Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “Türkiyənin regional siyasəti “ərəb saçı”na dönüb...”


Politoloq: “Bölgədə “İhvan” (“Müsəlman qardaşlar”) platformasındakı qüvvələrin Qatarla birlikdə əsas himayəçisi məhz Türkiyədir. Səudiyyə və onun ətrafında formalaşmış ittifaqın Qatara bu məsələdə təzyiq göstərib, Ankaranın eyni istiqamətdəki siyasətini görməzdən gəlməsi mümkün deyil”


Politoloq Şahin Cəfərli “Facebook” sosial şəbəkəsində Azad Suriya Ordusunun parçalanması və Türkiyənin regional siyasətində baş verən uğursuzluqlarla bağlı maraqlı yazı ilə çıxış edib. 

PİA.AZ həmin yazını olduğu kimi oxucularının diqqətinə cəlb edir:

“Yaxın Şərqdə Qatar böhranının ciddi təsirləri müşahidə olunmağa başlayıb.

Azad Suriya Ordusu daxilində parçalanma yaranıb və qurumun tərkibindəki bəzi qruplar silahı bir-birinə qarşı çevirib. Əl Babda bu qruplar arasındakı döyüşlərdə azı 33 silahlının öldüyü, 55 nəfərin yaralandığı bilgisi var. Bundan başqa, ASO tərkibindəki bəzi qrupların Əsəd qüvvələrinə, bəzilərinin isə YPG-yə qatıldığı bildirilir. Güman olunur ki, baş verənlərin əsas səbəbi Qatardan gələn maliyyənin kəsilməsi ilə əlaqədardır. Silahlı qruplar arasında inam güclənib ki, Suriyanın gələcəyində Əsəd rejimi ilə kürdlər söz sahibi olacaq.
Bilirsiniz ki, ASO Türkiyənin Suriya vakxanaliyasında istifadə etdiyi əsas alət və apardığı “vəkalət savaşı”nda arxalandığı əsas gücdür. Bu gücün zəifləməsi, hətta dağılma təhlükəsinin yaranması bölgədə “oyun qurucu” olmaq iddiası ilə Suriya macərasına atılmış Türkiyənin onsuz da zəifləmiş mövqelərinə sarsıdıcı zərbə ola bilər.

İndi gələk Türkiyənin Qatar böhranı ilə bağlı vasitəçilik səylərinə...

Ötən həftə Çavuşoğlu bölgədə idi. Qatar, Küveyt və Səudiyyə Ərəbistanına getdi. Səudiyyə kralı ilə söhbətin təfərrüatları təbii ki, məlum deyil, amma səfər zamanı TRT müxbirinin yerli polis tərəfindən saxlanılaraq Çavuşoğlunun şəxsən kraldan onun buraxılmasını xahiş etməsindən sonra azad edilməsi faktı yəqin ki, səfərin necə keçdiyini və səudların Ankaranın vasitəçiliyinə münasibətini anlamaq baxımından yetərlidir. Başqa bir mühüm fakt:

Səudiyyə Ərəbistanı Türkiyənin “Milgem” (milli gemi) layihəsi çərçivəsində 4 gəmi sifariş etmişdi. 2 milyard dollarlıq layihə idi. Lakin Səudiyyə tərəfi səssiz-səmirsiz bu sifarişini ləğv edib. Bu hadisə Səudiyyə və onun liderliyindəki koalisiyanın Qatara qarşı demarşa hazırlaşdığı bir vaxtda baş verib. Əslində bu ölkələrin Qatara yönəltdiyi ittihamların bir ucu da Türkiyəyə çatır. Çünki bölgədə “İhvan” (“Müsəlman qardaşlar”) platformasındakı qüvvələrin Qatarla birlikdə əsas himayəçisi məhz Türkiyədir. Səudiyyə və onun ətrafında formalaşmış ittifaqın Qatara bu məsələdə təzyiq göstərib, Ankaranın eyni istiqamətdəki siyasətini görməzdən gəlməsi mümkün deyil. Yəqin ki, Türkiyəyə təzyiqlər davam edəcək, amma bunlar bir az görünməz şəkildə, pərdə arxasında baş verəcək.

Bir sözlə, Türkiyənin regional siyasəti “ərəb saçı”na dönüb...”

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar