Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramov: “Hakimiyyət dərinləşdirilmiş struktur islahatlarına gedəcək”


İqtisadçı ekspert: “Yeni strukturun formalaşmasına ehtiyac var. Məhz yeni struktur çərçivəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafın dəstəkləyən iqtisadi modelin formalaşmasının başa çatmasına nail olmaq mümkündür”.


Azərbaycan idarəetmə aparatı neft dövründə kifayət qədər böyümüşdü, amma indi bu idarəetmə aparatının kiçilməsinə, eyni zamanda da proseslərə daha çevik reaksiya verəcək strukturun formalaşmasına ehtiyac var”.

Bu sözləri PİA.AZ-a iqtisadçı-ekspert Vüqar Bayramov Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədovun anons verdiyi struktur islahatları PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov  “Azərbaycan” qəzetindəki məqaləsində dərin islahatlara başlanmasının siqnallarını verib. Əli Əhmədov qeyd edib ki, dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Baş nazirin müavini dərin islahatların əsas hədəfinin Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsinin olduğunu bildirib. Əli Əhmədovun sərgilədiyi mövqedən aydın olur ki, dərin islahatların ana xəttini isə idarəetmənin optimallaşdırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, xərclərin azaldılması təşkil edəcək. Hökumət idarəetmə sisteminin təkmilləşdirilməsində dünya praktikasını əsas götürüb.

Bəs təkcə struktur islahatları həyata keçirməklə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatları yetərli hesab etmək olarmı və bütün sahələri əhatə edəcək islahatlar üçün nələrdən başlamaq lazımdır?

Bu mövzu ilə iqtisadçı Vüqar Bayramov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Vüqar Bayramov: “Azərbaycanda qeyri-neft sektorunun inkişafına ünvanlanan islahatlar birbaşa struktur islahatlar formasında özünü göstərməlidir”.


İqtisadçı ekspertin fikrincə, dərinləşmiş islahatlar özündə struktur və kadr islahatlarını ehtiva etməlidir. Həmçinin ekspert qeyd edib ki, yeni mərhələdə struktur islahatların aparılması təqdirə layiqdir və vacibdir:

“Əslində bizim hazırladığımız “islahat paketi”ndə islahatlar müxtəlif istiqamətdə qruplaşdırılıb. Təbii ki, bu islahatlar arasında struktur islahatları çox vacibdir. Yəni struktur və kadr islahatlarının aparılması islahatların əsas elemeti olmalıdır. Son açıqlamalardan da belə aydın olur ki, Azərbaycan hökuməti artıq yeni mərhələdə dərinləşdirilmiş struktur islahatlara gedəcək. Bu da olduqca da vacibdir. Çünki indiki məqamda çox vacibdir. Ona görə vacibdir ki, ilk növbədə daha çevik struktura malik olmaq lazımdır. 

Azərbaycan idarəetmə aparatı neft dövründə kifayət qədər böyümüşdü, amma indi bu idarəetmə aparatının kiçilməsinə, eyni zamanda da proseslərə daha çevik reaksiya verəcək strukturun formalaşmasına ehtiyac var. Bu baxımdan da struktur islahatlarının aparılması çox vacibdir. Xüsusən də kadr islahatlarının aparılmasına ehtiyac var. Artıq məsələlərə posneft dövrünüdə daha inavativ yanaşma tələb olunduğu üçün yeni və xüsusən də iqtisadi qurumlarda, iqtisadi məsələlərə mənsub olan agentliklərdə yeni kadrlara ehtiyac var. Yeni kadrların öz yerində olmaları üçün təbii ki, kadr islahatlarının da aparılması vacibdir. 

Dərinləşmiş islahatlar özündə struktur və kadr islahatlarını ehtiva etməlidir. Sözsüz ki, yeni mərhələdə struktur islahatların aparılması təqdirə layiqdir və vacibdir. Həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafına ünvanlanan islahatlar birbaşa struktur islahatlar formasında özünü göstərməlidir. Yeni strukturun formalaşmasına ehtiyac var ki, məhz yeni struktur çərçivəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafın dəstəkləyən iqtisadi modelin formalaşmasının başa çatmasına nail olmaq mümkün olsun”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar