Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin səfir təyin etdiyi Mustafayev kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Fransadakı səfiri dəyişdirilib


Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Əmirbəyov səfir postundan geri çağırılıb, onun yerinə Rəhman Mustafayev təyin edilib.

AzVision.az-ın məlumatına görə, Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 

1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib. 

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 

2000-2006–cı illərdə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin oktyabrında imzaladığı sərəncamla Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

R.Mustafayev bugünkü təyinatadək Azərbaycanın Yunanıstan və Albabiyadakı səfiri vəzifəsində çalışıb.

İngilis dili, Fransız, Rus, Ərəb dillərini bilir. Evlidir, 2 övladı var.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar