Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib

Şücayət Əkbərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilir


Lent.az-ın məlumatına görə,  2017-ci ilin yanvarından həbsdə olan Ş. Əkbərov ittihama görə, həmçinin, A.Alışanovun 4 milyon 641 min manatını ələ keçirib.
 
Şücayət Əkbərov isə həm Alışanovu öldürmək istəməsi, həm də onun pulunu ələ keçirməsi haqda ittihamları rədd edib. Bu ittiham başqa icraatda araşdırılır.
 
Təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səlimə Sadıqova da əmlaklarının zorla əllərindən alınması ilə əlaqədar məhkəmədə iddia qaldırıb.
 
İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Ramil Quliyev baxır. Cavabdeh qismində isə Alışanovun bacısı qızı Nilüfər Cəfərova və AzTV işçisi Camal Nəbiyev tanınıb.
 
Məhkəmənin hazırlıq iclasında hakim iddianı təminetmə tədbiri kimi mübahisəli əmlakın (Səlimə Sadıqovanın əllərindən alınaraq Alışanovun bacısı qızının mülkiyyətinə keçirildiyini iddia etdiyi əmlak), üzərinə həbs qoyulması haqda qərardad çıxarıb. Cavabdeh tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsində iddiaya baxılması apellyasiya şikayətinin nəticəsi bəlli olana qədər təxirə salınıb.
 
Cavabdeh tərəfin nümayəndəsi bir sıra məhkəmə işlərində, o cümlədən telejurnalist Qulu Məhərrəmli ilə çəkişmədə şəxsən Arif Alışanovun vəkili olan Zaur Abbasovdur.
 
Səlimə Sadıqova iddia ərizəsində yazır ki, Şücayət Əkbərovla boşanandan sonra əmlakın bir hissəsi qanuni yolla ona verilib, Şücayətin həbsindən sonra isə əmlaklarını da əlindən alıblar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar