Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sarkisyanın çıxışından sonra danışıqlar prosesindən nəticə gözləməyə dəyməz”- Elxan Şahinoğlu


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri: “BMT-nin tribunasında şər və böhtanlarla dolu bir çıxış edən prezidentdən danışıqlar prossesində hansısa irəliləyiş gözləmək böyük sadəlövhlük olar”


AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin üç gün sonrakı görüşünün heç bir effekti qalmadı”

Bu sözləri PİA.AZ-a , politoloq Elxan Şahinoğlu Serj Sarkisyanın BMT-dəki çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, BMT Baş Assmbleyasının 72-ci sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan çıxışında bir çox məsələlərə münasibət bildirib. Azərbaycan əleyhinə səsləndirdiyi absurd, əsassız fikirlər ümumilikdə Ermənistanın tutduğu siyasətin nə qədər işğalçı yönümlü olduğu bir daha yüksək tribunada təsdiqini tapmış oldu. Azərbaycanın əleyhinə əsasız, şər və böhtan dolu hədyanlar səsləndirən işğalçı ölkənin prezidentinin bu ritorikası altında danışıqlara hansısa ümid bağlamaq nə qədər doğrudur?

Bu sulla PİA.AZ-ın əməkdaşı politoloq Elxan Şahinoğluna müraciət edib.

Картинки по запросу elxan şahinoğlu

Elxan Şahinoğlu: “Sarkisyanın BMT-dəki çıxışı o deməkdir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək istəmir”.


Politoloq Serj Sarkisyanın səsləndirdiyi fikirlərin siyasi əsasının olmadığını sadəcə həmişəki boş çıxışlardan biri kimi dəyərləndirir. Onun çıxışından ümumi belə fikir çıxarmaq olar ki, Ermınsitan öz işğalçı siyasətindən əl çəkmək istəmir və böyük dövlətlər də ona hər hansı təzyiq etmək fikrində deyil:

“Həmin çıxış göstərdi ki, danışıqlar prosesindən nəticə gözləməyə dəyməz. BMT-nin tribunasında şər və böhtanlarla dolu bir çıxış edən prezidentdən danışıqlar prossesində hansısa irəliləyiş gözləmək böyük sadəlövhlük olar. Düzdür, AzərbaycanErmənistan Xarici İşlər nazirləri üç gün sonra görüşməlidir, amma bu çıxışdan sonra onların görüşünün bir effekti qalmadı. Bu o deməkdir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək istəmir. 

Təəssüf doğuran məsələ isə odur ki, böyük dövlətlər Ermənistanna təzyiq etmək istəmirlər. Çünki onlar Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması prsosesinin sürətlənməsində maraqlı deyillər. Ümumiyyətlə, çox böyük təəssüf hissi ilə qeyd edim ki, böyük dövlətlər hesab edirlər ki, Dağlıq Qarabağ probleminin həlli vaxtı hələ çatmayıb. Bu isə Ermənistanın əl-qol atmasına və həyasız bəyanatlar səsləndirməsinə rəvac verir. Problemin həlli böyük dövlətlərin bir başa maraqları çərçivəsinə girdiyi zaman gəldikdə isə, Ermənistandan tamam fərqli səslər eşidiləcək və indiki ritorikadan əsər-əlamət qalmayacaq.

Elxan Şahinoğlu: “Ermənistanla sərhədlərin bağlı qalmasının Türkiyəyə ziyanı yoxdur”.


Həmçinin Sarkisyan BMT tribunasından çıxışı zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı 2009-cu ildə imzalanan Surix protokollarını 2018-ci ildə Ermənistan tərəfindən dəyərsiz hesab ediləcəyini bildirib. Ermənistan prezidentinin BMT-dən belə bir anlamsız bəyanatını şərh edən Elxan Şahinoğlu bildirib ki, belə absurd bəyanatlarla Türkiyəni hədələmyin yeri yoxdur:

Sarkisyan bu sözləri söyləməklə, öz aləmində, guya Türkiyəni hədələyib. İşğalçı dövlətinbaşçısı, Türkiyə sərhədlərini Ermənistanın üzünə açılması üçün addım atmazsa, Ermənistan Sürix protokallarından imtina edəcək, təhdidini irəli sürüb. Bu o qədər gülməli və anlamsız təhdidir ki, şərh eləməyə belə dəyməz. Ermənistan Sürix protokallarından imtina etsə nə olacaq ki? Türkiyəmi dağılacaq, yoxsa. bütün dünya Türkiyəyə müharibə elan edəcək? Bununla Türkiyəni hədələməyin heç yeri yoxdur və BMT tribunasından belə bir bəyanatın səsləndirilməsi sadəcə gülməlidir. 

Təbii ki, Sarkisyan bu mövzunu BMT tribunasında dilə gətirməklə əslində Türkiyəyəy və böyük dövlətlərə yalvarır. Çünki sərhədlərin açılması birinci növbədə Ermənistana lazımdır ki, iqtisadiyyatda bir az canlanma olsun. Yoxsa sərhədlərin bağlı qalmasının Türkiyəyə ziyanı yoxdur. Türkiyə iqtisadiyyatının Ermənistana ehtiyacı yoxdur. Bu çağırış o qədər cılız idi ki, Türkiyə heç bu bəyanata münasibətdə bildirmədi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar