Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə dollar bolluğunun səbəbi nədir? - Bankların spekulyasiyasımı?


Fikrət Yusifov: “Bank sistemində yaranmış indiki acınacaqlı durum ölkənin Mərkəzi Bankı tərəfindən zaman-zaman həyata keçirilən yanlış pul-kredit siyasətinin məhsuludur”


“Dünyanın maliyyə bazarlarında dollar bahalaşdığı bir dönəmdə bizdə bunun əksi baş verir”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov son zamanlarda bank sistemində yaranmış anormal vəziyyəti və  dünən keçirilən hərracda bankların dollardan imtina etməsinin səbəblərini PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi ötən gün Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə keçirdiyi valyuta hərracına çıxarılan 35 milyon dolların 9 milyonu satılmayıb.  Hərracda cəmi 26 milyon dollar satılıb. Bunun da ancaq 3,5 milyonunu 3 bank alıb. Qalan məbləğin isə Mərkəzi Bankın və ya iri banklardan birinin aldığı güman edilir. Məlumata görə, kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib. Banklarda valyuta hərracına olan maraq minimum həddə enib. İndi onlar daha çox depozit hərraclarına maraq göstərirlər. Çünki manatla kredit verməyə maraqlı deyillər. Ən yaxşı variant kimi Mərkəzi Banka depozit yerləşdirməklə qazanc əldə etməyə üstünlük verirlər.

Bankların kifayət qədər dolları varmı, yoxsa bankların dollardan imtina etməsinin başqa səbəbi var və əgər ölkədə doğurdan dollar bolluğu varsa, bu idxal və ixraca necə təsir göstərir? Xüsusən ərzaq qiymətlərinin hər gün daha da qalxması nəylə izah olunmalıdır?   
  
Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifova müraciət edib.



Fikrət Yusifov: “Bu gün bank sistemində islahat adı altında aparılan işlər vəziyyəti düzəltmək əvəzinə onu bir qədər də ağırlaşdırır”.


Sabiq maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, Bank sistemində yaranmış durum o qədər anlaşılmazdır ki, bu gün valyuta bazarında baş verənləri də başa büşmək çətindir. Dünyanın maliyyə bazarlarında dollar bahalaşdığı bir dönəmdə bizdə bunun əksi baş verir və ya əksinə. Bu vəziyyəti yaradan bankların özləridir:

“Bank sistemində yaranmış indiki acınacaqlı durum ölkənin Mərkəzi Bankı tərəfindən zaman-zaman həyata keçirilən yanlış pul-kredit siyasətinin məhsuludur. Öncə manatın yersiz möhkəmləndirilməsinə yönəli siyasət illərlə ixrac potensialının formalaşmasına ciddi zərbə vurmaqla maliyyə sistemində dollarlaşmanı son həddə qədər yüksəltdi. Bu vəziyyətdə Mərkəzi Bankın milli valyutanının iki dəfə ucuzlaşmasına səbəb olan iki kəskin devalvasiyaya getməsi isə onun tam səriştəsiz bir pul-kredit siyasəti apardığını bir daha ortaya qoydu. Keçən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur”, deyən dövlət başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qeyri-kafi qiymət verdi. 

Təəssüf ki, bu sferada mövcud olan problemləri həll etmək üçün yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətində vəziyyəti normallaşdıra biləcək ciddi heç bir addım gözə dəymir. Bank bağlamaq islahat deyil, bu heç bank sistemini sağlamlaşdırmaq da demək deyil. Bu gün iqtasadiyyat üzünü banklara tutub onlardan dəstək diləyir. Banklar isə elə bir duruma düşüblər ki, onların özünə dəstək verən gərəkdir. Bu vəziyyətdə xarici bankları bazara buraxıb onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur. Digər yol isə özümüzün koordinal addımlar atmaqla bank sistemində sağlamlaşmağa nail ola bilməyimizdir. Təəssüf ki, bu gün bank sistemində islahat adı altında aparılan işlər vəziyyəti düzəltmək əvəzinə onu bir qədər də ağırlaşdırır.

Fikrət Yusifov: “Ərzaq qiymətlərində baş verən prosseslər daha çox spekuliativ amilərlə bağlı yaradılmış durumdur”.


Bank sistemində yaranmış durum o qədər anlaşılmazdır ki, bu gün valyuta bazarında baş verənləri də başa büşmək çətindir. Dünyanın maliyyə bazarlarında dollar bahalaşdığı bir dönəmdə bizdə bunun əksi baş verir və ya əksinə. Bu vəziyyəti yaradan bankların özləridir. Bir müddət öncə valyutaya olan tələb təklifi bir neçə dəfə üstələyirdisə, indi bunun əksi baş verir - banklar hərraca çıxarılan valyutanı almaq istəmirlər. Bütün bunlar bank sistemində yaranmış anormal vəziyyətin təzahürüdür. Banklarda kifayət qədər valyuta olması az inandırıcıdır. Sadəcə, onların bu gün kifayət qədər valyuta almaq üçün manat resursları yoxdur. Bu səbəbdən də hərraca çıxarılan valyutanın banklar tərəfindən alınmaması valyuta bolluğunun olması anlamına gəlmir.  

Ərzaq qiymətlərində baş verən prosseslər isə daha çox spekuliativ amilərlə bağlı yaradılmış durumdur. Məsələn, bu gün yüz faiz yerli xammaldan istehsal olunan məhsulların da qiymətləri qaldırılırsa, bunun valyutanın məzənnəsinə nə aidiyyatı ola bilər? Deməli kimlərsə yaranmış vəziyyətdə daha çox qazanmaq məqsədlərini reallaşdırırlar. Bunun qarşısı alınmalıdır.”

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar