Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov: “Corc Sorosun başı o qədər havalanıb ki...”

“Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. Elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”


 Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov Novruz Məmmədov “facebook” sosial şəbəkədəki statusunda bildirib.

 Onun fikrincə, bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərin, bədxahların, bizi gözü götürməyənlərin yuxularına haram qatıb: “Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışır”.

 N. Məmmədov qeyd edib ki, yalanın ömrü az olar, ayaq tutar, yeriməz. Prezidentin köməkçisi bildirib ki, onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər: “Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanmışdır, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür. Soros isə qoy, cavab versin, maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar