Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Qənizadə: “Elmira Süleymanova evdə nəvələri ilə olsa yaxşı olar” – Müsahibə


“Bizim əhali işləmək istəmir. Buna görə də günahı özümüzdə axtarmalıyıq”.


Deputat: “Mən aztəminatlı ailələrə dövlət tərəfindən yardım olunmasının heç tərəfdarı deyiləm”.

PİA.AZ tanınmış jurnalist Eldəniz Elgünün yeni layihəsini, “Elgünün süzgəci” layihəsini təqdim edir.

Layihənin növbəti qonağı Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadədir. 

Deputat Çingiz Qənizadə ilə müsahibənin ikinci hissəsini oxuclarımıza təqdim edirik.

Müsahibənin birinci hissəsini BURDAN oxuya bilərsiniz.

- Çingiz bəy, ombudsmanın fəaliyyətin necə dəyərləndirisiniz? Sizə elə gəlmirmi ki, ombudsman aparatının və şəxsən Elmira Süleymanovanın fəaliyyəti kifayət qədər zəifdir və bu səbəbə görə də bəzi anormallıqlar ortaya çıxır?

- Elmira xanım artıq yaşlı nəslin nümayəndəsidir. Bu haqda mən çox geniş danışmaq istəmirəm. Çünki bir neçə dəfə danışmışam və bu səbəbə görə Elmira xanım məndən inciyib. Mənim ona böyük hörmətim var. Çox ziyalı, savadlı qadındır, amma hesab edirəm ki, hazırda isə yaş həddi elədir ki, nəvələri ilə evdə olsa daha yaxşı olar. Çünki Ombudsman kimi vəzifəni artıq bu yaşda, bu səhhətlə idarə olunması qeyri-mümkündür. Ümumiyyətlə Elmira xanımın fəaliyyəti də o qədər qənaətbəxş olmayıb. Yəni mən onun fəaliyyətin müsbət qiymətləndirmirəm. 



Çingiz Qənizadə: “Sosial şəbəkələr xəstəlikdir”.


- Sizin ombudsman olmaq kimi arzunuz varmı?

- Qətiyyən! Həm də ombudsman olmaq arzu ilə reallaşmır. Bunu ölkə prezidenti müəyyən edir və indiki Ombudsmanın fəaliyyəti də martın 5-dən bitib. Yeni namizəd kim olacaqsa, təbii ki, hörmətlə yanaşacağıq, amma sonrakı fəaliyyətində nə olacaqsa, ona da öz münasibətimizi bildirəcəyik. Onu da qeyd edim ki, ürəkdə, istəkdə adam çox istəyə bilər. Məsələn minlərlə adam tanıyıram ki, millət vəkili olmaq üçün proseslərə qoşulub, yüzlərlə adamı ətrafına toplayıb, amma ola bilməyib. Ombudsman institutu da təyinatlı orqandır. Buna görə Ombutsmanın təyin edilməsi cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir.

- Bildiyimiz kimi növbəti əfv gözlənilir. Bu əfvə siyası məhbuslardan kimsə daxil olacaq?

- Mən həmişə demişəm ki, əfv fərmanının verilməsi mənim üçün ona görə önəmli deyil ki, orada 3-5 siyasi məhbus olacaq. Mənim üçün əsas odur ki, əfvdən sonra yüzlərlə insan ailəsinə qovuşur. Yüz adamın azadlığa buraxılması o adamların ailə üzvləri ilə birlikdə ən azı minlərlə insanın sevinməsi deməkdir. Qeyd edim ki, bizdə olan məlumata görə bu dəfəki əfv fərmanı daha geniş olacaq. Yəni yüzlərlə insanın əfv olunması gözlənilir. Biz problemli məhbuslarla bağlı işçi qrupu yaratmışıq. Məhz bu problemli məhbuslarla bağlı müəyyən insanların əfvin təsir altına düşməsi ehtimalı böyükdür və inanıram ki, olacaq. 

- Son zamanlar nədənsə 5-ci kolonda aktivlik müşahidə olundu. Digər tərəfdən isə gah millət təhqir olundu, gah millətin soykökü dəyişdirildi vəs. Sizcə birdən-birə bunların belə aktivləşməsinin kökündə nə durur?

- Siz parlamentdəki insanları nəzərdə tutdunuz?

- Bəli, həm parlamentdəki insanları, həm də elə ümumi, yəni başqaların da nəzərdə tutdum.

- Siz iki məsələni nəzərdə tutdunuz. Bilirsiniz ki, Aslan Şahverdiyevin o ifadələri heç kəs tərəfindən dəstəklənmədi. Aslan müəllim gözəl ziyalıdır, alimdir, xaricdə ingilis dilində mühazirələr oxuyur. Amma mən deyərdim ki, kaş ki, Aslan müəllim o vaxt telefonu qaldırmayaydı. Bundan artıq heç nə deməyəcəm. Bir onu deyim ki, milləti o cür təhqir etmək olmaz. Mən Aslan müəllimin açıqlamasından bir gün sonra mətbuata açıqlama verdim və dünyada yaşayan bütün azərbaycanlılardan üzr istədim. Düzdür bu müsahibədən sonra Aslan müəllim gəldi mənim əlimi sıxdı ki, sən məndən daha cəsarətli oldun və daha tez üzr istədin. Biz millət vəkilləriyik, seçilmişlərik. Buna görə də biz gərək hər bir məsələni ölcək-bicək. Biz millət vəkillərinin səhv etmək haqqımız yoxdur. 

Onu da qeyd edim ki, mən də o tədbirdə iştirak edirdim və Arif müəllim elə demək istəmirdi. Arif müəllim Rusiyanın nümayəndə heyətinin üstünə çox kəskin getdi və 366-cı alayın “Xocalı Faciəsi”ndə rolundan, Dilqəm və Şahbazın məsələsinə bü günə qədər laqeyd yanaşılması və digər məsələləri deyəndən sonra o, sanki bir oxşatma etmək istədi ki, siz türkə olan münasibətinizi bizə yönləndirməyin. Biz azərbaycanlıyıq, amma türk kökənliyik. Bax burada bir yanlışlıq oldu. Əslində biz azəri türkləriyik. Bizi xaricdə soruşandakı siz hardasınız? – Biz demirik türkük, biz deyirik azərbaycanlıyıq. Amma təbii ki, soruşsalar soykökün haradır? – Bu zaman düşünmədən deyəcəyik soyköküm türkdür. Bu məsələ bir az qəlizləşdi və cəmiyyətdə də var ki, bu tip məsələlərə dərhal reaksiya verir. 

Mənim də “facebook”da səhvəm var idi, amma sonra bağladım.Çünki baxdım ki, müəyyən işsiz adamlar, günün çayxanada keçirdən adamlar oturub öz istədikləri kimi şərhlər verirlər, münasibət bildirirlər. Məsələn biri başladı həyat yoldaşı, biri torpaq, biri iş istəməyə başladılar. Mən gördüm ki, boş vaxtlarımı “facebook”agirib onlarla məşğul oluram və öz işlərimlə məşğul ola bilmirəm. Buna görə “facebook” səhvəmi bağladım. Həm də bu sosial şəbəkələr xəstəlikdir. 

5-ci kolonun üzvlərinin aktivləşməsi barədə də onu deyə bilərm ki, təbii ki, xaricdən maliyyələşən təşkilatlara komanda veriləndə aktivləşirlər. Amma mən bilirəm ki, ölkənin hüquq-mühafizə orqanları artıq o qədər professional və güclüdülər ki, həm də ölkənin maddi-texniki imkanları buna yol verir ki, istənilən hansısa bir qanuna zidd hərəkətin qarşısı həmin an alınır. 



Çingiz Qənizadə: “Xaricdən maliyyələşən təşkilatlara komanda veriləndə aktivləşirlər”.


- Çingiz bəy, mən Dilqəm, Şahbaz məsələsinə də toxunmaq istəyirəm. Nəyə görə Ermənistan bu məsələdə bu şəkildə çox təkid edir. Yəni əvvələr bu cür hallar çox olub və əsirlər dəyişdirilib. İndi bizdə əsir yoxdur ki, Dilqəm və Şahbaz əvəzi dəyişdirlməyə, yoxsa Ermənistan razı deyil?

- Belə çağrışlar oldu ki, biz də onlardan girov götürək sonra da Dilqəm və Şahbaz əvəzi dəyişək. Amma bildiyimiz kimi biz həmişə Ermənistanın bu cür problemləri ilə üzləşmişik. Məsələn rəhmətlik milli qərəmanımın Çingiz Qurbanovun nəşinin 40 gündən sonra Ermənistandan alınması, Çingizdən əvvəl də Mübariz İbrahimovun nəşinin alınması və s. Qeyd edim ki, bu cür məsələlər şəxsən cənab Prezidentin nəzarətindədir. Prezident bütün imkanlardan istifadə edib məqsədə nail olmaq istəyir. Məsələn Macarısatandan Ramil Səfərovun gətirilməsi də cənab Prezidentin nəzarətində idi. Həmçinin Ramil Səfərova görə biz də müəyyən kompaniyalar yaratmışdıq. Qeyri-Hökumət Təşkilatları olaraq (QHT) toplaşırdıq və bəyanat verirdik. Bu da Ramil Səfərovun işin ağırlaşdırdı. Çünki onu biz milli qəhrəman edib, maşının şüşələrinə şəklin vuranda, təbii ki, əks tərəf də qıcıqlanırdı. Amma altdan-altdan da dövlət öz işin görürdü. 

Mən inanıram ki, cənab Prezident Dilqəm və Şahbaz məsələsin də həll edəcək. Bildiyimiz kimi, Prezident Rusiya prezidenti Vladimir Putinlə və Rusiaynın başqa səlahiyyətli şəxsləri ilə görüşündə Dilqəm, Şahbaz məsələsin danışıb. Yəqin ki, bu məsələnin də həlli olacaq. Amma çox təəssüf ki, Ermənistan tərəfi həmişə bynəlxalq hüquq normallarına zidd addımlar atırlar. Hələk olanlarının nəşinin verilməməsi, mülki şəxslər olan Dilqəm və Şahbazın qaytarılmaması məsələsində də yenə də öz cılız siyasətlərin davam etdirilər. Amma inanıram ki, sonu yaxşı olacaq. 

- Serj Sərksyan bəyan edib ki, Ermənsitanda keçirilən seçkiyə qədər çox güman ki, dövlətlərdən biri Dağlıq Qarabağın müsatəqilliyin tanıyacaq. Bu prosesin olması nə qədər mümkündür?

- Mən də o bəyanatı oxudum. Ermənsitan qələt edir. Əvvəla heç bir dövlət Dağlıq Qarabağı müstəqil kimi tanıya bilməz. Çünki bu büynəlxalq hüquq normallarına ziddir və ola bilər ki, Ermənistanın özləri hansısa addımlar atsınlar. Gördüyümüz kimi Dağlıq Qarabağda keçirilən “seçki”ni dünyanın heç bir dövləti tanımadı. Sadəcə Ermənistanın bu cür sərsəm bəyanatları ictimai rəyə köklənir ki, aprelin 2-də keçirilən seçkilərdə onlar daha çox səs əldə edə bilsinlər. Amma Ermənistandakı vəziyyət hamıya məlumdur. Əslində mən də, bizim rəsmilər də həmişə demişik ki, biz erməni xalqı ilə düşmən deyilik. Ermənistanın indiki hakimiyyəti, türkçülüyə qarşı olan Daşnaqsütün Partiyasının liderləri bizə mövqədədirlər və təbii ki, biz də düşmən gözü ilə baxırıq. Amma bu gün ermənsitan xalqı da yazıq vəziyyətdədir. 

Bizim telekanalar Ermənsitan şəhələrindəki, kəndlərindəki acınacaqlı vəziyyəti göstərir. Bundan əlavə bildiyimiz kimi Erməsnitanda əhali ölkədən qaçır və hazıra ölkədə heç 2 milyon əhali qalmayıb. Qeyd edim ki, Ermənistanın əhalisi 4 milyona yaxın idi. Yəni 2 milyon insan ölkədən çıxıb. Bütün bunlar onu göstərir ki, Ermənsitan yazıq vəziyyətdədir. Erməni xalqının bu yazıq vəziyyətdə olmasının da səbəbkarı Sərksyanın cinayətkar rejimidir. Əgər onlar normal siyasət aparsaydılar və Dağlıq Qarabağ probleminin sülh yolunun tərəfdarı olsaydılar, bu gün Ermənsitan da beynəlxalq layihələrdən bəhrələnə bilərdi. Bu beynəlxalq layihələrdən də valyuta əldə edib öz ölkəsini, insanlarını yaxşı güzəranla təmin edə bilərdilər. Amma Erməsnitan hətta əllərində olan Atom Elektrik Stansiyasından da təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Yəni Ermənistan həmişə bu cür təxribatçı, insanlığa, beynəlxalq hüquq normallarına yad əməllərini davam etdiriblər və bundan sonra da etdirəcəklər. 



Çingiz Qənizadə: “Biz pulun çox gələn vaxtı əhalinin çoxunu ələ baxmağa öyrətdik”.


-  Çingiz bəy, hakimiyyətin sosial siyasəti barədə nə deyə bilərsiniz və bu siyasət sizi qane edirmi?

- Onu qeyd edim ki, biz pulun çox gələn vaxtı əhalinin çoxunu ələ baxmağa öyrətdik. Məsələn, mən aztəminatlı ailələrə dövlət tərəfindən yardım olunmasının heç tərəfdarı deyiləm. Çünki bilirəm ki, bunun arxasında böyük korrupsiya şəbəkəsi var. Yəni ayrılan sosial yardımdan milyonlar mənimsənildi və müəyyən yerlərdə insanları məcbur etdilər ki, 6 ayın pulun mənə verəcəksən və s. Bütn bunlara görə mən istəmirdim ki, dövlətdən aztəminatlı ailələrə yardım ayrılsın. İndi də bu məsələ ilə bağlı problemlər başlayıb. Mən düşünürəm ki, bizim Milli Məclisdə qəbul etdiyimiz “Pensiya təminatı haqqında qanun”da daha normal hazırlana bilərdi. Amma çoxluq hazırlanan qanunu qəbul etdi.

Bizim insanlar da demək olar ki, bir az işdən uzaqlaşıblar. Bildiyimiz kimi mən kənd yerindən seçilən millət vəkiliyəm. Kəndə gedəndə baxıram ki, pay torpaqları əkilib-becərilmir. Hamı o pay torpaqların alıb qoyub qırağa. Ya da çox adam satıb gedib juqili alıb. Buna görə də torpaqlar qalıb boşuna. Heç kəs o torpaqları əkmək üçün maraqlı deyil. Məsələn mən bir ailə tanıyıram o ailənin 5.4 hektar pay torpağı var. Bu pay torpağının bir hissəsində tərəvəz, bir hissəsində kartof və başqa məhsullar əkib, əldə olunan məhsulu da bazarda satıb, gəlir əldə edə bilər. Amma torpaqlar qalıb başdı-başına, kənd camaatı da ağızda siqaret, əl cibdə gəzirlər. Hətta kənd əhalisin böyük hissəsi gedib çayxanada günün keçirdir. Təbii ki, kənd əhalisinin işləyənləri də var. Mən bu misalları hamısan aid etmədim. 
Amma Sovet dövründə bir qarış da olsun torpaq istifadəsiz qalmırdı. O vaxtlar kolxozlar var idi və kolxoz üzvlərinin hamısı da tarlaya gedirdi. İndi kolxoz yoxdur, amma fərdi qaydada hərə öz torpağınan normal istifadə edib, öz sosail problemlərin həll etməlidir. Çox təəsüf ki, bizim əhalinin müəyyən hissəsi işləmək istəmir. Buna görə də günahı özümüzdə axtarmalıyıq. 

- Səlim Müslümovun təklif etdiyi pensiya islahatı barədə nə fkirləşirsiniz? Bu islahatları ədalətli və doğru hesab edirsiniz, yoxsa pensiya islahatını tənqid edənləri haqlı heaab edirsiniz?

- Mən həm qadın, həm də kişilərin pensiyada yaş həddinin 65 yaşa qaldırlmasını ədalətli hesab etmirəm. Yəni baxmayaraq ki, Azərbaycanda insan ömrü uzanıb, amma hesablayanda bilirik ki, əhali 12-13 il pensiya alacaq. Buna görə də biz inkişaf etmiş ölkələrin təcrübəsinə istina etməliydik və Rusiya, Türkiyə dövlətlərinin təcrübəsinə baxmalıydıq ki, bu ölkələrdə əməkliyə neçə yaşında çıxırlar. Buna uyğun olaraq da biz ortaq vəziyyəti tuta bilərdik. Amma mən pensiyada yaş həddinin 65-ə çatması məsələsinə razı deyiləm. Buna görə plenar iclasda da çıxış etmədim. Hesab edirəm ki, bu qanun ədalət prinsipləri ilə uzlaşmır.

Eldəniz ELGÜN
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar