Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““İskəndər” silahlarından istifadə etməyə Sarksyanın curəti çatmaz” - Ekspert


Hərbi ekspert: “Sarksyan yaxşı bilir ki, Azərbaycan Silahlı Qüvvələri Naxçıvanda tam hazır vəziyyətdədir və ermənilərin “İskəndər” silahları yolun yarısına çatmamış, Ermənistan çox sarsıdıcı zərbə ala bilər”


Ermənistanın bu hədələri daha çox aprelin 2-də Ermənistanda keçiriləcək Parlament seçkilərinə hesablanıb”.

Bu sözləri PİA.AZ-a hərbi ekspert Üzeyir Cəfərov Ermənistan prezidenti Serj Sarkisyanın martın 25-də Dağlı Qarabağda Azərbaycanı “İskəndər” silahları ilə hədələməsin PİA.AZ-a şərh edərkən deyib. 

Bildiyimiz kimi Ermənistan prezidenti Serj Sarkisyan martın 25-də Dağlı Qarabağda oldu və o hərbi təlimləri izlədi. Sarksyan çıxışı zamanı qeyd edib ki, “Bizim xalqımız öz tarixi ərzində həmişə çətinliklərlə qarşılaşıb, təhlükəsizliyi təmin olunmayıb. Ancaq bu gün erməni ordusunun sayəsində xalqımızın təhlükəsizliyi etibarlı əllərdədir. Sizinlə birlikdə biz hər şeyi etməliyik ki, heç kəs bu təhlükəsizliyi pozmağa cəhd göstərməsin”. Həmçinin çıxışında Sarksyan Azərbaycanı “İskəndər”dən istifadə edəcəyi ilə hədələyib.

Bəs rəsmi Bakı Sarksyanın bu hədəsinə cavab olaraq hansı addımları atmalıdır? Ümumiyyətlə bu həftə Ermənistanda gərgin bir həftə olacağı proqnozlaşdırılır. Yaranacaq bu fürsət Azərbaycan üçün işğal altındakı ərazilər məsələsində hərbi və diplomatik xarakterli yeni fürsətlər aça bilər?       

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərovun mövqeyini öyrənib.



Üzeyir Cəfərov: “Ermənistan “İskəndər” silahlarından istifadəni hədə kimi göstərmək məcburiyyətində qalıb”.


Ekspert qeyd edib ki, Sarksyan geyindiyi formaya hörmət etməyən və öz əsgərinin qeydinə qalmayan bir rəhbərdir. Bu cür rəhbər də “İskəndər” silahlarından istifadə edəcəm kimi sərsəm fikirlər deyir və bundan sonra da deyəcək:

Ermənistanın hərbi-siyasi rəhbərliyi iki gündən bir ağlı çaşmış vəziyyətdə bəzi fikirlər səsləndirir. Buna görə də mən hesab edirəm ki, biz ermənilərin bu cür hədələrinə o qədər də  diqqət verməməliyik və öz işimizlə məşğul olmalıyıq. Yəni biz əsas olaraq ordumuzun döyüş hazırlığın artırmalıyıq. Mən onu da başa düşürəm ki, düşmənin ağzından vurmaq və onu yerində oturtmaq lazımdır. Amma bildiyimiz kimi son zamanlar Ermənistan prezidenti özü başda olmaqla, Ermənistandakı bir neçə siyasi qurumları da Azərbaycanın ünvanına çox hədələr səsləndiriblər. İndi də Sarksyan deyib ki, biz göz qırpmadan düşmənin, yəni Azərbaycanın ən dərinliklərin nöqtələrinə qədər hər şeyi izləyirik və lazım gələrsə, “İskəndər” silahlarından da istifadə edəcəyik. 

Biz Sarksyanın Qarabağda öz əsgərləri ilə görüşünə baxanda görürük ki, o misgin durumda olan bir erməni rəhbəridir. Sarksyan geyindiyi formaya hörmət etməyən və öz əsgərinin qeydinə qalmayan bir rəhbərdir. Bu cür rəhbər də “İskəndər” silahlarından istifadə edəcəm kimi sərsəm fikirlər deyir və bundan sonra da deyəcək. Amma mən düşünmürəm ki, Ermənistan prezidenti o qədər ağılsızdır ki, “İskəndər” silahlarından istifadə etsin. Çünki Sarksyan bilir ki, Azərbaycan Silahlı Qüvvələri onların bütün addımların izləyir və ordumuz heç vaxt imkan verməz ki, Ermənsitanın hədələri reallaşsın. Mən yenə deyirəm ki, “İskəndər” silahlarından istifadə etməyə Sarksyanın curəti çatmaz. Çünki o yaxşı bilir ki, Azərbaycan Silahlı Qüvvələri Naxçıvanda tam hazır vəziyyətdədir və ermənilərin “İskəndər” silahları yolun yarısına çatmamış, Ermənistan çox sarsıdıcı zərbə ala bilər. 

Üzeyir Cəfərov: “Azərbaycan beynəlxalq qurumların, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konkret fəaliyyətini gözləyir”.


Ermənistan qeyd edir ki, guya onlar bizim istiqamətlər üzrə ən vacib instrukturara qədər mövqelərimizə zərbə endirə bilərlər. Bu hədələrin hamısı da mifdir. Amma hər hədəni də mif saymaq olmaz. Biz bilirik ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ən yüksək səviyyədə üzərinə düşən tapşırıqları böyük ustalıqla yerinə yetirir. Əgər Ermənistan bilsəydi ki, Azərbaycan zəifdir bu zaman daha ciddi təxribatlara əl atardı. Onu da qeyd edim ki, Ermənistanın bu hədələri daha çox aprelin 2-də Ermənistanda keçiriləcək Parlament seçkilərinə hesablanıb. Çünki bir vaxtlar Sarksaynın yaxın ətrafı olan keçmiş müdafiə naziri və iki xarici işlər naziri ona qarşı çıxdılar. Bütün bunlara görə də Ermənistan “İskəndər” silahlarından istifadəni hədə kimi göstərmək məcburiyyətində qalıb. 

Azərbaycan Ermənistan siyasətinə uyğun siyasətini qurmur. Azərbaycan müstəqil dövlətdir və Azərbaycan lazım olan addımları atır, bundan sonra da atacaq. Demək olmaz ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və biz də bundan istifadə edəcəyik. Çünki Azərbaycan beynəlxalq qurumların, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konkret fəaliyyətini gözləyir. Azərbaycan prezidenti də Novruz Bayramı öncəsi çıxışında qeyd etdi ki, Ermənistan daha status-kvonun dəyişməməsi üçün çalışır, amma Azərbaycan buna imkan verməyəcək. Dağlıq Qarabağın Azərbaycana birləşdirilməsi prosesi gücləndirilməlidir və tez bir zamanda Azəbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar