizadə: “Prezidentlərin Cenevrə görüşündə konkret hansı nəticələrin əldə olub-olmaması haqqında məlumatları yaxın gələcəkdə biləcəyik”.


Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə qeyd edib ki, əgər doğrudan da yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə xarici işlər nazirləri intensiv danışıqlara gedəcəklərsə, bu zaman demək olar ki, Cenevrə görüşü nəticəsiz qalmayacaq:

Prezidentlərin Cenevrə görüşü demək olar ki, gərgin fonda baş tutdu. Yəni cəbhədə cəziyyət sakit deyil, cəbhə bölgəsində müxtəlif təlimlər keçirilir, həmçinin bildiyimiz kimi son vaxtlar Ermənistan tərəfi xüsusi ilə silahlanır. Bütün bunlara görə demək olar ki, artıq tərəflər açıq şəkildə müharibə ssenarisinə hazırlaşırlar. Belə vəziyyətdə də prezidentlərin görüşünün keçirilməsi müəyyən müsbət amillərlə səciyyələnir. Yəni əslində prezidentlərin görüşü o deməkdir ki, mürəkkəb vəziyyətə baxmayaraq sülh ssenarisi də unudulmayıb və hələ də aktuallığını itirməyib. Amma indiki şəriatdə müxtəlif səbəblərdən sülh ssenarisinə pessimist yanaşırlar. 

Prezidentlərin Cenevrə görüşü də bir daha onu göstərdi ki, sülh ssenarisinin reallaşması üçün hələ də potensial var. Keçən il Vyana və Sank-Peterburqda olmuş razılıqlara əsasən, substantiv danışıqlara getmək niyyətinin olduğun da qeyd etmək lazımdır. Amma bütün hallarda prezidentlərin Cenevrə görüşündə konkret hansı nəticələrin əldə olub-olmaması haqqında məlumatları yaxın gələcəkdə biləcəyik. Buna görə də hadisələrin inkişafına baxmaq lazımdır. Əgər doğrudan da yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə xarici işlər nazirləri intensiv danışıqlara gedəcəklərsə, bu zaman demək olar ki, Cenevrə görüşü nəticəsiz qalmayacaq. Onu da qeyd edim ki, çox güman ki, ermənilər mövqeyində dəyişiklik edəcək və danışıqlar prosesinin müsbət olmaması üçün müəyyən addımlar atacaqlar.

İlqar Vəlizadə: “Ermənistan tərəfi  yenə də tək təhlükəsizlik məsələsi haqqında danışsa, bu zaman heç nə dəyişməyəcək və proseslər müharibəyə doğru gedəcək”.


Serj Sarkisyan bu danışıqların bir hissəsi haqqında fikir bildirir. Yəni bütün danışıqlarda kompleks məsələlər müzakirə edilir. Çünki Azərbaycan tərəfi müzakirələrdə bütün məsələlərin qabardılmasına çalışır. Amma erməni tərəfi problemin yalnız bir hissəsi, problemin həlli variantları ilə bağlı, hər hansı konkret razılaşma olunmadığı barədə danışırlar. Prezident İlham Əliyev də bütün açıqlamalarında bildirib ki, Azərbaycan tərəfi maraqlı deyil ki, ancaq təhlükəsizlik məsələləri haqqında danışıqlar getsin. Qeyd edim ki, Cenevrə görüşündə də çox güman ki, torpaqlarımızın boşaldılması məsələsi qaldırılıb. Sadəcə olaraq Ermənistan tərəfi bu məsələdə maraqlı deyil. 

Azərbaycan tərəfi də Ermənistan tərəfinə təklif edir ki, əgər istəyirsinizsə, sabitlik olsun o zaman konkret olaraq torpaqların azad olunması məsələsinə də diqqət etməlisiniz. Ermənistan tərəfi isə yenə də tək təhlükəsizlik məsələsi haqqında danışsa, bu zaman heç nə dəyişməyəcək və yenə gərginlik yaşanacaq, yenə proseslər müharibəyə doğru gedəcək. Bu vəziyyəti Azərbaycan da, Ermənistan da bilir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar