Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun balıq tutduğu gizli məkan - Fotolar


“MTN işi” çərçivəsində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ümumilkdə dəyəri 43 milyon olan mülklərindən başqa, digər obyektləri də yox deyilmiş


Salyan şossesinin 29-cu kilometrliyində (Bakı Dərin Özülləri Zavodunun arxası), Xəzər dənizinin sahilində yerləşən 30 sot ərazi də V.Zeynalova məxsusdur. Gözdən uzaq yerdə olub, kənardan diqqət çəkməyən bu ərazidə Zeynalov boş vaxtlarında balıq tutub, ov edirmiş. 30 sot ərazidə ikimərtəbəli tikili də var ki, burada da Vidadi Zeynalovun vaxtı ilə qonaqlarını qəbul etdiyi bildirilir.

Qeyd etdiyimiz ərazidə olduğumuz zaman müşahidə etdik ki, dörd tərəfi dəmir torlar vasitəsi ilə əhatələnən ərazi hazırda baxımsız vəziyyətdədir. Orada yalnız bir nəfər qalır ki, o da əraziyə nəzarət edən mühafizəçidir. Yaxınlıqda olan balıqçılar bildirdilər ki, əvvəllər tikilinin önündə dəmir çardaq da olub. Lakin təsadüfdən, ya da zərurətdən, Vidadi Zeynalov həbs olunan ərəfədə həmin çardağı da külək uçurub. Hələ də çardaq uçmuş vəziyyətdə ərazidədir.

Qeyd edək ki, V.Zeynalov 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks-aparat rəhbəri ilə sabiq naziri onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də “MTN çetesi”nin adamı kimi tanınıb.

Xatırladaq ki, Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla, həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi halda, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsinin və israf edilməsinin təşkilində təqsirləndirilir.

Vidadi Zeynalova hələlik hökm oxunmayıb. Məhkəmə prosesi yekunlaşmayıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar