Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna azərbaycanlıları AzTv sədrinə: “Müxbiriniz başımıza oyun açır”


Ukraynada yaşayan bir qrup ziyalı Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ediblər


Müraciəti müəllifləri AZTv-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. 

Müraciətdə deyilir:

“Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Mövsüm Aslanovla bağlı məqamlardır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki,  Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli  Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb”.  

Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndirir. " Mən Bakıya pul verirəm", "pulsuz heç nəyi çəkə bilmərəm" deyə şanlı telekanala yaraşmayan mesajlar verir.  

“Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq.  Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTv kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq”. 

Müraciət imzalayanların dediyinə görə, bu gün paytaxt Kiyevdə  azərbaycanlı iş adamları var ki, AzTv üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri  buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.   

Daha sonra Ukrayna azərbaycanlıları Arif Alışanovu Kiyevə dəvət ediblər.

“Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsl həqiqətlərin nə olduğunu onlardan eşidin.  Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, AzTv-nin şərəfli missyiasına ləkə olduğunu özünüz görün. 

Hörmətlə, Ukraynada yaşayan bir qrup ziyalı”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar