Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident oğlu həbs edilən generalı işdən çıxardı– Sərəncam


Azərbaycan prezidenti İlham Əliyev Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb


APA-nın məlumatına görə, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bir qədər əvvəl Novruzəli Orucovun oğlunun həbs olunması ilə bağlı xəbər mətbuatda yayılmışdı. Virtualaz.org saytının yaydığı məlumatda Novruzəli Orucovun oğlu harın və xuliqan biri kimi təqdim olunub: “Əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.

Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.

Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər “qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub”.

Hadisənin iyulun 4-də baş verdiyi halda indi – Novruzəli Orucovun işdən çıxarılmasından az əvvəl yayılması sual  doğurmaya bilməz. Niyə məhz indi?


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar