Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriptovalyuta dönəmi başlayır: Elektron valyuta dünya iqtisadiyyatında dolların yerini alacaqmı?


Ekspert: “Ən azı yaxın 10 illiklərdə dolların öz imkanlarını itirəcəyini düşünmürəm”


“Kriptovalyuta əlavə dəyər yaratmır və buna görə də hansısa formada iqtisadi artıma səbəb ola bilməz”.

Bu sözləri iqtisadçı ekpsert Natiq Cəfərli dünya iqtisadiyyatında ciddi marağa səbəb olan kriptovalyutaları  şərh edərkən PİA.AZ-a  açıqlamasında qeyd edib.

Son zamanlar dünya iqtisadi sistemində yeni və innovativ investisiya hesab edilən kriptovalyutalara  tələbat  artıb. Kriptovalyutalara artan maraqla paralel olaraq artıq real investiya qoymaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Kriptovalyutaların pioneri sayılan bitcoin (bitkoin) hazırda ən çox tələb olunan rəqəmsal valyutadır. Bitcoinə tələbin əsas göstəricisi isə onun istifadə və mübadilə imkanının digər kriptovalyutalara nisbətən daha çox olmasıdır. 

Görəsən kriptovalyutanın zamanla dünya iqtisadi sistemində dolları tamamilə əvəz etməsi mümkündürmü? Və dollar başda olmaqla, digər aparıcı valyutaları dünya pulu olmaq imkanlarını itərsə, bu ABŞ və dünyanın digər aparıcı öklələrinin iqtisadiyyatına necə təsir edə bilər?  Eyni zamanda kriptovalyutanın geniş yayılması kasıb ölkələrdə iqtisadi inkişafa təkan verə bilərmi, yoxsa dünyada kasıblaşma indeksi elektron ödəniş sisteminin fəaliyyətindən daha da arta bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Image result for natiq cəfərli pia.az
Natiq Cəfərli: “Mən şəxsən kriptovalyutaların gələcəyinə spesifik yanaşıram”.


Kriptovalyutaların dolları sıradan çıxara bilməyəcəyini vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, bu yeni investisiyanın dünya iqtisadiyyatında ciddi təkan yaratması gözlənilən deyil:

“Əslində kriptovalyutalarla bağlı iqtisadiyyatla məşğul olan şəxslərlə yanaşı, siyasilərin də müxtəlif fikirləri  var. Hətta dünən Rusiya prezidenti Putin də kriptovalyutalara çox da güvən olmamasını bəyan etdi. Bu isə birjalarda kriptovalyutaların qiymətinin düşməsinə səbəb oldu. Acığı, kriptovalyuta kimi  valyutanın dünya miqyasında böyük bir primada yaratması ehtimalı çox yüksəkdir. Çünki  əlavə dəyər yaratmadan və heç bir nəzarət mexanizmləri yaradılmadan fəaliyyət göstərməsi gələcəkdə çox ciddi problemlər yaşana bilər. Ona görə ki, digər valyutaları Mərkəzi Banklar nəzarətdə saxlaya bilir, amma kriptovalyutanı nəzarətdə saxlamaq mümkün deyil. Əslində qlobal bir piramidananın yaranması ehtimalı da var. Birdən-birə kriptovalyutalarının məzənnəsininin tez-tez dəyişməsi , bu il ərzində 10 dəfəyə yaxın bahalaşması onu göstərir ki, proseslər qeyri-sağlam şəkildə gedir. Çünki iqtisadi əsaslara hesablanmış proseslər olsaydı, məzənnədə anidən kəskin bahalaşma  və dəyişmələr olmazdı. Bu baxımdan hansısa siyasi bəyanatlar verilən kimi məzənnə  aşağı düşür. 

Mən şəxsən kriptovalyutaların gələcəyinə spesifik yanaşıram. Düşünmürəm ki, kriptovalyuta dünya valyutalarında ciddi bir qayda yarada bilər. Hər halda müəyyən şirkətlər və ölkələr indiki şəraitdən istifadə edərək pul qazanmaq istəyəcəklər. Lakin onlar bu işdə diqqətli olmalıdırlar və xəbər axınını ciddi izləməlidirlər. Çünki çıxan hansısa neqativ və ya pozitiv xəbər tez bir zamanda kriptovalyutaların məzənnəsinə təsir göstərir. 


Natiq Cəfərli: “Kriptovalyutaların gələcəkdə dolları əvəz edə bilməsi sıfıra yaxındır”.


Kriptovalyutaların gələcəkdə dolları əvəz edə bilməsi isə sıfıra yaxındır. Çünki dünya ticarətinin 70%-dən çoxu  dollarla aparılır və müqavilələrin hazırlanması şərti belə dollar üzərindən hesablanır. Bu baxımdan ən azı yaxın 10 illiklərdə dolların öz imkanlarını itirəcəyini düşünmürəm.  Biz nə zamansa tamamilə elekton bir dünya görəcəyiksə, kağız pul dövriyyəsini ancaq elektron  valyuta əvəz edəcəksə, bəzi ölkələrdəki kimi elektorn cüzdanlar tətbiq olunacaqsa, bəlkə o zaman dollara qarşı rəqib hansısa elektron valyuta olar. Hələlik dünya ticarətində dollar hegemonluğunu qoruyub saxlayır.

Kriptovalyutanın kasıb ölkələrdəki  iqtisadi inkişafa təsirinə gəlincə, bu valyutanın iqtisadi inkişafa təkan verəcəyini düşünmürəm. Çünki kriptovalyuta əlavə dəyər yaratmır və buna görə də hansısa formada iqtisadi artıma səbəb ola bilməz. Sırf kriptovalyutadan istifadəni bacaran insanlar pul qazana bilərlər. Digər hallarda isə iqtisadiyyata müsbət təsir edəcəyini hesab eləmirəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar