Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov: “ABŞ-la əlaqələrimizin genişlənməsi, möhkəmlənməsinə maneə yoxdur”


“Azərbaycan ABŞ-la həmişə yaxşı münasibətlər qurmağa çalışıb, əməkdaşlıq edib”


APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da yeni administrasiya ilə bağlı münasibətləri şərh edərkən deyib.
 
O bildirib ki, bu proseslərdə Azərbaycanın dövlətçilik maraqlarının qorunması Azərbaycan prezidentinin əsas vəzifəsi olub: "Bunu da həmişə əsas proses kimi aparırıq. Bu nöqteyi-nəzərdən müəyyən məsələ ilə bağlı narazılıq olanda açıq demişik, mövqeyimizi bildirmişik.  ABŞ-la Azərbaycan arasında münasibətlər bu günə kimi çox yaxşı olub. Ötən il Azərbaycan prezidentinin ABŞ-a uğurlu səfəri oldu. Gözəl görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha qeyd olundu və davam etdirilməsi niyyəti bildirildi”.
 
Azərbaycan-ABŞ əlaqələrində elə bir problem olmadığını vurğulayan N. Məmmədov “Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək”, deyə bildirib.
 
O, dünyada sülhün, sabitliyin davam etdirilməsinin vacib olduğunu açıqlayıb: “Azərbaycan elə regionda yerləşir ki, kiçik dövlət  olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində böyük beynəlxalq  layihələrinin həyata keçirilməsində təşəbbüskar aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini qeyd etmək lazımdır. Azərbaycanla əməkdaşlıq etmək hər bir böyük dövlətin marağı çərçivəsindədir. Mən bu məsələsə optimistəm. ABŞ-ın yenin prezidenti  Donald Tramp müəyyən mənada prezidentlik konsepsiyasını açıqlayıb, əvvəl daxili proseslərə diqqət yetirəcəyini deyib və ardınca bəzi xarici siyasət məsələlərini ortaya qoyub. Düşünürəm ki, iki ölkə arasında münasibətlərin genişlənməsinə, möhkəmlənməsinə maneə yoxdur”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar