Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin-Ərdoğan ittifaqı sona çatır? - Rusiya və Türkiyə arasında yeni gərginlik


Şahin Cəfərli: “Türkiyənin xarici siyasəti bütün istiqamətlərdə dalana dirənib”


Rusiya ilə Türkiyəni ayıran səbəblərin onları birləşdirən səbəblərdən çox olduğunu və iki ölkənin yaxınlaşmasının Qarabağ məsələsinin həllinə nəinki müsbət təsir göstərməyəcəyini, tam əksinə, bunun Azərbaycanın maraqlarına heç də uyğun olmadığını bildirirmişdim”.

Bu sözləri politoloq Şahin Cəfərli son zamanlar yenidən pozuluşan Rusiya-Türkiyə münasibətlərinə aydınlıq gətirərkən bildirib.

Xəbər verdiyimiz kimi son zamanlar Rusiya və Türkiyə mətbuatı Putin və Ərdoğan arasında yenidən gərginlik yaşanması ilə bağlı məlumatlar yayırlar. Türkiyə mətbuatına görə gərginliyin əsas səbəbi Rusiyanın Suriya kürdlərinə verdiyi dəstəkdir. Rusiya mediası isə öz növbəsində Putinlə Ərdoğan arasında münasibətlərin partlama həddində olmasına diqqət çəkirlər. Qeyd edək ki, iki ölkə arasındakı ticari əlaqələrdə də son zamanlar axsamalar müşahidə olunmaqdadır. Belə ki, Türkiyə tərəfi Rusiyadan ixrac olunan buğdaya 130% gömrük rüsumu təyin etməsi, bundan başqa Krımdan gələn gəmilərin son zamanlar Türkiyə limanlarına buarılmaması iki ölkə arasındakı ticari əlaqələri ciddi şəkildə korlamaqdadır. Öz növbələrində Rusiya rəsmiləri Türkiyənin bu qərarlarını şərh edərkən iki ölkə arasında ticari əlaqələrin durdurulmasına da diqqət yönəldirlər. Rusiya rəsmiləri təyyarə krizindən sonra durdurulan, daha sonra bərpa olunan Türkiyədən ərzaq ixracını dayandıracaqlarını belə artıq dilə gətirirlər.

Bəzi müşahidəçilərin fikrincə Putin ikinci dəfə Türkiyə və Ərdoğanla münasibətlərin korlanmasını diqqətdən yayındırmağa çalışır. Çünki Türkiyə ikinci dəfə bütün körpüləri yandırmaq Putinin nüfuzuna həm Rusiya daxilində, həm də beynəlxalq aləmdə xələ gətirə bilər. Ona görə də Putin və Kreml Ərdoğanla əslində pozulan münasibətlərlə bağlı hələlik susqunluq nümayiş etdirməkdədir. Lakin mqüşahidəçilər onu da qeyd edirlər ki, Putinin Suriya siyasətinə qarşı, xüsusən də  Kremlin Suriyada kürdlərə geniş səlahiyyətlərə malik muxtariyyət vermək planı və bu planla bağlı Kremlin Suriya prezidenti Bəşər Əəsədə təzyiqlər etməsi ən yaxın zamanda Ərdoğanın əsəb partlayışına səbəb olacaq və Ərdoğan Rusiya və Putin haqqında neqativ fikirlər səsləndirəcək. Hesab etmək olar ki, məhz bundan sonra Kremlin təbliğat maşını antiTürkiyə təbliğatına start verəcək və bundan sonra həm Suriyada, həm də Suriyadan kənarda Türkiyə-Rusiya işbirliyinə son veriləcək. Qeyd edək ki, artıq Türkiyə tərəfinin Astana danışıqlarını da boykot etməsi açıq şəkildə görünməkdədir. Bundan əvvəl Rusiyaİranla birlikdə Suriya probleminin həlli üzrə Astana danışıqlarının qarant ölkələrindən biri kimi çıxış edən Türkiyə artıq Astana danışıqlarından kənara çəkilib. Bu üzdəndə Rusiyanın diplomatik uğuru kimi qələmə verilən Astana danışıqları öz əhəmiyyətini itirib.

PİA.AZ-ın əməkdaşı Putin və Ərdoğan arasında yenidən yaşanan gərginliyi və Suriyadan kənarda Türkiyə-Rusiya işbirliyinə son veriləcəyi ilə bağlı məsələləri politoloq Şahin Cəfərli ilə müzakirə edib. 


Şahin Cəfərli: “Putin təyyarə hadisəsi və səfirin öldürülməsinə görə Ərdoğanı hələ də əfv etməyib və kin saxlamaqda davam edir”.


PİA.AZ siyasi şərhçi, politoloq Şahin Cəfərlinin Rusiya-Türkiyə münasibətləri ilə bağlı gündəm mövzu ilə bağlı qısa müsahibəsini oxuğularının diqqətinə çatdırır:

- Şahin bəy, Rusiya-Türkiyə münasibətləri yenidən gərginləşir və artıq məcrasından çıxmaq üzrədir. Siz indiki şərtlər altında Türkiyə-Rusiya münasibətlərinin gələcəyini necə dəyərləndirirsiz və İran və Türkiyədən dəstək almayan Rusiyanın Suruyada uğur qazanmasına inanırsınızmı?

- Türkiyə ilə Rusiyanın regional maraqları üst-üstə düşmür, iki ölkə arasında dərin zidiyyətlər var. Mən bunu tərəflər arasında istiləşmə və yaxınlaşma müşahidə olunan dövrlərdə də dəfələrlə qeyd etmişəm. Yadınızdadırsa, Ərdoğan-Putin barışığından sonra ölkəmizdə bəzi şərhçilər, ictimai-siyasi xadimlər bu faktdan uzağa gedən nəticələr çıxararaq Rusiya ilə Türkiyənin Qərbə qarşı ittifaq quracağını, eyni zamanda, bu yaxınlaşmanın Qarabağ məsələsinin həllinə də müsbət təsir göstərəcəyini iddia edirdilər. Mən o zaman sosial şəbəkədə bu fikirlərə qarşı çıxaraq, Rusiya ilə Türkiyəni ayıran səbəblərin onları birləşdirən səbəblərdən çox olduğunu və iki ölkənin yaxınlaşmasının Qarabağ məsələsinin həllinə nəinki müsbət təsir göstərməyəcəyini, tam əksinə, bunun Azərbaycanın maraqlarına heç də uyğun olmadığını bildirirdim. Təsadüfi deyil ki, biz 1994-cü ildəki atəşkəsdən sonra, ötən 22 il ərzində Qarabağ məsələləsində kiçik də olsa uğura məhz Rusiya-Türkiyə münasibətlərinin pisləşdiyi dövrdə (2016-cı ilin aprelində) nail olduq.
 

Şahin Cəfərli: “Təsadüfi deyil ki, biz ötən 22 il ərzində Qarabağ məsələləsində kiçik də olsa uğura məhz Rusiya-Türkiyə münasibətlərinin pisləşdiyi dövrdə (2016-cı ilin aprelində) nail olduq.”.


- Ümumiyyətlə Putin və Ərdoğan arasında formalaşan və gah steateji tərəfdaşlığa qədər istiləşən, gah da iqtisasi sanksiyalarla müşaiyət olunaraq soyuyan münasibətlərin mahiyyəti və strategiyası haqda nə deyə bilərsiniz? Növbəti dəfə münasibətlərin pozulması iki dövlətin əməkdaşlığını tamamilə ortadan qaldıra bilərmi?

- İki ölkə arasındakı münasibətlərin son durumuna gəldikdə, qeyd etmək lazımdır ki, hazırda kifayət qədfər ciddi problemlər müşahidə olunur. Türkiyə prezidenti Ərdoğanın Rusiyaya son səfəri çox uğursuz keçib. Rusiya hələ də təyyarə hadisəsindən sonra Türkiyə aqrar sektorunun əsas ixrac məhsullarına (pomidor başda olmaqla, meyvə-tərəvəz) tətbiq etdiyi embarqonu ləğv etmir. Bu barədə Rusiya tərəfinə dəfələrlə etdiyi müraciətlərin boşa çıxmasından sonra, Türkiyə də öz növbəsində Rusiyadan buğda, digər taxıl məhsulları və bitki yağları idxalını dayandırdı. Bundan başqa, Türkiyə hökuməti bəzi özəl şirkətlərin Krımla bərə əlaqəsini də kəsdi. 

Münasibətlərdə problem yardan əsas məsələ isə Rusiyanın Suriyada Türkiyənin terror təşkilatı saydığı PYD-YPG qruplaşmasını öz himayəsinə alması faktıdır. Məlum olduğu kimi, Moskvada PYD-nin rəsmi nümayəndəliyi açılıb və Türkiyənin tələblərinə baxmayaraq, Rusiya hökuməti bu ofisi bağlamaq fikrində deyil. Türkiyə ordusu Əl-Bab qəsəbəsini İŞİD-dən təmizlədikdən sonra kürd qruplaşmasının əlindəki Münbiç şəhərinə irəliləmək niyyətində idi. Lakin Rusiya Əsəd rejimi ilə kürdlər arasında operativ şəkildə vasitəçilik edərək onları barışdırdı və Türkiyənin bu planını əngəllədi. Münbiç istiqamətində SuriyaRusiya əsgərləri yerləşdirildi. Hətta rus əsgərləri qollarına PYD emblemi taxaraq türk ordusuna “bura gəlməyin” mesajı yolladılar. Başqa bir mühüm fakt: Ankarada səfir Andrey Karlovun öldürülməsindən sonra Rusiya hələ də Türkiyəyə yeni səfir təyin etməyib. 

Bütün bu sadaladıqlarım onu göstərir ki, əvvəla, iki ölkə bölgədə uzlaşmaz maraqlara sahibdir; ikincisi isə, Putin təyyarə hadisəsi və səfirin öldürülməsinə görə Ərdoğanı hələ də əfv etməyib və kin saxlamaqda davam edir. Eyni zamanda, mən hesab edirəm ki, Putin Ərdoğanın Rusiya və Qərb arasında sürəkli olaraq manevr etməsindən, ikili oynamasından qətiyyən məmnun deyil və birmənalı mövqe gözləyir. Münasibətlərin gələcəyi ilə bağlı nikbin olmaq mümkün deyil. Türkiyə-Rusiya münasibətləri o halda həqiqi mənada istiləşər ki, tərəflərdən biri ciddi şəkildə geri addım atsın və öz maraqlarından tam olmasa da, müəyyən qədər vaz keçsin. Lakin bununla yanaşı, mən Ərdoğanın Rusiya ilə əlaqələrə son verəcəyini, Avropadan sonra Rusiyaya qarşı da cəbhə açacağını düşünmürəm. 

Şahin Cəfərli: “Ankarada səfir Andrey Karlovun öldürülməsindən sonra Rusiya hələ də Türkiyəyə yeni səfir təyin etməyib”.


- Məlumdur ki, AKP və Ərdoğan bu yaxlnlarda bütün Avropa ilə pozuluşdu və demək olar ki, Avropa Birliyi ilə körpüləri yandırdı. Bu şəraitdə Ərdoğanın Rusiya və Putinə qarşı ikinci cəbhə açmasını nə qədər mümkün hesab edirsiniz? Bu nə qədər ağıllaca bir siyasətdir və bu hazırda Türkiyənin Yaxın və Orta Şərqdəki mövqelərinə necə təsir göstərə bilər?

- Diqqət edirsinizsə, aralarında bu qədər problemə baxmayaraq, Türkiyə prezidenti Rusiyanın ünvanına hər hansı ciddi tənqid səsləndirmir. Çünki tərəflər arasında əməkdaşlığa son qoyularsa, Türkiyənin Suriyada onsuz da daralan manevr imkanları tükənmə nöqtəsinə gələ bilər. Bu halda Suriyadakı türk hərbi kontingenti Rusiyanın təhriki ilə Əsəd qüvvələrinin, PYD-nin və digər qrupların açıq hədəfi halına gələcək, eyni zamanda, Rusiya PKK-ya da əl altından yardımlarını davam etdirəcək. Bu isə Türkiyənin təhlükəsizliyi baxımından çox ciddi təhdidlərin meydana çıxması deməkdir. Rusiya Suriya səhnəsində əsas oyunçudur və Türkiyəyə elə də ehtiyacı yoxdur, amma Türkiyənin Rusiya ilə əməkdaşlığa ehtiyacı var. 

Şahin Cəfərli: “Mən Ərdoğanın Rusiya ilə əlaqələrə son verəcəyini, Avropadan sonra Rusiyaya qarşı da cəbhə açacağını düşünmürəm”.


- Avropa Birliyi və Rusiya ilə pozuluşan Türkiyə ABŞ-la ittifaqa gedə bilərmi və belə bir ittifaqı nə qədər real, eyni zamanda nə qədər uzun müddətli ehtimal etmək olar?

- Ümumiyyətlə, bu gün Ərdoğanın yanlış siyasəti nəticəsində Türkiyənin xarici siyasəti bütün istiqamətlərdə dalana dirənib. Türkiyənin NATO üzrə müttəfiqi ABŞ-la münasibətləri də yaxşı deyil. Donald Tramp prezident kreslosuna əyləşdikdən sonra çoxlu sayda xarici dövlət başçısı ilə görüşməsinə baxmayaraq, hələ də Ərdoğanı qəbul etməyib. ABŞ Suriyada PYD-YPG-ni himayə etməyə davam edir və Türkiyənin ciddi etirazlarına baxmayaraq, Rakka əməliyyatını kürdlərlə birlikdə keçirir. Düzdür, ABŞ Türkiyəni itirmək istəmir və Suriyada Türkiyənin maraqlarını müəyyən qədər nəzərə almaq fikrindədir. Dövlət katibi Reks Tillerson martın 30-da Türkiyəyə səfər edəcək. Lakin mən bu səfərin iki ölkə arasındakı problemləri tam aradan qaldıracağına inanmıram.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar