Xəbər xətti

22 NOYABR

11:25 Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

11:21 Bir qrup tanınmış şəxs Fədayə Laçının bağışlanılması üçün müraciət edib

11:17 Nazir: “Məhkəmə qərarlarının icrasından yayınan 2700 nəfər həbs edilib”

11:13 Azərbaycan və Ukrayna prezidentləri görüşəcək

11:09 ASGA sədri Brüsseldə V “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq

11:05 ABŞ sözçüsü Türkiyə prezidentinin ittihamına cavab verib

11:01 Dünyada elektromobil satışı artdı

10:57 EBRD: Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir

10:53 45 yaşlı kişi qətlə yetirilib - Bakıda

10:48 Zarrabın prokuroru: “İddialar zarafata oxşayacaq dərəcədə gülüncdur”

10:44 Tbilisidə terror həyəcanı: Şəhərdə atışma davam edir - Yenilənib

10:39 Gecənin birində köçüb gedəsən...

10:35 Robotlar insanları hansı peşələrdə əvəz edəcək?

10:31 Dağlıq Qarabağda mina partlayıb -3 erməni hərbçi ölüb, 1 yaralı

10:28 Ərdoğan və Əsəd anlaşa bilərmi və anlaşarlarsa, nə olacaq?

10:27 Şamaxı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonları ilə tanış olublar

10:23 “Rusiya bu silahla ABŞ-da super vulkan yaradacaq”

10:18 Koke: “Qarabağ”ın uğurlu çıxışına ümid etməliyik”

10:14 İspan analitik: “Çar Putin baş nazirimiz Rahoyu lakeyə döndərib”

10:10 Məşhur Amerika aktyoru vəfat etdi

10:06 Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli sayda yaralı var

9:58 Beynəlxalq Bank ilin sonunadək balansından 300 mln. manatlıq toksik aktiv çıxaracaq

9:54 İstanbulda kafe atəşə tutulub, yaralananlar var

9:50 Ərdoğan, Ruhani və Putin bu gün görüşəcək

9:46 Cəbhədə atəşkəs rejimi 138 dəfə pozulub

9:42 Avropanın “ürəyi”ndə erməni təbliğatına zərbə

9:38 37 yaşlı qadının 38 uşağı var

9:34 Ədliyyə naziri məhkumların qaçmasından danışdı

9:30 “Sizin bu addımınız bölgədə çirkin siyasətə ağır zərbə vurdu“

9:26 Abşeronda “Mercedes“ bacı-qardaşı vurdu

9:22 “Forbes“ ilin ən çox qazanan modelinin adını açıqlayıb

9:17 Tbilisidə antiterror əməliyyatı keçirilir

9:09 Putinlə Tramp nədən danışıb? - Ağ Ev açıqlayıb

9:05 Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək

0:44 Tanınmış müğənni səhnəyə 39 dərəcə qızdırma ilə çıxdı

0:33 Azərbaycan neftinin son qiyməti – Ucuzlaşıb

0:11 Gələn ildən Azərbaycanda yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq

0:01 Bugün bürcünüz nələr vəd edir?

21 NOYABR

23:55 “İŞİD tam məğlubiyyətə uğradıldı“

23:40 İndoneziyada Aqunq vulkanı püskürməyə başlayıb

23:33 İnterpol adam öldürən 27 yaşlı azərbaycanlını axtarır

23:12 “Bəzi nazirlikləri ləğv etmək vaxtıdır” – Zahid Oruc

23:05 “Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb”

22:55 Dünyada elektromobil satışları 63% artıb

22:40 “Planlarımı tam formalaşdırmamışam“

22:22 Rusiya, Türkiyə və İran Soçidə razılaşdı –Suriya ilə bağlı

22:17 İraqın baş naziri ölkədə İŞİD-in hərbi məğlubiyyətə uğradıldığını elan edib

22:12 "ABŞ terrorçuluqla mübarizə adı altında öz düzənini yeridir"

21:40 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

21:33 Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb

21:23 Bakıda bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi

21:16 Rusiya kimin cinahında yer alacaq? – İrana qarşı koalisiya savaşı

21:12 Putin və Tramp arasında telefon danışığı olub

20:55 Hindistanın “dəmir ledisi”- Siyasətə bələkdə başlayan, KQB-dən “şuba“

20:40 “Axı, bu cür qiymətlərlə əhalinin vəziyyətini yaxşılaşdıra bilmərik…”

20:33 Zimbabve prezidentinə impiçment elan edildi

20:18 Prezident İlham Əliyev Mişel Auna məktub ünvanladı –Mətn

20:12 Generaldan “Qarabağ”ın oyunuyla bağlı açıqlama

19:55 Goranboyda yol qəzası baş verib, 6 nəfər xəstəxanaya yerləşdirilib

19:42 Türkiyədə dolların məzənnəsi rekord həddə çatıb

19:39 “Banklar kreditlərin qaytarılması üçün insanlara zaman tanımalıdır”

19:25 “Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur”

19:20 “Çelsi” “Qarabağ”la oyundan əvvəl son məşqinə çıxıb

19:12 “Problemli kreditləri həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”

19:05 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək?

18:55 Şamaxıda Qadınlar Şurası YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş konfrans keçirib

18:47 İraqda növbəti terakt: azı 20 ölü, 40-dan çox yaralı

18:42 Fədayə Laçın ev dustağı olmaq istəyir

18:38 Suraxanıda körpə meyiti aşkarlandı

18:28 Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb

18:22 “Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”

18:17 Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi ləğv edildi

18:12 “BakuBus”ın avtobusu 24 yaşlı qızı vurub

18:05 Şamaxıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

18:00 Miri Yusif “Altın kelebek”dən imtina etdi

17:54 Azərbaycan XİN Saakyanın Fransaya səfərinə etirazını bildirib

17:48 Putinin böyük mətbuat konfransının vaxtı məlum olub

17:43 “İlin sonunadək TANAP üzrə işlərin böyük hissəsi başa çatacaq”

17:38 Sürücülərin nəzərinə: Eyni protokol 20 gün sonra yenə yazıla bilər

17:33 Azərbaycanın turizm sektoru 6%-dən çox artacaq

17:29 Rusiya Böyük Britaniyadakı beynəlxalq sərgiyə buraxılmadı

17:25 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:20 Madonnanın çılpaq şəkilləri hərraca çıxarılacaq

17:19 Elman Rüstəmov: “Sərt xarici şok baş verməzsə, gələn il...”

17:14 “Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik”

17:09 Zakir Həsənov BƏƏ generalı ilə görüşüb

17:04 Afina metrosu işləmir - Tətil

16:59 “BakuBus”ın avtobusu gənc qızı vurdu

16:53 YAP-çı deputat: “Vətəndaşları dövlətdən narazı salmasınlar”

16:45 Terror təşkilatının lideri Putinə yalvardı

16:40 “Bakı böyüdükcə, Azərbaycan kiçilir”

16:35 18 dövlət əmlakı özəlləşdirildi

16:30 Qobustanda qohumlar arasında dava - Yaralananlar var

16:23 Sevgilisinin mesajlarını oxuyan aktrisa toydan imtina etdi

16:18 Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

16:13 “Mən o qadını gözəl yaşadım”

16:09 Suraxanıda körpə meyiti aşkarlandı

16:04 Hərçiləri çevrilişə təhrik edən zərif liderlər

15:59 Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

15:53 Kosmosa qayıdan kitablar

15:47 Böyük Britaniya səfiri: “YPG ilə İŞİD anlaşıb”

15:41 “Gələn il qeyri-neft sektorunda 2,9 faiz artım proqnozlaşdırılır”

15:36 Bakıda marşrut xətlərindən biri dəyişib

15:31 Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış – 2 yaralı

15:25 Yeravandan Bakıya qadağa: Ermənistan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına buraxmayacaq?..

15:21 Türkiyə NATO ilə əlaqələri kəsməyəcək

15:16 İlin ən yaxşı cihazlarının reytinqi açıqlandı

15:11 On beş yaşlı qıza elçi düşənlər

15:06 Qurbanov “Çelsi” ilə oyunqabağı mətbuat konfransı keçirdi

15:01 ABŞ-dan Zərrabla bağlı şok qərar: Heç bir şeylə ittiham edilməyəcək

14:56 Qazaxıstanın xarici işlər nazirinin müavini Bakıya gələcək

14:51 Bu il 1019 həkim imtahandan kəsilib

14:46 Millət vəkili “gecəqondular”ın özəlləşdirilməsini təklif edib

14:41 Silahlı şəxslər Luqansk şəhərinin mərkəzini ələ keçiriblər - Video

14:37 Qatil arıları necə tanıyaq?

14:31 “Avropa Birliyi Azərbaycana heç vaxt Avropa ölkəsi kimi yanaşmayıb”

14:26 Mübariz Mənsimov: “Boşuna zəhmət çəkməyin, sizdə alınmayacaq”

14:21 Elman Rüstəmov: “Azərbaycanın ehtiyatları 42 milyard dollara çatıb”

14:16 “Əsəd rejimi hələ də yerində qalırsa, onda bu qədər qan niyə tökülüb?“

13:02 Nazir: “Gələn ilin dövlət büdcəsi hazırlanarkən üç illik proqnozlar nəzərə alınıb”


ÖLKƏ

...

“125 milyard dollardan çox mənfəət əldə etmişik” – Rövnəq Abdullayev

Tarix 14.09.17, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar


Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Saziş bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanmışdır.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunmuşdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev:

“Bu gün Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulmuşdur. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 miyard dollar sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə etmişdir.

Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır.”

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar.”

Mühüm rəqəmlər:

-AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdır. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulmuşdur.

-İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilmişdir. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınmışdır.

-AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilmişdir.

-2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilmişdir.

-Hazırda AÇG-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Ədliyyə naziri məhkumların qaçmasından danışdı

bitmap-img3

Rakurs

Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….

bitmap-img3

Seçmələr

“Premium” və “Super” markalı benzin bahalaşdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru