Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arzu Nağıyev: “Azərbaycan heç vaxt “İpək Yolu”undan kənarda qala bilməz”


Politoloq: “Azərbaycanın İranın düşməni olan İsrail və Səudiyyə Ərəbistanı ilə mühüm əlaqələri var. Buna görə Trampın Səudiyyə Ərəbistanına səfərində...”


Avropadan gələn yüklər Azərbaycanın kənarından keçə bilər, amma “İpək Yolu” adı çəkiləndə Azərbaycan heç vaxt kənarda qala bilməz”.

Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, dünya üçün vacib olan layihələr həyata keçilir . Hazırda isə regionda yeni tərəfdaşlıq layihələrindən biri olaraq Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı da gündəmə gəlib. PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevlə bu və digər aktual məsələləri müzakirə edib. 

PİA.AZ politoloq Arzu Nağıyevlə qısa müsahibəni təqdim edir:

- Arzu bəy, Cənubi Qafqazda Rusiya-İran-Ermənistan ittifaqına qarşı Türkiyə-Azərbaycan-Gürcüstan  ittifaqı bölgədə balansı təmin etmək üçün yetərli ola bilərmi, yoxsa Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqı sadəcə söz-söhbətdən ibarətdir?

- Ümumiyyətlə, yaranan ittifaqları  bu şəkildə bir-biriylə üz-üzə qoymaq düzgün deyil. Məlum məsələdir ki, xarici siyasətdə hansısa dostluq, qardaşlıq əlamətləri ikinci planda olur. Çünki əsas yerdə ümumi maraqlar durur. Bu gün Azərbaycan-İran münasibətləri normal istiqamətdə inkişaf edir. Hər iki dövlətin xarici siyasətində bir-birini tamamlayan müəyyən detallar var. Bundan  başqa, Ermənistan-İran münasibətlərində də daim müsbət hallar olub və özlərini tərəfdaş sayırlar. Hətta İrandakı prezident seçkilərindən sonra Serj Sərkisyan tez bir formada Ruhanini təbrik etmişdi.  Təbrikdə Ermənistanın gələcəkdə müəyyən layihələrdə tərəfdaş kimi iştirakı barədə xahişlər də  öz əksini tapmışdı.
 
Azərbaycanın Türkiyə ilə daim  ikitərəfli münasibətləri var və bu hər zaman mövcud olacaq. Bu strateji əhəmiyyətli əməkdaşlıqlardır. Digər tərəfdən, Gürcüstanın mütəmadi olaraq Azərbaycanla əlaqələri var. Bu gün Gürcüstanın iqtisadiyyatının çox hissəsi Azərbaycandan asılıdır. Yəni, tranzit daşımalar,qaz layihələri  və s. kimi proseslərdə Azərbaycan Gürcüstan iqtisadiyyatı üçün mühüm rol oynayır. Yəni ki, üçtərəfli danışıqlar və müqavilələr daim regional məsələlərdə mövcud olub və bundan sonra da olacaq. Bunun həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan mühüm əhəmiyyətləri var və bu istiqamətdə də addımlar atılacaq. Lakin ittifaqların qarşı-qarşıya qoyulması sadəcə danışıqdan ibarət olan bir məsələdir. İranla Türkiyənin münasibəti  nə qədər gərgin olsa da, onlar qonşu dövlətlərdir və müəyyən istiqamətdə öz işlərini müsbət yöndə davam etdirə bilirlər. İranla Gürcüstanın münasibətləri də çox müsbət istiqamətdə inkişaf edir. 

Unutmaq lazım deyil ki, fereydanlılar deyilən İran gürcüləri var. Hansı ki, Şah Abbasın vaxtından belə onların Gürcüstanla çox mühüm əlaqələri olub. Yəni, ittifaq məsələlərində qonşuluq siyasəti də nəzərə alınmalıdır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün əsas istiqamətdir və bu istiqamətdə bizi dəstəkləyən hər hansısa dövlətlə mühüm addımlar atmağa hazırıq. Son vaxtlar Ermənistan siyasətində Azərbaycanın İranı qıcıqlandırması istiqamətində mühüm işlər görülür. Azərbaycanın İranın düşməni olan İsrail və Səudiyyə Ərəbistanı ilə mühüm əlaqələri var. Buna görə  Trampın Səudiyyə Ərəbistanına səfərində ABŞ-Səudiyyə Ərəbistanı sammitində  Azərbaycanın iştirakını da qəsdən qabartmağa çalışırlar. Lakin Azərbaycan öz balanslı siyasətini yürüdür və bu istiqamətdə də mühüm addımlar atır.


Arzu Nağıyev: “Azərbaycanın “Böyük İpək Yolu” layihəsindən kənarda qalması inandırıcı deyil”.


- Bir müddət əvvəl Azərbaycan, Rusiyaİran prezidentlərinin Bakıda zirvə toplantısı baş verdi. Həmin vaxt da deyildi ki, Cənubi Qafqazda yeni ittifaq yaranır. Sizcə, Azərbaycan-Rusiya-İran ittifaqı niyə yaranmadı?

- Bu gün Rusiya regionda özünə ən mühüm bir tərəfdaş axtarır. İstər Türkiyə, istərsə də İranla  münasibətlərin qurulması Rusiya üçün Qərb tərəfindən qoyulan sanksiyaların qarşısının alınmasında mühüm addımlar sayıla biləcək bir amildir. Məhz ona görə də Rusiya bu gün Azərbaycanİranla əhəmiyyətli müqavilələr imzalamağa can atır və tərəfdaş kimi çıxış etmək istəyir. Eyni zamanda Azərbaycan-İran münasibətlərində körpü açılışı və dəmiryolu xətti çəkilməsi məsələləri var. Rusiya öz iqtisadi məsələlərini  qabartmaqla, istəyinə çatmağa çalışır. 

- Hazırda həm Rusiya, həm də İran “Böyük İpək Yolu”nun Azərbaycandan kənar keçməsi üçün Çinlə tam anlaşma içindədirlər. Azərbaycanın “Böyük İpək Yolu” layihəsindən kənarda qalması ehtimalı barədə nə deyə bilərsiniz?

- Azərbaycanın “Böyük İpək Yolu” layihəsindən kənarda qalması inandırıcı deyil. Çünki Azərbaycanda tikiləcək böyük liman, eyni zamanda ölkəmizin bu infrastrukturda böyük rol oynaması “İpək Yolu”ndan kənarda qalmağımıza şərait yarada bilməz. Həmçinin tarixi məsələlər var ki, məhz o böyük xablar,  keçmişdəki böyük karvansaraylar Azərbaycanın ərazisindən keçib. Avropadan gələn yüklər Azərbaycanın kənarından keçə bilər, amma “İpək Yolu” adı çəkiləndə Azərbaycan heç vaxt kənarda qala bilməz. Hər yerdə müəyyən xablar, anbarlar yaradıla bilər, amma fikrimcə, ən böyüyü Bakıdakı Dəniz Limanı olacaq. Bu liman həm Orta Asiyadan, həm də Avropadan, Çin və digər istiqamətlərdən gələn yüklərin problemlərini həll edə biləcək. Bu isə “İpək Yolu”nun inkişafı deməkdir. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar