Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın BMT-də islahatlar həvəsi dünyaya nəyi vəd edir? - Müsahibə


Şahin Cəfərli: “Vaşinqton öz qlobal liderliyini digərləri ilə bölüşmək niyyətində deyil”


Rusiya və Çinin əsas narazılığı bundan ibarətdir ki, bu dövlətlər hər hansı islahatın və dəyişikliyin qabaqcadan onlarla müzakirə edilməsini və razılaşdırılmasını istəyirlər”.

Bu gün ABŞ prezidenti Donald Tramp səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək, təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur. ABŞ prezidenti BMT-ni bürokratiya və qeyri-mükəmməl idarəçiliyiə görə tənqid edərək, islahatların aparılmasına və bununla təşkilatın bütün dünyada sülhün təmin edilməsində daha güclü qüvvəyə çevrilməsinə çağırıb. Həmçinin Tramp Quterresin islahat səylərinə dəstək məqsədilə Birləşmiş Ştatların 10 maddədən ibarət deklarasiyasının imzalanması mərasiminə dəvət olunmuş 130-dan çox ölkənin liderləri və nümayəndələrinin qarşısında nitq söyləyib. 

Donald Tramp ilk dəfə BMT-nin Baş Assambleyasının sessiyasında isə bu gün çıxış edəcək. Bu, onun dünya liderləri qarşısında ilk çıxışı olacaq.

Trampın BMT-də aparacağı islahatlarının və son günlərin gündəm mövzusu olan ABŞ Şimali Koreya qarşıdurmasının nə ilə nəticələnəcəyi ilə bağlı politoloq Şahin Cəfərli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Şahin Cəfərli: “Trampın təkliflərinin hamısının gerçəkləşməsi çətin ki, mümkün olsun”.


PİA.AZ siyasi şərhçi, politoloq Şahin Cəfərlinin gündəm mövzu ilə bağlı müsahibəsini oxuğularının diqqətinə çatdırır:

- Şahin bəy, dünən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bəyan edib ki, Trampın BMT-də islahatlar aparmaq haqqında deklarasiyasını BMT üzvü olan 193 ölkədən 128-i imzalayıb. Daha sonra yayılan məlumatda isə bu olkələrin sayının 130-dan artıq olduğu göstərildi. BMT-nin Baş Assembleyasının 72-ci sesiyasında bu islahatların qəbul olunacağını nə qədər mümkün hesab edirsiniz və bu islahatlar baş tutarsa, beynəlxalq siyasətin standartlarında hansı dəyişiklikləri gözləmək olar?

- Son məlumata görə, Trampın BMT-də islahatların aparılması barədə bəyannaməsini dəstəkləyən ölkələrin sayı 142-yə çatıb. Burada kəmiyyət yalnız o baxımdan əhəmiyyətlidir ki, BMT-nin 190-dan çox üzvü, başqa sözlə desək, dünya dövlətlərinin böyük əksəriyyəti ABŞ-ın mövqeyini dəstəkləyir. Bu, ABŞ-ın qlobal miqyasda gücünün və nüfuzunun bariz göstəricisidir. Başqa bir dövlətin, məsələn, ABŞ-ın geosiyasi rəqibləri olan Çin və Rusiyanın belə təsir gücü yoxdur. 

Təkliflərin sırf BMT çərçivəsində perspektivinə gəldikdə isə, burada təkcə kəmiyyət rol oynamır. BMT-də köklü və sürətli struktur islahatlarına nail olmaq üçün Təhlükəsizlik Şurası daimi üzvlərinin konsensusu da mühüm əhəmiyyət kəsb edir. Belə bir konsensus yoxdur. Ona görə də Trampın təkliflərinin hamısının gerçəkləşməsi çətin ki, mümkün olsun. Düzdür, BMT baş katibi öz səlahiyyətlərindən istifadə edərək Trampın istədiyi struktur dəyişikliklərini həyata keçirə, təşkilatda ixtisarlar apara, bununla da maddi vəsaitə qənaət edə bilər. Amma baş katibin Təhlükəsizlik Şurasının digər daimi üzvlərinin etiraz edəcəyi məsələləri reallaşdırması və onların iradəsinə zidd addımlar atması asan məsələ deyil. Yəqin ki, Antonio Qutyerres narazı dövlətlərin dəstəyini almağa və mümkün qədər ortaq rəy əsasında addımlar atmağa üstünlük verəcək.   

Şahin Cəfərli: “BMT-nin əsas probemlərindən biri məhz Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətlərlə bağlıdır”.


- BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququ qaldıqca bu islahatları nə qədər effektli ola bilər?

- Ümumiyyətlə, BMT-nin əsas probemlərindən biri məhz Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətlərlə bağlıdır. Onlar nadir hallarda eyni mövqedən çıxış edirlər. Bu ziddiyyətlər BMT-nin qeyri-effektiv təşkilata çevrilməsinə səbəb olub. Veto hüququna gəldikdə isə, daimi üzvlərin bu hüququnun əllərindən alınması barədə məsələ hələ ki aktual deyil. Zaman-zaman digər dövlətlər bu durumdan narazılığını bildirir, lakin veto prosedurunda dəyişiklik edilməsi, onun ləğvi barədə ortada ciddi bir təklif və təşəbbüs yoxdur. 

- Rusiya və Çin Trampın islahatlarına imza atmaqdan imtina ediblər. Rusiya rəsmisi bildirib ki, bu islahatlar təkqütblü dünyanın təsdiqlənməsi demək olacaq. Rusiyanın bu iradını nə qədər haqlı hesab eymək olar və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisinin,  Rusiya və Çinin bu islahatlara qarşı olması islahatların legitimliyinə əngəl olmaz ki?

- Rusiya və Çinin əsas narazılığı bundan ibarətdir ki, bu dövlətlər hər hansı islahatın və dəyişikliyin qabaqcadan onlarla müzakirə edilməsini və razılaşdırılmasını istəyirlər. Yəni onların əsas etirazı Trampın islahat təklifindən çox, ABŞ tərəfinin bunu birtərəfli qaydada həyata keçirmək niyyəti ilə əlaqədardır. Rusiya və Çin hesab edir ki, bu məsələ əvvəlcə ekspertlər səviyyəsində müzakirə olunmalı, sonra siyasi səviyyəyə çıxarılmalı və dövlət başçılarının razılığı əsasında qəbul olunmalıdır. Qarşılıqlı razılaşma olmayacağı təqdirdə, onlar ABŞ-ın islahatlar planını dəstək verməyəcəklər.   

Şahin Cəfərli: “ABŞ-ın BMT-də islahat həyata keçirməyə çalışması onu göstərir ki, Vaşinqton təkqütblü düzəni davam etdirmək istəyir”.


- İslahatlar hazırda gedən geosiyasi savaşa necə təsir edə bilər? Geosiyasi gərginlik daha da arta bilərmi və BMT üzvü olan 193 ölkədən 142-nin Trampın islahatlarını dəstəkləməsi Rusiyanın Çinin azlıqda qalması və beynəlxalq siyasətdə təklənməsi anlamına gəlirmi?

- ABŞ-ın digər daimi üzvlərin razılığını almadan birtərəfli şəkildə BMT-də islahat həyata keçirməyə çalışması onu göstərir ki, Vaşinqton təkqütblü düzəni davam etdirmək istəyir. Bu, geosiyasi gərginliyin davam edəcəyinə işarədir. Aydındır ki, ABŞ tərəfi qabaqcadan Rusiya və Çinlə müzakirə aparıb, onların razılığını alsaydı, islahatları sürətlə gerçəkləşdirmək mümkün olardı. Amma amerikalılar buna getmədilər. Bu isə o deməkdir ki, Vaşinqton öz qlobal liderliyini digərləri ilə bölüşmək niyyətində deyil.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar