Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarovun tabeliyində olan işçilərin korrupsiya burulğanı


Ölkənin təhsil sahəsində baş verənlər ölkədə böyük narahatlıqla izlənilməkdədir


Bu sahədə baş verən biabırçılıqlarla bağlı hər gün yeni xəbərlər yayılır. Bütün bunlara baxmayaraq Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirlik bunlara laqeyd qalmaqda davam edir. 

Ağdam rayonundan AzToday.az-ın redaksiyasına daxil məlumat da təhsil sahəsindəki özbaşınalıqların hansı miqyasda olduğunu göstərir. Məlumatlı mənbənin sözlərinə görə, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanovun birgə qurduqları "direktor oyunu" ancaq şəxsi məqsədlərə xidmət edir. 


Mətanət Misirxanova

Belə ki, məktəb direktorlar hansısa çatışmamazlıq və ya qanunsuzluq səbəbindən vəzifədən çıxarılır, qısa bir müddət sonra başqa bir işə keçirilir. Bunun üçün isə məktəblərdə yoxlamalar keçirilir. 

Məsələn. Ağdam rayonun Bənövşələr kənd məktəbinin direktoru Nailə Qasımova işdən çıxarılıb. Maraqlıdır ki, bundan sonra Nailə Qasımova qısa müddətdə özünə rayon təhsil şöbəsində məsləhətçi işini ala bilir. Bununlada da kifayətlənməyən Nailə Qasımova bir neçə aydan sonra heç bir imtahan vermədən başqa bir məktəbə direktor təyin olunub.

 Məlumata görə, Təhsil Nazirliyinin müavini Mətin Eynullayevin təşəbbüsü ilə Nailə Qasımova 118 saylı məktəbə direktor göndərilib. Bu da onu göstərir ki, təhsil naziri Mikayıl Cabbarovun direktorları imtahan yoluyla təyin etdirməsi barədə yaratdığı görüntülər boş sözdən başqa bir şey deyilmiş.


Mətin Eynullayev

Ağdam rayonu Baharlı 1 qəsəbə məktəbinin direktoru Elməddin Məmmədov da analoji ssenari ilə işdən çıxarılıb. İşdən çıxarılması ilə bağlı şikayət edən Elməddin Məmmədov təhsil şöbəsində məsləhətçi işinə düzəldilir. Hansısa proseslərin sonunda, daha konkret Kənan Quliyevin əmri ilə yenidən əvvəlki işinə - Baharlı 1 məktəbinin direktoru vəzifəsinə geri qaytarılır. Eyni qayda ilə bir-neçə direktorun da işdən azad edilərək, müxtəlif işlərə keçirildiyi də bizə çatan məlumatlar sırasındadır. Hazırda isə hədəfdə 14 saylı Dördyol 1 qəsəbə tam orta məktəbinin direktoru Elman Abbasovun olduğu bildirilir. Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin Qarabağ regional idarəsinin rəhbəri Məhəmməd Aslanov Elman Abbasovu məktəbdə pul yığmaqda ittiham edərək, onun təqdimatını Təhsil Nazirliyinə verib. Böyük ehtimalla Elman Abbasov direktorluqdan azad olunaraq, başqa işlə təmin olunacaq. 

Redaksiyamıza daxil olan məlumatda həmçinin iddia olunur ki, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanov məktəblərdən paketlər alırlar. Təkcə Ağdam rayonundakı bir məktəbdəki vəziyyət deyilənlərin doğru olduğunu göstərmiş olur. Belə ki, rayondakı 101 saylı məktəbin fəaliyyəti ancaq kağız üzərindədir. Məktəb faktiki olaraq 24 kv metrlik otaqda fəaliyyət göstərir. Həmin otağa isə nəinki 11-ci sinif şağırdləri, heç məktəbin pedoqoji heyəti sığışmaz. Kənan Quliyevin sevimli kadrı olan Məhəmməd Aslanov yazılanların doğru olmadığını bildirə bilər. Onda Məhəmməd Aslanov 101 saylı məktəbin hansı şəraitdə fəaliyyət göstərdiyinə aydınlıq gətirməlidir?

Məhəmməd Aslanov

Məlumatda həmçinin bildirilir ki, Məhəmməd Aslanov Ağdam təhsilində baş verənlərə seyrçi qalmağın müqabilində təhsil şöbəsinin müdiri Mətanət Misirxanovdan "KİA" markalı avtomobil də hədiyyə alıb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar