Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ problemi Rusiya üçün də problemə çevrilir?


Natiq Miri: “Soçi görüşünə qədər Azərbaycan və Rusiya dövlətləri arasında süni surətdə yaradılmış bir neçə problem mövcud idi”


Elxan Şahinoğlu: “Son zamanlar cəhbə xəttində hərbi vəziyyət çox gərgin müstəvidə davam edir. Bu da yeni hərbi əməliyyatların aktiv fazaya keçməsi təhlükəsini yaradır. Rusiya da yeni hərbi münaqişənin əleyhdarıdır. Belə bir vəziyyət Rusiyanın geosiyasi maraqlarına heç cür uyğun gelmir”.

Rusiya ondan əmin deyil ki, Dağlıq Qarabağ problemi həll olunduğu təqdirdə Cənubi Qafqazın bu iki ölkəsi, AzərbaycanErmənistan Gürcüstan və Ukrayna kimi Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönəlməyəcək”.

Bu fikirləri PİA.AZ-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri prezidentlərin Soçi görüşünü şərh edərkən bildirib.

Bildiyimiz kimi İyulun 22-də Azərbaycan prezidenti İlham Əliyev Soçiyə işgüzar səfər edib və Rusiya prezidenti Vladimir Putunlə görüşüb. Dövlət başçılarının işgüzar görüşü zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər və ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. 

Qeyd edək ki, görüşdən bir qədər əvvəl istedadlı uşaqlarla görüşdə olan Rusiyanın NTV telekanalının əməkdaşının sualını cavablandıran Rusiya prezidenti zarafatla: “Mənim problemim bir saatdan sonra olacaq. Bir saatdan sonra Azərbaycan prezidenti ilə görüşəcəm”, ifadəsini işlədib. Putinin zarafatla söylədiyi bu ifadəni necə dəyərləndirmək olar? Bu ifadələri ilə Vladimir Putin əslində Azərbaycanın və Dağlıq Qarabağ probleminin Rusiya üçün də problemə çevrildiyinə işarə edə bilərmi?

PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, poltolq Natiq Miridən iki dşvlət başçıısının görüşünü şərh etməyi xahiş edib. 




Natiq Miri: “Bu görüşün əsas leymotivi bu münasibətlərin yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdan ibarət idi”.


Politoloqa görə bu görüşün hər iki tərəf üçün məhsuldar keçdiyini bildirir. Bu görüşə qədər yaranmış süni problemlər öz həllini tapıb:

“Soçi görüşünə qədər AzərbaycanRusiya dövlətləri arasında süni surətdə yaradılmış bir neçə problem mövcud idi. Təbii ki, bu da belə davam edə bilməzdi. Artıq bu problemlər o səviyyəyə gəlib çatmışdı ki, dövlət başçıları bu münasibətlərin gərgin müstəvidə davam edəcəyindən narahat olub. Bu baxımdan iki qonşu ölkənin prezidentlərinin bu səviyyədə görüşü müsbət haldır. Ayrıca onu da nəzərə almaq lazımdır ki, bu süni surətdə yaradılan problemlərin arxasında xarici faktorlar dayanır. Və bu xarici faktorların arxasında erməni diasporu və bilavasitə Rusiya hakimiyyətində təmsil olunan erməni məmurlar durur. 

Dağlıq Qarabağ problemi çərçivəsində Ermənistana maraqlıdır ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər pozulsun. Çünki bu cür gərgin münasibətlər Ermənistanı daha rahat hiss etdirir. Son zamanlar Ermənistan Rusiyanın Azərbaycana silah satışından çox ciddi narahat idi və erməni xislətlərinə uyğun olaraq daim düşünürlər ki, Rusiya hər an Ermənistanı Azərbaycana sata bilər. Bu baxımdan erməni diasporu və onların Rusiya hakimiyyətindəki  tör-töküntüləri  iki dövlət arasında daim münaqişə olmasına çalışırlar.Bu görüşün əsas leymotivi də bu münasibətlərin yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdan ibarət idi. Bu görüş zamanı Dağlıq Qarabağ problemi də müzakirə obyekti olub. Çünki son zamanlar cəhbə xəttində hərbi vəziyyət çox gərgin müstəvidə davam edir. Bu da yeni hərbi əməliyyatların aktiv fazaya keçməsi təhlükəsini yaradır. Rusiya da yeni hərbi münaqişənin əleyhdarıdır. Belə bir vəziyyət Rusiyanın geosiyasi maraqlarına heç cür uyğun gelmir. Ayrıca belə bir hərbi əməliyyatlar başladığı təqdirdə Rusiya istəmir ki, 2 dövlət arasında seçim etməli olsun. Belə bir vəziyyətdə Rusiya Ermənistanı qoyub, Azərbaycanı seçə bilməz. Və Ermənistanın tərəfində olarsa, bu Rusiyanın Azərbaycanla olan münasibətlərinin çox kəskin pozulmasına gətirib çıxara bilər. 

Natiq Miri: “Ermənilər öz xislətlərinə uyğun olaraq daim düşünürlər ki, Rusiya hər an Ermənistanı Azərbaycana sata bilər”.


"Qarabağ məsələsinin müzakirəsində hansısa irəliləyişdən, müsbət nəticələrdən danışmaq doğru deyil. Sadəcə Rusiya növbəti dəfə danışıqlar prosesini yaratmaqla zaman qazanmaq istəyir. Bu istək də atəşkəs və status-kvonun qorunmasına xidmət edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya 24 ildir Dağlıq Qarabağ münaqişəsinin moderatoru rolunda çıxış edir. Və bu moderator 24 ildə bir irəliləyiş əldə edə bilməyibsə və ortada konkret siyasi nəticələr yoxdursa, bu artıq Rusiyanın moderator olaraq vasitəçiliyinə ciddi surətdə kölgə salır. Bu haqda həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti ciddi surətdə düşünməlidir. Əks təqdirdə hər zaman alternativlər mövcuddur və Rusiyanı əvəz edə biləcək dünya gücləri vardır. Yeni Tramp administrasiyasi da moderator olaraq çıxış edə bilər. Hələki Tramp administrasiyası bu yöndə konkret maraqlarını orata qoymayıb ancaq hər halda heç bir müqəddəs yer uzunmüddət boş qalmır.

Mən bu haqda belə düşünmürəm.Rusiya indiki şəraitdə  status-kvonun və atəşkəsin qorunmasında maraqlıdır.Çünki elə bir vəziyyət Rusiyanın geosiyasi maraqlarına xidmət edir.Yəni Rusiya manipulyasiya edərək həmişə hər iki dövlətə çox rahatlıqla silahlar satır və milyardlar qazanır. Ayrıca Dağlıq Qarabağ prosesi çərçivəsində regionda geosiyasi maraqları olan Türkiyə, İran kimi regional ölkələr də Rusiya tərəfindən manipulyasiya olunaraq həm Rusiyadan silah alır, həm də bilavasitə öz geosiyasi maraqlarını təmin etmək üçün müəyyən imkan və zaman qazanır.Rusiya ondan əmin deyil ki, Dağlıq Qarabağ problemi həll olunduğu təqdirdə Cənubi Qafqazın bu iki ölkəsi, AzərbaycanErmənistan Gürcüstan və Ukrayna kimi Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönəlməyəcək”.

Elxan Şahinoğlu: “Kremlin sanki tərəflərə mesajı belədir: “Bir-birinizə atəş aça bilərsiniz, hətta istəsəniz lokal döyüşlər də edə bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdur””.


Prezident İlham Əliyevin Soçiyə işgüzar səfərini Facebook sosial şəbəkəsində şərh edən siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şhinoğlunun fikrincə isə RusiyaAzərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb. Politoloqun fikrincə ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq: 

RusiyaAzərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb. Olsaydı, heç olmazsa qısa müddət cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik yaranardı. Cəbhə bölgəsində atəşkəs intensiv pozulmaqla yanaşı, iki ölkə arasındakı sərhəddə də vəziyyət gərgindir. Toqquşmalar Qarabağı aşıb. Ermənistanın QazaxTovuzla sərhəddəki bölgələri səksəkə içindədir. Onlar vurur, biz cavab veririk və ya əksinə biz vururuq ki, onlar daima gərginlik içində olsunlar. Bu elə belə də davam edəcək, ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq. Bəlkə Kremlə də elə bu lazımdır, sanki tərəflərə mesajı belədir:  “Bir-birinizə atəş aça bilərsiniz, hətta istəsəniz lokal döyüşlər də edə bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdur”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar