Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deputat atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”


Şamaxı rayon sakini Cəbrayılov Ağamikayıl Oruc oğlu Sabirabad rayonundan millət vəkili Rüstəm Xəlilov barədə ciddi ittihamlar səsləndirib


O qeyd edib ki, deputat və qardaşı onun yaxın qohumlarına qarşı qərəzli olmaqla yanaşı, onları yaşadıqları kənddən sürgün etdirməyə çalışır.

Şikayətçi həmçinin bildirib ki, deputat Sabirabad rayon Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurub. Kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. İddiaya görə, deputat atasına qoydurduğu heykəllə ŞƏHİDLƏR LÖVHƏSİNİN qarşısını kəsərək vətən uğrunda canından keçən oğullarımıza hörmətsizlik nümayiş etdirir.

Xatırladaq ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.

Qeyd edək ki, Xəlilov Rüstəm 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat seçilib, Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. (24saat.org)

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar