Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ müharibəsindən ən çox pul qazananlar


Dağlıq Qarabağ münaqişəsi son 25 ildə xərclərin silindiyi ən əlverişli, ən unversal vasitəyə çevrilib


PİA.AZ istipress-ə istinadən xəbər verir ki, bu fikir erməni şərhçi Aram Amatuninin "1in.am" saytında dərc edilmiş məqaləsində vurğulanır.

Ermənistanın keçmiş prezidinti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin Ermənistanın inkişafına mane olması barədə dediklərini şərh edən Amatuni bu məsələdə ölkəsinin gələcəyinin də ümidverən olmadığını vurğulayıb. Onun fikrincə, əgər ictmai fikirdə və siyasətdə nəsillərin real dəyişməsi olmayacaqsa, vəziyyət belə qalacaq.  Bunun üçün yaşla, adla, xarici görkəm və geyimlə yanaşı, həm də düşüncə, psixologiya və dünyagörüşü dəyişməlidir.

Ümumiyyətlə, məqalə Ermənistanda korrupsiyaya qarşı mübarizənin yetərsizliyindən bəhs etsə də, amma müəllifin bir-iki cümlə ilə əks etdiyi bu detal Qarabağ probleminin bütün məğzini açır. İndi Ermənistanı idarə edən Qarabağ klanının əsas təmsiçiləri münaqişənin gedişi zamanı azərbaycanlıların yaşadıqları kəndlərdə törətdiklər talandan böyük var-dövlət əldə etdilər. Evlərdən əldə etdikləri palazdan tutmuş damların örtüklərinə, ağac materialına, avtomobillərə  qədər İran, İrəvan və Tiflis bazarlarında satdılar.

Daha sonra ələ keçirdikləri əraziləri məskunlaşdırmaq adı altında erməni dasporundan 100 milyonlarda dollar vəsait cəlb elədilər. Amma keçən 25 il göstərdi ki, işğal edilmiş ərazilərdə ermənilər artmaq əvəzinə 3 dəfə azalaraq sayları 60 minə düşdü.

İndi isə Qarabağ klanı işğal edilmiş ərazilərdə  əkin-biçinlə məşğuldur. Ordan yığılan məhsullar İrəvandakı emal müəssisələrinə yönəldilir və oradan da Rusiya bazarlarına göndərilir. Buna görə də klan Qarabağ münaqişəsini həll etmək istəmir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar