Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ münaqişəsində tupikdən çıxış yolu yeni müharibədir?


Əvəz Həsənov: “Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi keçən ilin aprel hadisələrindən sonra faktiki olaraq tupikə dirənib”


Azad İsazadə: “Ermənistan cəbhədə vəziyyəti ona görə gərginləşdirir ki, danışıqlar vaxtı Azərbaycana qarşı hansısa iradlar tutsun, Azərbaycanı günahlandırsın”.

Bildiyimiz kimi son günlər cəbhədə yenidən gərginlik pik həddə çatmaqdadır. Təkcə onu demək kifayətdi ki, ötən həftə ərzində hər iki tərəfdən itkilər oldu. Belə ki, Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verdi. Şəhidimizin qisasın almaq üçün görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edildi və düşmən ordusunda yaralıları da oldu. Cəbhədəki gərginliklə bağlı isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yaydı. Bəyanatda bildirildi ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir: “Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir”. 

Bəs nə üçün danışıqlar prossesi son zamanlar cəbhədəki gərginliklər fonunda gedir və bu gərginlik danışıqların intensivləşməsinə stimul verə bilərmi? Həmçinin hesab etmək olarmı ki, Qarabağ münaqişəsində tupikdən çıxış yolu yeni müharibədir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı konfliktoloq Əvəz Həsənova və konfliktoloq, hərbi psixoloq Azad İsazadəyə müraciət edib.


Əvəz Həsənov: “ATƏT-in Minsk Qrupunun özü də Dağlıq Qarabağ danışıqlarında demək olar ki, bir girova çevrilib”.


Dağlıq Qarabağda həm cəbhədə, həm də ümumiyyətlə tərəflərin arasında vəziyyət gərgin olduğunu vurğulayan Əvəz Həsənova qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan prezidenti danışıqlardan kənarda durublar və danışıqlara o qədər də maraqlı deyillər:

“Ümumiyyətlə Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi keçən ilin aprel hadisələrindən sonra faktiki olaraq tupikə dirənib. Yəni sentyabrdan bu yana Xarici İşlər nazirlərinin təmasların nəzərə almasaq, demək olar ki, yüksək səviyyədə heç bir danışıqlar getmir. Həm də nəzərə almalıyıq ki, faktiki olaraq həm Azərbaycan, həm də Ermənistan prezidenti danışıqlardan kənarda durublar və danışıqlara o qədər də maraqlı deyillər. Eyni zamanda ATƏT-in Minsk Qrupunun özü də Dağlıq Qarabağ danışıqlarında demək olar ki, bir girova çevrilib. Yəni ATƏT-in Minsk Qrupu öz başına heç nə planlaşdıra bilmir və Azərbaycan-Ermənistan rəhbərliyi danışıqlara getmirsə, ATƏT-in də danışıqları surətləndirməsi çox çətin olacaq. 

Dağlıq Qarabağda həm cəbhədə, həm də ümumiyyətlə tərəflərin arasında vəziyyət gərgindir. Yəni demək olmaz ki, müəyyən mənada danışıqların aparılmaması və bu sükütün yaranmasının səbəbi tərəflərin nədəsə razılığa gəlməsidir. AzərbaycanErmənistan Dağlıq Qarabağ məsələsində heç nəyə razılaşmayıblar. Məhz tərəflər razılaşmadılqarı üçün də cəbhədə bu gərginlik hiss olunur. Bu gərginliyin cəbhədə nə qədər davam edəcəyini demək çox çətindir. Cəbhədəki gərginliyin böyük müharibəyə çevrilməsi də mümkünsüz görünür. Ola bilsin ki, yaxın zamanlarda keçən ilin aprel ayında olduğu kimi 2-4 günlük gərginlik olsun. Bir sözlə mən hesab edirəm ki, Dağlıq Qarabağda ümumi müharibənin və genişmiqyaslı hərbi əməliyyatların olması xülyadır”.


Azad İsazadə: “Dağlıq Qarabağ məsələsində real danışıqlar yoxdur”.


Mövzu ilə bağlı konfliktoloq, hərbi psixoloq Azad İsazadə isə qeyd edib ki, hal-hazırda Dağlıq Qarabağ məsələsində danışıqlara başlanılsa, aydındır ki, artıq Ermənistanın tək yolu qalıb. Bu yol da işğal etdikləri torpaqları azad etmək yoludur:

Dağlıq Qarabağ məsələsində real danışıqlar yoxdur. Faktiki olaraq erməni tərəfi danışıqların imitasiyasın edir. Ermənistan cəbhədə də vəziyyəti ona görə gərginləşdirir ki, danışıqlar vaxtı Azərbaycana qarşı hansısa iradlar tutsun, Azərbaycanı günahlandırsın. Hal-hazırda Dağlıq Qarabağ məsələsində danışıqlara başlanılsa, aydındır ki, artıq Ermənistanın tək yolu qalıb. Bu yol da işğal etdikləri torpaqları azad etmək yoludur. Yəni istər mərhələli, istərsə də mərhələsiz Ermənistan işğal etdikləri torpaqları azad etməlidir. Buna görə də danışıq mərhələsi çatanda Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir ki, danışıqlar heç bir nəticə verməsin. 

Biz Dağlıq Qarabağ münaqişəsində tupikdən çıxış yolunun yeni müharibəyə səbəb ola bilməsi variantın həmişə nəzərdə tuturuq. Onu da qeyd edim ki, bu variant ola bilər. Yəni biz Dağlıq Qarabağda yeni müharibənin şahidi ola bilərik”.

Nərminə UMUDLU
pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar