Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkilindən sərt reaksiya: “Bu həyasızlıqdır...”


Fazil Mustafa: “Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı çağrışı həyasızlıq kimi qiymətləndirilməlidir”


“Əgər Avropa Şurasının baş katibi bu qədər prinsipialdırsa, onda Ermənistanın işğalçılığına görə bir dəfə də olsa desin ki, belə işğalçı dövlət Avropa Şurasında ola bilməz”.

Bu sözləri deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Fazil Mustafa Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı çağrışını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Son zamanlar Rusiya və Qərb ölkələrindən Azərbaycana qarşı qərəzli və sərt bəyanatlar eşidilməkdədir. Belə sərt bəyanatlardan birini də bir neçə gün əvvəl Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland tərəfindən səsləndirilib. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı çağrış olub. Tyorbyorn Yaqland bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən, rəsmi Bakı siyasi məhbuslar İlqar Məmmədov və digər siyasi məhbusları azadlığa buraxmaqdan imtina edib, ona görə də Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət - Azərbaycanın Avropa Şurasından çıxarılması lazımdır.

Avropa Şurası rəsmisinin bu çağırışını necə dəyərləndirmək olar və hesab etmək olarmı ki, bu çağırış sadəcə Azərbaycana təzyiq  üçündür, yoxsa doğurdan da Avropa Şurası tələblərindən geri çəkilməyərək belə bir addım atıla bilər? Həmçinin Azərbaycanın Avropa Şurasından çıxarılması ölkə daxilində prosseslərə necə təsir edə bilər?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya müraciət edib. 

Fazil Mustafa: “Əgər doğrudan da Azərbaycan Avropa Şurasına lazım deyilsə, onda özləri çalıb, özləri də oynasınlar”.


Millət vəkili qeyd edib ki, Yaqlandın verdiyi bu bəyanat kimi başqa məsələlər qarşısında da Azərbaycan sərt mövqeyin ortaya qoymalıdır:

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı çağrışı həyasızlıq kimi qiymətləndirilməlidir. Çünki o qədər işğalçılıqla məşğul olan Ermənistan dövlətinin Avropa Şurasından çıxarılması ilə bağlı bir dəfə də olsun bəyanat səsləndirməyən Tyorbyorn Yaqland indi Azərbaycanın Avropa Şurasından çıxarılması bəyanatını verir. Buna görə də bu bəyanatın başqa adı ola bilməz. Bu günə qədər Azərbaycanda hansı proses o dərəcədə təhlükəli olub ki, Yaqland Azərbaycana qarşı bu qədər sərt bir qərar verməyə çağırır. Əgər Avropa Şurasının baş katibi bu qədər prinsipialdırsa, onda Ermənistanın işğalçılığına görə bir dəfə də olsa desin ki, belə işğalçı dövlət Avropa Şurasında ola bilməz. 

Onu da qeyd edim ki, Avropa Şurasında Rusiyanın Krıma görə fəaliyyəti dayanıb və Rusiyanı səsvermə hüququndan da məhrum ediblər. Bəs necə olur ki, Avropa Şurası işğalçı Ermənistana heç bir sanksiya tətbiq etmir? 

Bütün bunların hamısı onu göstərir ki, Yaqland və başqaları da ancaq təzyiq vasitəsi ilə mövqelərə baxırlar. Buna görə də Yaqlandın verdiyi bu bəyanat kimi başqa məsələlər qarşısında da Azərbaycan sərt mövqeyin ortaya qoymalıdır. Əgər doğrudan da Azərbaycan Avropa Şurasına lazım deyilsə, onda özləri çalıb, özləri də oynasınlar. Həmçinin də 5-6 dövlətlə birlikdə Avropa Şurası adı altında öz istədiklərin həyata keçirtsinlər”. 

Nərminə UMUDLU
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar