Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada Makron dönəmi başladı - Parisin xarici siyasətində dəyişiklik gözlənilirmi?


Qabil Hüseynli: “Makronun Avropa Birliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atması Fransanın xarici siyasətinin müsbət məcraya getməsinə səbəb olacaq”


Azər Qasımlı: “Makron Ollandın xarici siyasətini davam etdirəcək”.

Dünən Fransanın yeni prezidenti Emmanuel Makron səlahiyyətlərinin icrasına başladı. Belə ki, Fransanın sabiq prezidenti Fransua Ollandın Emmanuel Makrona hakimiyyəti təhvil verməsi bazar günü Yelisey sarayında baş verib. Mərasimdən sonra Fransua Olland Yelisey sarayını tərk edib. Beləliklə dünəndən başlayaraq Fransada Emmanuel Makron dönəmi başlayıb. Nəzərə alsaq ki, Fransa beynəlxalq siyasətdə aparıcı rol oynayan ölkələrdən biridir, o zaman təbii olaraq Makronun yürüdəcəyi xarici siyasətə beynəlxalq vəziyyətə də öz təsirini göstərəcək.

Fransanın yeni prezidenti xarici siyasətdə hansısa yeni addımlar ata bilərmi, yoxsa ənənəvi olaraq Ollandın və Avropa Birliyinin xarici siyasətini davam etdirəcək? Bununla yanaşı, Makron Azərbaycan və Türkiyə ilə münasibətlərdə nələr gözlənilir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Qabil Hüseynli və Azər Qasımlının fikirlərini öyrənib.

Картинки по запросу Qabil hüseynli pia.az

Qabil Hüseynli: “Makronun vasitəsilə münasibətləri qaydaya salmaq daha asan olacaq”.


Makronun uğurlu namizəd olduğunu və onun prezidentliyi dövründə Fransanın xarici siyasətində müsbət addımların atılacağını vurğulayan politoloq Qabil Hüseynliyə görə, Makron beynəlxalq münasibətlərin yaxşılaşmasında müsbət rol oynaya bilər:

“Zənnimcə, namizədlərin içərisində ən praqmatik və pozitiv formanı təqdim edən Makron idi. Makronun Avropa Birliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atması Fransanın xarici siyasətinin müsbət məcraya getməsinə səbəb olacaq. Güman edirəm ki, Makron Ollandla müqayisədə Avropada dinin möhkəmləndirilməsi, ABŞ-la münasibətlərin təkminləşdirilməsi və dünya siyasətində bir xeyli pozitiv addımların atılmasına nail olacaq. Mənə görə gənc insan yenilikçi olmalıdır. 

Azərbaycan və Türkiyəyə gəlincə, Makronun vasitəsilə münasibətləri qaydaya salmaq daha asan olacaq. Yəni, Ollandla müqayisədə Makronun prezidentliyi dövründə münasibətləri yaxşılaşdırmaq mümkün ola bilər”.

Картинки по запросу azər qasımlı

Azər Qasımlı: “Makronun Azərbaycan və Türkiyəyə problem yaradacağını düşünmürəm”. 


Makronun prezidentlik dövründə Fransanın xaricisiyasətində ciddi dəyişikliklərin olacağını ehtimal etməyən politoloq Azər Qasımlının fikrincə, Makronun ollandın siyasətini davam etdirəcək:

“Hal-hazır üçün konkret fikir söyləmək çətindir. Dəqiq fikir söyləmək üçün öncəliklə Makronun atacağı addımlara baxmaq lazımdır. Çünki Makron prezident seçkilərinin birinci turunda bildirmişdi ki, Avropa Birliyinin möhkəmlənməsi onun xarici siyasətinin əsas prioriteti olacaq. O cümlədən, Rusiyaya qarşı sanksiyaların qalması və onun beynəlxalq hüquqa hörmət etməyə sövq edilməsi siyasətini yürüdəcəyini bəyan etmişdi. Lakin ikinci turda öz fikrini dəyişdi. Başqa mesajlar verməyə başladı ki, Avropa Birliyinin böyük problemləri var və bu problemlərin həll edilməsi üçün müəyyən dəyişikliklər etmək lazımdır. Əgər bu dəyişikliklər edilməsə, Avropa Birliyinin gələcəyi sual altında olacaq. Ancaq konkret olaraq, dəyişilməli olan amillər barədə heçnə demədi. 

Makronun dediklərini hardasa  bir seçki gedişi kimi də dəyərləndirmək olar. Yəni, Le Penə veriləcək səslərin bir qismini qazanmaq üçün bu addımı adıb. Ancaq hər bir halda belə bir fikir səsləndirib.Fikrimcə, Makron Ollandın xarici siyasətini davam etdirəcək. İnanmıram ki, Makron hansısa dəyişiklik etsin. 

Məsələn, Qarabağ münaqişəsini götürək. Qarabağ məsələsində Fransa həmsədr ölkələrdən biridir. Bu həmsədrliyini eyni şəkildə davam etdirəcək və müəyyən mənada neytral mövqedə  tutacaq. Çünki Le Pen və Fransua Fiyon Dağlıq Qarabağın ermənilərə aid olması ilə bağlı bəyanatlar vermişdilər, erməniləri dəstəkləyəcəklərini demişdilər. Lakin Makron bunu etməmişdi. Bu isə Fransanın Qarabağ məsələsində neytral qalacağı ehtimalını yaradır. Zənnimcə, Rusiya ilə münasibətlərdə sanksiyaları saxlayacaq. Yəni, ABŞAvropa Birliyi hansı addımı atacaqsa, Fransa da eyni mövqedə olacaq. Acığı, ciddi bir dəyişiklik gözləmirəm.

Makronun Azərbaycan və Türkiyəyə problem yaradacağını düşünmürəm. Fransa ilə Azərbaycan arasında elə bir münasibət yoxdur ki, gələcəkdə bizim üçün problem yaratsın. Azərbaycan Fransa üçün önəmli açar ölkə deyil. Olland dövründə olan münasibətlər eynilə davam etdiriləcək. Türkiyəyə gəlincə, münasibətlər Avropa Birliyinin maraqlarına uyğun davam edəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar