Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki


Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən təhsil sistemi haqqında hər gün yeni məlumatlar yayılır


Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan ölkə təhsilində baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur. 

Ölkənin tale yüklü strukturuna, dövlətin, xalqın gələcəyini təmin edən bir sahəyə biznes maraqlarından yanaşmaq, qazanc mənbəyinə çevirmək ən azından dövlətə və xalqa xəyanətə bərabərdir.

Təhsil sistemində illərdir kök salan korrupsiya və rüşvətxorluq hələ də inkişafın qarşısında sədd çəkən başlıca maneədir. Məktəbləri qazanc mənbəyinə çevirənlər, elm ocaqlarını özəl müəssisəsi hesab edənlər rəhbər mövqelərini qoruduqca vəziyyət elə belə də davam edəcəkdir.

Redaksiyamıza Nəsimi rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin direktoru Nihal Hacıyevanın fəaliyyətini əks etdirən ilginc faktlar daxil olub. Məktəbi bazar qanunları ilə idarə edən direktorun fəaliyyətindən narazı olan müəllimlər artıq onun “pullu idarəetməsi” ilə barışmaq istəmirlər. Bildirilir ki, Nihal Hacıyeva direktor işlədiyi müddətdə məktəbdə rüşvət özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. Bütün müəllimlər aylıq haqq verməyə məcbur edilirlər. Yuxarı siniflərin- IX, X, XI sinif rəhbərləri hər ay 20 manat “direktor vergisi” ödəyirlər. Aşağı siniflərin rəhbərləri isə 10 manat verməklə “aylıq” borclarından çıxırlar. Həmçinin müxtəlif adlar altında pul toplanılması 247 saylı məktəbdə sıradan hal hesab edilir. Nihal Hacıyevanın məktəbdə “qara kassası” rolunu isə psixoloq Gülbəniz Hüseynova həyata keçirir. Şagirdlərin psixoloji durumundan bixəbər olan G. Hüseynova müəllimlərin psixikası ilə “oynamaqdan” sanki zövq alır. Nihal Hacıyevanın özü ilə gətirdiyi psixoloq xanım hər ay əlində siyahı müəllimlərin başının üstünü kəsdirib “aylığı” verməyə məcbur edir.

Nihal Hacıyevanın məktəbdə saxladığı “ölü ştatlar”ın sayını isə yəqin ki, özündən başqa dəqiq bilən yoxdur. Adlarına maaş yazılan belə “işçilərin” hesabına hər ay büdcədən külli miqdarda pul mənimsənilir.

Təhsil Nazirliyinin rəsmi saytında Bakı məktəbləri bölməsində 247 saylı məktəb haqqında olan məlumatlarda isə diqqət çəkən bir məqamı xüsusilə vurğulamaq lazımdır. Nihal Hacıyeva istənilən yüksək çinli məmurun həsəd aparacağı kreslosunda çəkdirdiyi fotosuyla sanki hər kəsə meydan oxuyur. Məktəb direktorundan daha çox orta əsr şahlarına oxşayan N. Hacıyevanın belə yenilməzliyinin, toxunulmazlığının səbələri ilə bağlı da maraqlı faktlar əldə etmişik. Bildirilir ki, onun əsas himayədarı Bakı şəhər Təhsil İdarəsində çalışan anası Yaqut xanımdır. Təhsil İdarəsində kadr məsələləri ilə məşğul olan Yaqut xanım özünün “sevimli kadrı” olan qızını bütün təhlükələrdən qorumağı bacarır. Himayədarlıq etdiyi qızının necə kadr olduğunu görəndən sonra onun kadr sahəsində fəaliyyəti haqqında adam düşünmək belə istəmir. Kadr məsələlərini ticarət sahəsinə çevirən Yaqut xanım;n özü bu sahədə “əvəzedilməz kadr”dır.

Rubrika.az-a verilən məlumatlarda Yaqut xanımın belə ticari qabiliyyətinin heç də təsadüfi olmadığı bildirilir. Əvvəllər xrustal qab-qacaq alveri ilə məşğul olan bu xanım sonralar cansız xrustallardan insan resurslarına keçməyi üstün tutub. Son iş yeri olan 26 saylı məktəbdən birdən-birə Bakı şəhər Təhsil İdarəsinə keçərək burada öz “ənənəvi” fəaliyyətini davam etdirir.

247 saylı məktəbin kollektivi direktorun “bazar qanunları” ilə barışmaq istəmədiklərini və ölkə başçısından, bu sahəyə bilavasitə cavabdeh olan Təhsil nazirindən kömək istəyirlər. Məktəbdə normal pedoqoji mühiti boğan, müəllimlərə və şagirdlərə qazanc mənbəyi kimi baxan N. Hacıyevanın əməllərinə göz yumduqca vəziyyət hər gün daha da pisləşir. Onun qanunsuz əməllərinə himayədarlıq edən anası isə qızının pedaqoq adına xələl gətirən əməllərinə sanki qanuni don geydirir. Tezliklə bu rüşvət, korrupsiya “ikilisi”nin əməllərinə son qoyulmazsa kütləvi narazılığın baş verməsi qaçılmaz olacaq. Nihal Hacıyevanın fəaliyyəti isə birbaşa ölkə başçısının yürütdüyü siyasətə vurulan zərbədir. Onu himayə edənlər bunu bilməmiş olmazlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar