Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qudalar filiz zavodunu işadamından alırlar - Oliqarxlar arasında qovğa


Daşkəsən rayonunda yerləşən filiz zavodu ətrafında qovğa yaranıb


Gəncə şəhərindən 40 km cənubda yerləşən müəssisə "Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsusdur. Belə ki, Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra o vaxtki Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 219 saylı sərəncamı ilə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında "Daşkəsən Filizsaflaşdırma " ASC yaradılıb.

"Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qaərar verilib və ona görə də müəssisə Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. 

Elə müəssisə ilə bağlı qovğa da bundan sonra güclənib. Unikal.org-un redaksiyasına daxil olan məlumata görə, adıçəkilən zavod qeyri-rəsmi şəkildə "Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədovun nəzarətindədir. Bunu onun müəssisəyə tez-tez baş çəkməsi də təsdiqləyir.Bizə verilən məlumata görə Məmmədo sonuncu dəfə təxminən iki həftə öncə, Qurban bayramı günlərində müəssisəyə gəlib və işçilərə qurban əti paylayıb.

Bir sözlə, "Baku Steel Company” ASC Müşahidə Şurasının sədrinin filiz zavodunun qeyri-rəsmi sahibi olduğunu düşünmək üçün kifayət qədər əsaslar var.

O da maraqlıdır ki, ötən ilin avqustunda "Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Məlum olub ki, müəssisənin özəlləşdirilməsi dövrü başa çatanadək idarə heyətinə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.

Ancaq bir müddətdir həmin müəssisənin R.Məmmədovdan alınması istiqamətində cəhdlər başlayıb. Bu cəhdlər isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən gəlir.

Xatırladaq ki, Həsənovla Vəliyev yaxın qohumdurlar, bir az da dəqiqləşdirsək, qudadırlar.

Qudalardan birinin "əmlak şefi” olması isə R.Məmmədovun işini xeyli çətinləşdirir; belə ki, yuxarıda da vurğuladığımız kimi, "metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və ona görə də müəssisə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. Bu isə Kərəm Həsənovun sözügedən müəssisəni "hərrac” yolu ilə R.Məmmədovun nəzarətindən çıxarması üçün münbit şərait yaradıb. Unikal.org-un araşdırması zamanı məlum olub ki, "Daşkəsən Filizsaflaşdırma" 2016-cı ilin iyulundan Həsənovun komitəsinin balansındadır, amma komitə sədri hələ ki, müəssisənin "özəlləşdirilərək” özünün və ya qudasının nəzarətinə keçməsini təmin etməyə çətinlik çəkir. Bunun başlıca səbəbi isə böyük ehtimalla məhz R.Məmmədovdur. Yəni "Baku Steel Company” ASC Müşahidə Şurasının sədri haqqında danışılan zavodu əlində saxlamaq üçün məmur qudalara müqavimət göstərməyi bacarır.Bəs adıçəkilən zavod üstündə oliqarxların bir müddətdir davam edən qovğasından kim qalib çıxacaq? Bunu indidən demək çox çətindir. Odur ki, bizə oturub həmin mübarizəni sonadək izləmək qalır…(mia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar