Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi”


“Məhz İsrail faktına görə Türkiyə də, İran da axıra qədər çalışacaqlar ki, kürdlər xeyli zəif vəziyyətdə qalsınlar”.


Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İraq ordusunun Kərkükün kürdlərdən azad edilməsini PİA.AZ-a .ərh edərkən qeyd edib.

Ötən gecə yerli vaxtla saat 01.00 radələrində İraq ordusunun başladığı Kərkük əməliyyatı artıq mərkəzi hökümət qüvvələrinin şəhəri tam nəzarətə götürməsi ilə sona çatıb. İraq Kürdüstan Bölgə Muxtariyyətinə bağlı peşmərgələr artıq şəhəri tərk edib. Bütün strateji nöqtələr İraq ordusunun nəzarətinə keçib. O cümlədən mərkəzi hökümət şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkük hava limanı, Kərkük Elektrik Stansiyası, neft və qaz yataqları olan əraziyə nəzarəti ələ keçirib. Şimali İraq Neft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb. 

100 minə qədər kürd əhali bütün gecə boyu Kərkkükü tərk edərək Ərbilə doğru yönəlib. Onlar şiə könüllülərinin kürdlərə qarşı qırğına yol verəcəklərindən qorxurlar. Kərkükün türkmən bə ərəb sakinləri isə küçələrə çıxaraq bayram edirlər.

Bu arada İraq Kürdüstan Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu İraq Kürdüstan Demokrat Partiyasının nəzarətində olan peşmərgələr İraq Kürdüstan Yurdsevərlər Birliyinə (İKYB) bağlı peşmərgələri mövqelərini döyüşsüz tərk etməkdə ittiham ediblər. İKYB-nin peşmərgələrə məsul nümayəndəsi Vesta Resul İraq ordusuna müqavimət göstərəcək gücləri olmadığı üçün geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib. V. Resul İraq ordusunun 350 tank və ağır silahlarla hücum çəkdiyini açıqlayıb. İKYB-nin peşmərgə komandanı Aras Şeyh Cengi isə İraq ordusunun Kərkük əməliyyatının beynəlxalq anlaşma çərçivəsində həyata keçirildiyini iddia edib.

İraqın Kərkükdə başlatdığı əməliyyat daha da genişlənə, İran və Türkiyənin də cəlb olunduğu böyük savaş çevrilə bilərmi və İsrail, həmçinin ABŞ-ın Bərzani qüvvələrini açıq şəkildə dəstəkləmələri mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.



Mübariz Əhmədoğlu: “İraq ordusu İranın və Türkiyənin köməyinə arxalanaraq kürdləri  Şimali İraqda darmadağın edə bilər”.


İran da, Türkiyə də vaxtı ilə İraqdakı  kürdlərlə əməkdaşlıq etdiklərin vurğulayan politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, buna görə də onlar İraqın ərazi bütövlüyün dəstəkləyə-dəstəkləyə, həm də arzulayırdılar ki, kürdlərin müstəqil idarəçilik forması olsun. Amma təbii ki, bu müstəqillik İraqın ərazi bütövlüyü çərçivəsində olmalı idi:

İraq Kürdüstanın müstəqillik haqqında referendum keçirməsi başqa məsələdir. Yəni  Kürdüstanın referendumuna dünya ictimaiyyəti, Türkiyə, İran münasibət bildirdi. Heç kəs də İraq Kürdüstanda keçirilən referendumu qəbul etmədi və hamı İraqın ərazi bütövlüyünü dəstəklədi. Amma onu da qeyd edim ki, bu məsələdə hədsiz çox həssas məqamlar var. Hətta İran da, Türkiyə də vaxtı ilə İraqdakı  kürdlərlə əməkdaşlıq edirdilər. Buna görə də onlar İraqın ərazi bütövlüyün dəstəkləyə-dəstəkləyə, həm də arzulayırdılar ki, kürdlərin müstəqil idarəçilik forması olsun. Amma təbii ki, bu müstəqillik İraqın ərazi bütövlüyü çərçivəsində olmalı idi. 

İndi isə kürdlər müstəqillik referendumu keçirdi. Bunu da müəyyən mənada başa düşmək olardı. Amma kürdlər İraqa qarşı ikinci davanı açdılar. Yəni onsuz da kürdlərin müstəqillik haqqında referendum keçirməsi İraq konstitusiyasına müharibə elan etmək idi. Eyni zamanda kürdlər Kərküklə bağlı mövqelərində həm də Bağdadla Ərbil arasında olan razılaşmaya da müharibə elan etdilər. Əslində isə Kərkük birbaşa Bağdadın idarəçiliyində olan ərazidir, amma kürdlər dedilər ki, həmin ərazini vermirik. İndi buna görə Bağdad ilk növbədə öz haqqın tələb edir və İraqın tam haqqı var ki, Kərkükə qoşun yeritsin, oranı kürdlərdən azad etsin. 

Mübariz Əhmədoğlu: “ABŞ-ın Ərbildəki səfirliyinin binası sanki hərbi bazadır”.


Onu da qeyd edim ki, bu kürdlərin çox böyük səhvidir. Bu səhvdən də istifadə edərək İran, Türkiyə və İraq kürdləri çox çətin vəziyyətə sala bilərlər. Bir azdan İraqdakı kürdlər İŞİD-a qarşı mübarizə apararkən mərkəzi hökümətə, yəni Bağdada tabe olan digər əraziləri də öz nəzarətləri altına keçirirlər. Təsəvvür edin ki, Kərkükdən sonra İraq ordusu kürdlərdən həmin əraziləri də tələb edəcək. Bütün bu məsələlərdə İran və Türkiyə İraqın yanında olacaq. Çünki İraq Kürdüstanının rəhbərliyinin ən böyük səhvi İsrailin təsirini qiymətləndirmək oldu. Yəni onlar İsrailin siyasi dəstəyini yaxın buraxdı. Məhz İsrail faktına görə Türkiyə də, İran da axıra qədər çalışacaqlar ki, kürdlər xeyli zəif vəziyyətdə qalsınlar.

ABŞ-ın Ərbildəki səfirliyi ən böyük səfirlik binalarından biridir. Bu səfirliyin binası sanki hərbi bazadır. Orada ABŞ-ın xüsusi təyinatlıları yerləşir. Amma İraq Kürdüstanı ilə ABŞ-ın arasında hədsiz dərəcədə böyük məsafə var. Demək olar ki, Türkiyə də coğrafi baxımdan İraq Kürdüstanına söykənib. Bildiyimiz kimi nə İran, nə də Türkiyə kiçik dövlət deyil. Hətta ABŞ hərbi silahlı qüvvə ilə Ərbildəki kürdləri müdafisə etsə belə, İraq ordusu İranın və Türkiyənin köməyinə arxalanaraq kürdləri orada darmadağın edə bilərlər. Yəni ABŞ-ın həmin regiondakı hərbi hazırlığı İranın və Türkiyənin, həm də İraqın özünün hərbi imkanları ilə müqayisədə çox zəifdir. Buna görə də Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi.”

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar