Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosioloq: “Azərbaycanda hər kəs oxumağı və yazmağı bacarır” – Müsahibə (II Hissə)


Cavid İmamoğlu: “Mənə görə artıq qohumbazlıq mərhələsi bitib. İndi pulun, resursların azaldığı bir dövrə gəlib çatmışıq”


“Mən həmişə deyirəm, böhran bir şansdır. Bu şans vasitəsilə əhali oyanır. Sonuncu devalvasiyalar bizi özümüzə gətirdi. Biz başa düşdük ki, öz üzərimizdə daha çox çalışmalıyıq”.

Dosye: Cavid Şahmalıyev İmam oğlu. 10  oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub.1992-2003-cü illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində 297 saylı orta məktəbdə oxuyub. 2003-2007-ci illərdə Azərbaycan Respbublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsinin Politologiya ixtisasını oxuyub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsinin Həyat fəaliyyətinin müxtəlif dairələrində sosial iş ixtisası üzrə magisrt olub. 2011-ci ildə Bakı Dövlət Universitetində Sosiologiya ixtisası doktorantura pilləsinə daxil olub. Hazırda “Müasir Azərbaycanda yaşlı intiharı və onun sosioloji tədqiqi“ doktorluq işi üzərində çalışır. 7 elmi məqalənin müəllifidir. 2015-ci ildən Uğur Akademiyasının həmtəsisçisidir və əsasən həssas əhali qrupları ilə psixo-sosial işin təşkili istiqamətində layihələr həyata keçirir.

PİA.AZ sosioloq Cavid İmamoğlu ilə müsahibənin birinci hissəsini təqdim edir.

Müsahibənin birinci hissəsini BURADAN oxuya bilərsiniz.

- Hələ sovet dönəmindən qalan belə bir deyim var ki, azərbaycanlılar parazit kimi bir-birlərinin qanını sormaqla dolanırlar. Bu fikirlə razısınız?

-  Öncəliklə qeyd edim ki, Azərbaycan və azərbaycanlılar haqqında bir çox miflər var. Məsələn deyirlər ki, “uşaq yıxıla-yıxıla böyüyər”, “döyülə-döyülə öyrənər” və s. Bunların hamısı miflərdir və reallıqdan çox uzaqdır. Çünki reallıq göstərir ki, uşqa yıxıla-yıxıla zədə alır, nəinki böyüyür, döyülə-döyülə uşağın psixikası pozulur. Buna görə cəmiyyətlə ümumi maarifləndirmə işinin konsepsiyası olmalıdır. Yəni,  biz bu mifləri reallıqlardan ayırmalıyıq. Necə ki, mental dəyərlərimizdə stereotipləri dəyərlərdən ayırmalıyıq, burada da miflər reallıqlardan ayrılmalıdır. 

Azərbaycanlılar haqqında bu deyilənlər də mifdir. Hər yerin yaxşı və pis insanı var. Çünki insanı mühit formalaşdırır və təsir göstərir. İnsana şərait yaranarsa, bu zaman hər şey edə bilər. Ancaq sosiologiyanın əsas yanaşması budur ki, insan hətta tək qalanda belə dəyərsiz olmamalıdır. Yəni, insan tək qalanda da daxili zənginliyini saxlamalıdır. İnsan təkdir və onu görmürlər deyə, o fikirləşməməlidir ki, mən ətrafımı çirkləndirim, ziyan vurum, kiminsə haqqın yeyim və s. Ən gözəl insan hər zaman daxili zənginliyini saxlayan insandır. Bu cür insanlar fikirləşirlər ki, məni görməsələr belə, mənim vicdan adlı məfhumum var. Biz də cəmiyyətə dəyər kimi vicdanlı olmağı təbliğ etsək, çox yaxşı nəticələr əldə edə bilərik. Çünki vicdanı olan insanlar ən anonim şəraitdə belə ən düzgün olanı edirlər. Yəni, anonim şərait belə həmin insanları qərarlarından döndürmür. Bütün bunlara görə biz cəmiyyətdə təfəkkürü, vicdanı, düşüncəni oyatmalıyıq. Əgər cəmiyyətdə düşüncə inqilabı olmasa, o cəmiyyət fəsada, böhrana, batalıqlığa doğru gedir. Biz də bu gün düşüncə maşınını işə salmaq üçün düşünməliyik ki, nə etməliyik və nədən imtina etməliyik?!

photoslide_title

Cavid İmamoğlu: “İnsanlar başa düşməlidir ki, islam oyunları zamanı çəkilən “sarı xətt” niyə çəkilib”.


- Cavid müəllim, inzbati islahatlarla insanların psixologiyasını dəyişmək mümkündür?

- İnzibati islahatlar o zaman fayda verir ki, paralelində maarifləndirilməsi də getsin. Məsələn, insanlar başa düşməlidir ki, bu oyunlar zamanı çəkilən “sarı xətt” niyə çəkilib, niyə yerə zibil atmaq olmaz və s. İnsanlar bu kimi sadə prosesləri başa düşməsələr, onda gərək biz hər yerdə o insanların gözünün qabağına yazaq ki, buradan keçməyin  cəriməsi 100 manatdır. Yəni ki, inzibati tədbirlərlə bərabər maarifləndirmə aparılmasa, insanlara məsələnin mahiyyəti, sosial tərəfləri deyilməsə çox çətin olar. Təsəvvür edin ki, 10 milyon insanımıza nə qədər məmur lazımdır ki, inzibati yollarla insanları başa salsınlar. Bu mümkünsüzdür və heç bir dövlət bunu etməz. Buna görə də dövlət ilk növbədə öz maarifləndirmə maşınından istifadə etməlidir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda sosial reklamlara, sosial çarxlara, sosial filmlərə özəl televiziya kanallarında geniş yer vermirlər. 

Ümumiyyətlə, sosial filmlər efirə pulsuz verilməlidir. Çünki bu bir sosial məsuliyyətdir. Əgər təcili tibbi yardım maşınına camaat yol vermirsə, bu sosial film şəklində camaata çatdırılmalıdır ki, burada hər saniyə insan həyatına zərər vura bilər. Yaxud da uşaqlarımızın sağlamlığına, təhlükəsizliyinə cəmiyyət önəm vermirsə, bu haqda sosial filmlər çəkilməlidir və cəmiyyətə çatdırılmalıdır. Yəni, hər bir dövlətdə inzibati qaydalar öz yerində olmalıdır. 

Dövlətdə olan inzibati qaydalar da elə olmalıdır ki, ziyanlı deyil, xeyirli olsun. İnsanlarda qıcıq yaratmasın. Cəmiyyətə hər bir proses başa salınmalıdır. Məsələn,  insanlara pensiya yaşının niyə 65 yaşa qaldırılması başa salınmalı idi. Bu proses cəmiyyətə başa salınmadığı üçün hər kəs belə düşünür ki, pensiya yaşını qaldırmaqla dövlət əhalinin rifahını aşağı saldı. Cəmiyyətə izah olunmalı idi ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə pensiya yaşı yuxarı qaldırılıb. Çünki tibb elmi inkişaf edib və insan ömrünün uzanması prosesi gedir. Bu gün ən çətin xəstəliklərin belə dərmanı tapılır, buna görə də insanlar çox yaşayır. İnsan da yaşadıqca, işləmək, nəyləsə məşğul olmaq istəyir. İnsan 61 yaşında işdən çıxarılırsa, bu onda psixoloji travmalarla müşayət olunur. Bütün bunların hamısı cəmiyyətə izah olunmalıdır.

- Texnologiya nə qədər inkişaf edir etsin, o qədər də xəstəliklər artır və indiki cəmiyyətdə 50-60 yaş yaşamış insan şükür edir ki, bu yaşa qədər yaşaya bildim...

- Osman Sarıvəllinin təbirincə desək, kim ki, 100 il yaşamasa günah onu özündədir. Nə qədər ki yaşlı insanlarımıza “bir ayağı gordadır” stiqması ilə yanaşacağıq, insan ömrü də azalacaq. Biz insanları yaşamağa həvəsləndirməliyik. Yaşlı insanlarımız həm mənəvi, həm də fiziki baxımdan aktiv həyat tərzi keçirsələr inanın ki, bu ölkə uzun ömürlülər ölkəsi olar. 

- Bəs pensiya yaşı neçə olmalıdır?

- Bunu herentoloqlar araşdırıb deməlidirlər. Təəssüflər olsun ki, bizdə bu istiqamətdə kifayət qədər boşluqlar var. Qocalarla və ümumiyyətlə ahıl yaşlı insanlarımızın psixo-sosial inkişafı istiqamətində tədqiqatlara ehtiyac var. 

- Düzdür, tibb inkişaf edir, amma Azərbaycan cəmiyyətində inkişaf edən tibbdən əsər yoxdur axı?...

- Məsləhət görərdim ki, siz yaşlanmış və pensiyaya göndərilən müəllimlərlə danışın. Onda görəcəksiniz ki, pensiya yaşının qalxması nə qədər önəmlidir. 61 yaşına çatmış bir məktəb müəlliməsi üçün həyat hələ qabaqdadır. O bu yaşdan sonra öz həyatını daha da aktuallaşdırmaq istəyir. Ona necə demək olar ki, sən işləmə, qocalmısan. Adam həyat eşqi ilə alışıb yanır. 

photoslide_title






















Cavid İmamoğlu: “Siz yaşlanmış və pensiyaya göndərilən müəllimlərlə danışın. Onda görəcəksiniz ki, pensiya yaşının qalxması nə qədər önəmlidir”.


- Cavid müəllim, əslində müəllimlər pensiyaya erkən çıxmaq istəmirlər. Ona görə ki, onların aylıq maaşları pensiyadan çox olur...

- Maddiyyat faktoru önəmlidir. Amma mən insanın işləmə gücünün olmasını deyirəm. O gücü özündə hiss edirsə, niyə də işləməsin. 

- Əlilliyi olan insanlara 50-100 manat arası pensiya verilir. Bu insanlar o 50-100 manatla nə edə bilər? O məbləğlə özün təmin etmək çox çətindir.

- Əlillik başqa məsələdir, yaşlanmaq başqa məsələ. Mən demək istəyirəm ki, hər bir inzibati islahat cəmiyyətə izah olunmalıdır. Bu izaholunma da idarəçiliyə bağlıdır. Məsələn, elə idarə var ki, doğrudan da maarifləndirmə işinə o cavabdehdir və o idarə öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. Amma çox idarələr də var ki, öz vəzifəsini yerinə yetirmir. Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qruplar arasında ən birincisi əlilliyi olan insanlardır. Bu insanların istər pensiya təminatı, istərsə də digər hüquqlarının həyata keçirilməsi üçün ciddi dəstəyə ehtiyac var.

- Hamımız bilirik ki, Azərbaycanda səhiyyə, təhsil və bir sıra digər sosial sahələdə xidmət pulsuzdur. Amma onu da bilirik ki, bu heç də belə deyil. Əslində konstitutsiya maddələri ilə ödənişsiz olaraq təsbit olunan sosial xidmət sahələr vətəndaşımıza ödənişli özəl sahələrdən daha bahalı başa gəlir və eyni zamanda xidmət keyfiyyəti çox aşağı olur. Bu problemin həlli yolu var, sizcə?

- Bildiyiniz kimi, Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Bu o deməkdir ki, ölkədə tibb, təhsil pulsuzdur. Bu gün biz bu sosialyönümlülüyün yaxşı tərəfini də görürük. Bu gün Azərbaycan savadlılıq dərəcəsi regiondakı ölkələr içərisində birinci yerdə gedir. Bu da pulsuz təhsilin nəticəsidir. Yəni, Azərbaycanda hər kəs oxumağı və yazmağı bacarır. Azərbaycanda savadlılıq 99.9%-dir. Amma Türkiyədə savadlılıq 70%-dir. Ancaq Azərbaycan insanının əsas problemi bacarıqdır. İnsanlar dövlətin onlara yaratdığı pulsuz xidmətlərə əlləri çatmayanda şikayət etməyə ərinirlər. Gərək vətəndaş öz haqqını müdafiə etsin, vətəndaş şikayət etməyi bacarsın, vətəndaş “qaynar xətt”ə müraciət etsin. 

Mən dəfələrlə görmüşəm ki, vətəndaşlardan haqsız yerə pul almaq istəyəndə “Qaynar xətt”lərə zəng ediblər və onların şikayətlərinə baxılıb. Biz mövcud problemləri “Qaynar xətt”lərə çatdırmayanda təbii ki, problem həllini tapmır və “qaynar xətt”ə şikayət gəlməsə, səhiyyə naziri səhiyyə sisteminin  inkişaf etdiyini  və heç bir şikayətin olmadığını vurğulayır. Yəni, şikayət yerinə çatdırılmayana qədər heç kəs bilmir ki, o şikayət var. Buna görə də bizim camaat öz hüquqlarına məsuliyyətsiz yanaşır. Bizim vətəndaşlar özlərinə qarşı haqsızlıq görəndə çalışırlar ki, onu öz bildikləri formada həll etsinlər. Amma insanlar öz bildikləri kimi yox, “Qaynar xətt”ə zəng etməlidirlər. 

Təcrübə də göstərir ki, bütün “Qaynar xətt”lərə edilən şikayətlərin cavabları gəlir və tədbirlər görülür. Bu mövzuda insanlar nə tənbəl olmalıdır, nə də öz hüquqlarına biganə qalmalıdırlar. 

Azərbaycanda belə bir problem da var ki, hamı deyir “mən deməklə o problem düzələn deyil”. Amma sən deməsən, mən deməsəm o problem olduğu kimi qalacaq və heç kəs də xəbər tutmayacaq. Həm də şikayətlər statistikaya düşür. Əgər bir icra başçısından çox şikayət varsa, o icra başçısının məsələsinə baxılmalıdır. Yəni, o icra başçısı ya çıxarılmalıdır, ya da tənbeh edilməlidir. Buna görə vətəndaş həmrəyliyi, vətəndaş aktivliyi, vətəndaş məsuliyyəti  formalaşmalıdır. Bunların formalaşmasıisə  zaman tələb edir. Maarifləndirmə nəticəsində vətəndaş başa düşür ki, “qaynar xətt” var. Elə bilirsiniz hamı bilir ki, “Qaynar xətt” nədir?!

- Cavid müəllim, bunun da günahkarı  aidiyyatı qurumlardır. Həmçinin Kütləvi İnformasiya Vasitələrində maarifləndirici tədbirlər həyata keçirməlidirlər ki, vətəndaş da bilsin ki, hara müraciət etməlidir. Demək olar ki, sosial problemlərin artmasının səbəbi hökumət və cəmiyyətin qarşılıqlı laqeydsizliyidir.

- Bəli, düz dediniz. Məsələn, Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətt”i var. Ora  gecə saat 4-də də zəng etsən, sənin şikayətini qəbul edirlər. Yəni, “Qaynar xətt”ə şikayət etmək bu qədər rahatdır . Onu da qeyd etməliyəm ki, çox icra hakimiyyətlərinin “Qaynar xətt”i var. Amma gündüz vaxtı da zəng etsən götürmürlər. Çünki camaat oraya o qədər zəng vurmur ki, artıq “ Qaynar xətt” işləmir. Bir sözlə dövləti, dövlət təhcizatlarını vətəndaş işlətməlidir. Vətəndaş öz hüququna biganə qalırsa, bu zaman vətəndaş özündən küssün. 

photoslide_title
























Cavid İmamoğlu: “Elə bilirsiniz hamı bilir ki, “Qaynar xətt” nədir?”.


- Cəmiyyətimizdə qohumbazlıq, yerlibazlıq kimi sosial xəstəlik sindromu var. Sizcə, bu sindromdan hələ də qurtara bilməməyimizin səbəbi nədir və demək olarmı ki, bizim düşüncəmiz hələ də feodalizm dövründə qalıb?

- Mənə görə artıq qohumbazlıq mərhələsi bitib. İndi pulun, resursların azaldığı bir dövrə gəlib çatmışıq. Belə mərhələdə effektivliyi artırmaq üçün insanlar daha qohuma yox, peşəkarlara üz tutacaqlar. Buna görə də qohumbazlıq, yerlibazlıq kimi faktorlar o zaman öz aktuallığını itirəcək ki, həqiqətən də əsl rəqabət olacaq. Çünki rəqabət mühiti olanda insanlar düşünür ki, effektliyi artırmaq lazımdır. Buna görə də Azərbaycanda qohumbazlığın dövrü bitib. Peşəkar, savadlı insanlar vasitəsi ilə bu ölkəni böhranlı vəziyyətdən çıxarmaq lazımdır. Ölkəni bu böhranlı vəziyyətdən bacarıqsız insanlarla çıxarmaq mümkün deyil. Buna görə də artıq Azərbaycan reallığı yeni bir mərhələyə başlayır. Azərbaycanda indi vəziyyət belədir ki, əgər əvvəllər bir şirkətdə müdirin 10 qohumu işləyirdisə, indi o 10 qohum işini bilən peşəkarlarla əvəzlənib. Yalnız o halda qohum şirkətdə qalıb ki, o qohum işinin peşəkarıdır.

- Gənclərin ölkədaxili sosial problemlərinə gələk. Müasir dövrümüzdə gənclər bir sıra sosial problemlərlə qarşılaşır ki, bunlarda  ən öndə gələni işsizlik problemidir. Heç kəsə sirr deyil ki, istedadlı savadlı gənclərimiz iş və dolanışıq üçün başqa ölkələrə uz tuturlar. Bu problemin qarşısın necə almaq mümkündür? Ümumiyyətlə niyə Azərbaycanda istedada investisiya qoyulmur?

- Bu problem ölkəmizin ən ağır problemlərindəndir. Mənə görə savadlı insan öz inkişafını və karyerasını düşünən insandır. Əgər bir insanın doğrudan da Azərbaycan konteksindən kənar, MDB məkanı səviyyəsində savadı varsa, o insan MDB məkanında öz savadını göstərməlidir və töhfəsini də verməlidir. Amma bizdə belə bir tendensiya var ki, ölkədə özünə yer tuta bilməyənlər başqa ölkələrə qaçırlar. Mənim tanıdığım savadlı insanların hamısı Azərbaycandadır və hamısı da işlərini qurub, işlərinin başındadırlar. Onlar pul da qazanırlar və eyni zamanda cəmiyyətə də xeyir verirlər. 

Fikrimcə,  ölkədə özünə iş qura bilməyən, adi bir ingilis dili bacarığı üzərində işləməyə ərinən insanlar rahat yol kimi ölkəni təkk etməyi düşünürlər. Halbuki, mən bununla razı deyiləm. Çünki əgər sən öz ölkəndə özünə yer tuta bilmirsənsə, onda yad bir ölkədə özünə necə yer edəcəksən? Amma onu da qeyd edim ki, dünyanın hər yerində zehin axını var. Məsələn, bizdə hansısa sahəni daha yaxşı bilən almana ehtiyac olursa, o zaman almana müraciət edilir. Bu da təbii haldır və belə olmalıdır. Mən sevinirəm ki Azərbaycanlı mütəxəssislərə dünyada ehtiyac olsun və dəvətlər gəlsin. 

-Ümumiyyətlə, Azərbaycanda savada yetərincə qiymət verilir?

- Məncə xaricə getmək istəyən hər bir şəxs mütləq özünə bəhanə tapmalıdır. Əgər yaxşı həkimsənsə, səni istər-istəməz axtarıb tapacaqlar. Bu gün biz diş həkimini belə soruşub, yaxşısını tapıb sonra yanına gedirik. Yəni, demək istəyirəm ki, yaxşı həkimə Azərbaycanda hava və su kimi ehtiyac var. Qədimdən belə azərbaycanlılar yaxşı həkimi ölkədə saxlamağı bacarıblar. Həm də savad özü-özünü qiymətləndirməlidir. Savad özünə yer etməlidir. Əgər savad varsa, o savad qaranlığı işıqlandırmalıdır. Savadlı insana dünyanın hər yerində ehtiyac var. 

Bizdə isə bir çox bəhanələrlə ölkəni tərk edirlər və getdikləri ayın ilk həftəsi arzulayırlar ki, kaş əvvəlki mühitimə qayıda biləydim. Çünki xaricdə heç kəs bizi gül-çiçəklə qarşılamır və biz orada çətinlik də, tənhalıq da, dezadaptasiyada, bir müddət işsizlik də görürük. Həm də xaricə gedəndə ətrafından, ailəndən, tanışlarından, qohumlarından məhrum olursan. 

- Cavid müəllim, sizə xaricdən təklif gəlsə, gedərsiniz?

- Mən ümumiyyətlə vətəni tərk etməyi iki faktorla əlaqələndirirəm. İki halda biri olarsa, gedərəm. Birincisi, əgər mən qısa müddətdə hansısa xarici ölkəyə gedib, fayda verib qayıdıramsa, təbii ki, bu başqa məsələdir. Bu halda gedərəm. Amma mən vətənimi o halda birdəfəlik tərk edib gedərəm ki, mənim həyatıma açıq-aşkar təhlükənin olduğunu görmüş olum. Yəni, kimsə məni təhdid edir və mən burada qalsam, öldürülə bilərəm. Qalan heç bir halda mən xarici ölkəyə gedib yaşamaram. Birinci ona görə ki, mən sosiologiyanın qanunauyğunluqlarına zidd hərəkət etmək istəmirəm. Çünki mənim xəmirim bu cəmiyyətdə formalaşıb və yoğrulub. Həmçinin mənim bütün sosial mühitim, qohum-əqrəbam, dost şəbəkəm buradadır və mən burada xoşbəxtəm. Mən getsəm, gərək bunların hamısı ilə çıxam gedəm, bu da mümkün deyil. Miqrant kimi getməyi də heç kəsə arzulamıram. 

photoslide_titleCavid İmamoğlu: “Mən vətənimi o halda birdəfəlik tərk edib gedərəm ki, mənim həyatıma açıq-aşkar təhlükənin olduğunu görmüş olum”.


- Ölkəmizdə indiki vaxtda xalqımızın gələcəyi olan yeni nəslin nə düşündüyü, sosial vəziyyəti, aldığı informasiya və s. təhlil olunmalıdır. Bu istiqamətdə sosioloqların hansı fəaliyyəti var?

- Hal-hazırda Azərbaycanda gənclərə istiqamətli çoxlu layihələr həyata keçirilir. Bu layihələr əsasən gənclərdə vətənpərvərliyin,  sosial təfəkkürlərin formalaşmasına xidmət edir. Bu işlərin kifayət edib-etmədiyini dəqiq deyə bilmərəm, amma gənclər daim diqqət mərkəzindədirlər. Azərbaycanda 3 milyon gənc var. Bu isə o deməkdir ki, daha da ciddi işlərə ehtiyac var. 

- Bəs texnoloji inkişaf gənclərə necə təsir edir?

-Texnologiya nəinki gənclərə, hamıya müsbət və mənfi cəhətdən təsir edir. Müasir dövrün ən böyük bəlası texonologiyadır. Bu mütəxəssislər tərəfindən dəqəbul olunub. Biz, XXI əsrin texnoloji kölələriyik. Xüsusilə də gənclər bu köləliyə çox tez düşür. Biz özümüzü 5 dəqiqə belə telefonsuz təsəvvür edə bilmirik. Bu, bizə ağır gəlir. Texnologiyadan düzgün istifadə olunmaması insanı inkişafdan saxlaya biləcək, cəmiyyətdən təcrid edə biləcək  qədər mənfi təsirlərə malikdir. Bununla bağlı mütəxəssislər ciddi araşdırmalar aparıblar, hətta son illərin ən böyük fobiyalardan biri smartfon fobiyası hesab olunub. Smartfona öyrəşən insanlar tək qalmaqdan qorxurlar. Ümumiyyətlə, yeniyetmə yaş dövrü valideynlərin nəzarəti ilə müşayiət olunur. Valideynlər övladlarını nəzarətsiz qoymamalıdırlar, daim onlara dəstək olmalıdırlar. Smartfon boşluğu doldurmaq üçündür. Bunu yaradanların məqsədi də cəmiyyətdə artmaqda olan boşluqları doldurmaq üçündür. Sən saatlarla oyun oynaya və ya sosial şəbəkələrdə ola bilərsən, amma vaxtın necə gəlib keçdiyindən xəbərsiz olarsan. Halbuki gənclər sosial bacarıqlar əldə etməyə çalışmalıdırlar. Çox hallarda smartfonlar gəncləri inkişafdan yayındırır. Xüsusilə də universitetlərdə bu vəziyyəti aydın şəkildə görürük. Universitetlərdə rəhbərlik tərəfindən dərs zamanı smartfonların istifadəsinin qadağan olunmasına baxmayaraq, tələbələr buna əməl etmirlər. Bu isə onların şəxsi inkişaflarına mənfi təsir göstərir. Bu cür tələbələr universiteti bitirəndən sonra anlayırlar ki, işləmək lazımdır və bu zaman müəllimlərindən iş istəməyə başlayırlar. Texnologiyanın müsbət tərəfi odur ki, o dünyaya çıxışdır. Əgər düzgün istifadə olunarsa, şəxsin inkişafına müsbət təsirləri çoxdur.

photoslide_title




























Cavid İmamoğlu: “Ölkədə qız uşaqlarının ana bətnində abort edilməsi problemi var”.


- Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsi ilə bağlı fərman imzalayıb. Belə hesab edilir ki,  əhalinin siyahıya alınması bir sira sosial problemler ilə bağlı  vəziyyətin öyrənilməsinə imkan verəcək. Bu barədə nə deyə bilərsiniz?

- Demoqrafik inkişafı izləmək çox mühümdür. Azərbaycanda məlumat bazası zaman-zaman yenilənməlidir. Bu baxımdan əhalinin siyahıya alınmasını müsbət dəyərləndirirəm. Ölkədəki demoqrafik göstərici bilinməlidir ki, yeni proqramlar, xidmətlər həyata keçirilən zaman əhalinin yaş tərkibinə uyğun olsun. Hal-hazırda ölkədə qız uşaqlarının ana bətnində abort edilməsi problemi var. Bu problemdə Azərbaycan Çindən sonra ikinci yerdədir. Bu o deməkdir ki, 20 ildən sonra Azərbaycanda qız uşağına böyük ehtiyac yaranacaq. Bu gün dünyaya gələn oğlan 20 il sonra evlənmək istəsə, qız tapa bilməyəcək. Yəni, bir kişiyə bir qadın düşməyəcək. Hələlik bu balans mövcuddur, amma abortun qarşısı alınmasa gələcəkdə ciddi problemlərlə üzləşəcəyik. 

- Bildiyiniz kimi, iqtisadi vəziyyətdə yaranan sosial problemlər öz npvbəsində iqtisadi inkişafa ciddi təsir göstərir. İqtisadi sosial problemlər ele bir sistemdir ki, biri digərinden asılıdır. Qarşıdakı  5 ildə Azərbaycanın sosial vəziyyətini necə görürsünüz?

- Mən həmişə deyirəm, böhran bir şansdır. Bu şans vasitəsilə əhali oyanır. Sonuncu devalvasiyalar bizi özümüzə gətirdi. Biz başa düşdük ki, öz üzərimizdə daha çox çalışmalıyıq. Hesab edirəm ki, qarşıdakı 5 il ərzində Azərbaycanda sosial vəziyyət insanların birbaşa özlərindən asılı olacaq. Yəni, öz biznesini fikirləşən insanların rifahı olacaq. Ancaq “Sovet dövründə belə deyildi” kimi nostalji düşüncəylə yaşayan insanların vəziyyəti getdikcə pisləşəcək. Bu baxımdan biz böhrandan istifadə etməliyik. Böhran bizim özümüzü toparlamağımız üçün bir siqnaldır. Yoxsulluq insanı özünə gətirməlidir. 

Nərminə Umudlu
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar