Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ probleminin Rusiyanın nəzarətindən çıxma ehtimalı varmı?


Natiq Miri: “Müstəqilliklərini də itirdikcə, Ermənsitan Rusiyanın bir əyalətinə çevrilir. Belə olan təqdirdə Rusiya öz əyalətinə niyə təzyiq etməlidir?”


Dağlıq Qarabağ probleminin həll olunması hansısa güc mərkəzlərindən deyil, müəyyən mənada həm də Azərbaycan dövlətinin davranışlarından asılıdır. Bu gün Azərcan özü hadisə, proses yaratmalıdır”.

Bu fikirləri zərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Dağlıq Qarabağ probleminin Rusiyanın nəzarətindən çıxma ehtimalı PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasını şərh edərkən bildirib ki,  Dağlıq Qarabağ probleminin mümkün variantlarından biri odur ki, Moskva vəziyyətin nəzarətdən çıxmaması üçün Dağlıq Qarabağ məsələsində Ermənistanı geri çəkilməyə məcbur etsin. Həmçinin Rusiyalı ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığını bildirib.

Hazırkı gərgin geosiyasi durumda Dağlıq Qarabağ probleminin Rusiyanın nəzarətindən çıxma ehtimalı varmı və Ermənistanın Kremlin təzyiqləri qarşısında geri addım atması nə qədər gözləniləndir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriyə müraciət edib.

Image result for natiq miri

Natiq Miri: “Rusiya güvənilir tərəfdaş deyil. Bunu diqqətdən qaçırmaq olmaz”.


Qarabağ problemi qaldıqca Rusiyanın təzyiq, təsir imkanları AzərbaycanErmənistan, həmçinin bütövlükdə Cənubi Qafqazın üstündə qalacağın qeyd edən politoloq vurğulayıb ki, Rusiya getdikcə Ermənistanda güclənir və bunun fonunda Ermənistan demək olar ki, siyasi, hərbi, iqtisadi cəhətdən bütün müstəqilliklərini itirir. Müstəqilliklərini də itirdikcə, Ermənsitan Rusiyanın bir əyalətinə çevrilir. Belə olan təqdirdə Rusiya öz əyalətinə niyə təzyiq etməlidir: 

“İlk növbədə diqqət etmək lazım olan məqam ondan ibarətdir ki, Rusiya Ermənsitana təzyiq etmək istəyirmi və Rusiya bu təzyiqlər fonunda nə qazanacaq? Bir məqamı diqqətdən qaçırmaq lazım deyil ki, Ermənistan Rusiya üçün regionda geosiyasi alətdir. Bu alət bu gün də aktivdir və bu alətdən həm Yaxın Şərq cəbhəsində Rusiyanın geosiyasi maraqlı konteksində, həm də Cənubi Qafqazda Azərbaycan kimi ölkələrə bir təzyiq mexanizmi olaraq istifadə olunur. Həm də Rusiya getdikcə Ermənistanda güclənir və bunun fonunda Ermənistan demək olar ki, siyasi, hərbi, iqtisadi cəhətdən bütün müstəqilliklərini itirir. Müstəqilliklərini də itirdikcə, Ermənsitan Rusiyanın bir əyalətinə çevrilir. Belə olan təqdirdə Rusiya öz əyalətinə niyə təzyiq etməlidir? 

Həmçinin əgər Ermənistana təzyiq etmək həqiqətən də düşünülürsə, bunun müqabilində Rusiyanın Azərbaycandan çox ciddi gözləntiləri var. Bu da təbii ki, Azərbaycanı Rusiyanın orbitində görmək istəyindən irəli gəlir. Yəni Rusiya istəyir ki, Azərbaycan Avrasiya İttifaqına üzv olsun və təbii ki, Azərbaycan Avrasiya İttifaqına üzv olandan sonra öz suverenliyinin müəyyən bir hissəsini bu ittifaq vermiş olacaq ki, bu ittifaqın da nüvəsi hansısa bir ölkə deyil, məhz Rusiyadır. Ayrıca onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bu ittifaqa üzv olandan sonra Azərbaycanın qlobal enerji daşıyıcı layihələri və digər layihələrin çoxu ittifaqın üzvləri olan ölkələrlə müəyyən mənada razılaşdırmaq məcburiyyəti yaradacaq. Bu da Azərbaycanın müsatəqilliyinin müəyyən hissəsinin itirilməsi deməkdir.

Natiq Miri: “Azərbaycanın Xarici İşlər Nazirliyi yalnız Ermənistanın yaratdığı hadisələrə adekvat və yaxud qeyri-adekvat quru bəyanatlar verməkdən o yana keçmir”.


Bu məsələdə bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan zamanında, yani Müstəqil Dövlətlər Birliyi yarananda bu birliyə girmək üçün əsas gətirdi ki, biz bu birliyə girək ki, Rusiya Dağlıq Qarabağ problemini həll etsin. O vaxtdan bu yanan 23 il müddət keçib, amma hələr də Dağlıq Qarabağ problemi aktivdir. Həmçinin bu yöndə problemin həllində bir addım belə irəliyə doğru addım atılmayıb. 

Ayrıca Rusiya Dağlıq Qarabağ probleminin çözümü prosesində yeganə moderator ölkədir. Yəni Dağlıq Qarabağ prosesi bilavasitə Rusiyanın tamamilə nəzarətindədir. Belə olduğu halda da, əgər Dağlıq Qarabağ probelmi 24 il müddətində həll olunmursa, bu zaman sual yaranır. Demək ki, Rusiya bu problemi ya həll etmək istəmir, ya da ki, problemi həll etmək Rusiyanın maraqları çərçivəsində deyil. Ona görə ki, Dağlıq Qarabağ problemi qaldıqca Rusiyanın təzyiq, təsir imkanları AzərbaycanErmənistan, həmçinin bütövlükdə Cənubi Qafqazın üstündə qalacaq.

Buna görə də bütün bunları düşünəndə mən düşünmürəm ki, Rusiya Ermənistana hansısa təzyiqlər edəcək və yaxud da, Rusiya bu təzyiqləri edərsə, bunun fonunda nə qazanacaq? Çünki Azərbaycan hələlik Avrasiya İtiffaqına daxil olacağı ilə bağlı heç bir razılıq verməyib. Ayrıca şifahi qaydada bildirib ki, əgər Dağlıq Qarabağ probleminin həlli mümkün olarsa, Azərbaycan Avrasiya İttifaqına girmək barədə düşünə bilər. Bəs niyə Azərbaycan bu addımı atmır? Çünki Rusiya güvənilir tərəfdaş deyil. Bunu diqqətdən qaçırmaq olmaz. Əmin olun ki, əgər Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, yenə də Dağlıq Qarabağ problemi həll olunmayacaq. 

Natiq Miri: “Azərbaycan Xarici İşlər Nazirliyi fəaliyyətinə bir daha baxmalıdır”.


Buna görə də mən düşünürəm ki, bu gün Dağlıq Qarabağ probleminin həll olunması hansısa güc mərkəzlərindən deyil, müəyyən mənada həm də Azərbaycan dövlətinin davranışlarından asılıdır. Bu gün Azərcan özü hadisə, proses yaratmalıdır. Yoxsa ki, Azərbaycan ölkəmiz üçün gündə yaradılan hadisələrin arxasınca sürünməli deyil. Əgər bü cür siyasət davam edəcəksə, əmin olun ki, Dağlıq Qarabağ prosesi də 10 illərlə davam edəcək. 

Bütün bunların fonunda hiss olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı heç bir konsektual proqramı yoxdur. Əgər bu proqram olmuş olsaydı, biz bunu hiss edərdik. Azərbaycanın Xarici İşlər Nazirliyi yalnız Ermənistanın yaratdığı hadisələrə adekvat və yaxud qeyri-adekvat quru bəyanatlar verməkdən o yana keçmir. Buna görə də düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi də fəaliyyətinə bir daha baxmalıdır. Bu cür siyasət qətiyyən yürüməz və bu siyasət yanlış siyasətdir. Həm də bu cür davranışlarla Ermənistanı işğal torpaqlarından çıxarmaq mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar